Icma.az
close
up
RU
Strateji iqtisadi üstünlüyün nəqliyyat tranzit imkanları

Strateji iqtisadi üstünlüyün nəqliyyat tranzit imkanları

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Qlobal mühitdə mübarizənin əsas istiqamətlərindən birini əlverişli nəqliyyat-tranzit imkanları təşkil edir. Başqa sözlə desək, hansı ölkənin beynəlxalq bazarlara əlverişli çıxışı və geniş əhatəli nəqliyyat-tranzit imkanları varsa, o ölkələr daha sürətlə inkişaf edir, qlobal inteqrasiyasını intensivləşdirir və beynəlxalq tribunada söz sahibi olur. Təbii ki, mövcud potensial imkanlar, əlverişli coğrafi-strateji mövqe və həyata keçirilən siyasət, qəbul edilən qərarlar bir sistemlilik, komplekslilik təşkil etdikdə inkişafın lokomotivinə çevrilir.

Prezident İlham Əliyevin uzaqgörənliklə ardıcıl şəkildə qəbul etdiyi qərarlar, uğurla həyata keçirilən layihə və proqramlar Azərbaycanın əlverişli coğrafi–strateji mövqeyindən irəli gələn potensial imkanları real üstünlüklərə çevirir. Məhz bunun nəticəsidir ki, Avropadan baxanda Asiyanın, Asiyadan isə Avropanın başlanğıcı kimi görünən Azərbaycan müasir Avrasiya məkanında mühüm nəqliyyat-tranzit qovşağı kimi aparıcı bir dövlətdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov bildirib ki, ölkəmizin qoşulduğu Şərq–Qərb, Şimal–Cənub, “Bir kəmər bir yol” və s. kimi mühüm beynəlxalq layihələr çərçivəsində üzərinə düşən öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirməsi, eyni zamanda, ölkə daxilində müasir infrastrukturun formalaşdırılması Azərbaycana uzunmüddətli və zəngin tranzit imkanları yaradır. Prezident İlham Əliyevin “...bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil” fikirləri də qeyd edilənlərin parlaq ifadəsidir.

Müxtəlif nəqliyyat layihələrinin özünəməxsus əhəmiyyəti olmaqla yanaşı, Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan Orta dəhliz Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi bu gün həm də bir dəyər zəncirinə çevrilib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən marşrutdur.

Regionda yaranmış münbit geosiyasi şəraitdə, Avropa və Asiya arasında ən qısa və rahat marşrut olan Orta dəhlizə maraq daha da artıb. 2025-ci il yanvarın 29-da imzalanan “Ankara bəyannaməsi” də qeyd edilənləri bir daha təsdiq edir. Bu Bəyannamədə iqtisadiyyat, ticarət, investisiya, logistika, infrastruktur, rəqəmsallaşdırma, ətraf mühit və iqlim dəyişikliyi daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulmaqla yanaşı, “Orta Dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına çağırış” da sənədin əsas bəndlərindən biridir.

Aqil Əsədovun sözlərinə görə, Azərbaycan, Türkiyə və Özbəkistan arasında imzalanan “Ankara Bəyannaməsi” regional əməkdaşlıq, xüsusilə Orta Dəhliz vasitəsilə ticarət əlaqələrinin gücləndirilməsi, çevik və səmərəli daşımaların təşkili istiqamətində mühüm mərhələdir. Həm də ona görə ki, Özbəkistanın Avropaya nəqliyyat və tranzit axınlarında iştirakı ölkənin potensialına uyğun deyil və inkişaf üçün geniş imkanlar mövcuddur. Bu imkanların reallaşmasında Çin–Qırğızstan–Özbəkistan dəmir yolu layihəsi önəmli rol oynayacaq. Bu dəmir yolu Özbəkistanın potensial imkanlarını reallaşdırmağa dəstək göstərməklə yanaşı, Çin–Avropa arasında ticarət dövriyyəsinə də öz töhfəsini verəcək.

Avropa Mərkəzi Asiyada əsas oyunçulardan biri olaraq qalmaqla, Çin və Rusiyadan sonra Özbəkistanın üçüncü ən böyük ticarət tərəfdaşıdır. 6000-dən çox Özbəkistan məhsulu Avropa İttifaqı bazarlarına rüsumsuz daxil ola bilər ki, bu da ticarət həcmini artıraraq daha səmərəli yük və logistika marşrutlarına tələbat yaradır. 2024-cü ildə Özbəkistanda beynəlxalq yük daşımalarının həcmi 60 milyon ton civarında olub. 2024-cü ilin sonuna Avropa ilə qarşılıqlı ticarət dövriyyəsi 6,4 milyard dollara çatıb ki, bunun da 1,7 milyard dollarını Özbəkistanın ixracı təşkil edib.

Bütün bunlar beynəlxaq dəhlizlər üzərində daşınma intensivliyini daha da artıracaq. Nəzərə alsaq ki, Çin–Qırğıstan–Özbəkistan dəmir yolu layihəsi Çindən Avropaya daşınma məsafəsini 900 kilometrədək, daşınma müddətini isə 7-8 gün azaltmağa imkan verəcək, onda bu layihənin yük daşınma intensivliyinə təsiri aydın olar.

Məlumdur ki, Mərkəzi Asiya və Avropanı şimal marşrutu (Rusiya və Belarus Respublikası üzərindən), cənub marşrutu (İran üzərindən) və orta marşrut (Xəzər dənizi üzərindən) olmaqla 3 nəqliyyat dəhlizi əlaqələndirir.

Şimal marşrutuna həm dəmir yolu, həm də avtomobil yolları daxildir. İnfrastruktur baxımından, digər marşrutlara nisbətən inkişaf etmiş olsa da, Rusiyaya tətbiq edilən sanksiyalar, Rusiya-Ukrayna münaqişəsi səbəbindən bu dəhlizin funksionallığı məhduddur.

Mərkəzi Asiyadan Cənub Dəhlizi boyunca da yükdaşıma, təqribən, 1,8 milyon ton olmaqla, çox aşağıdır. Marşrut boyunca, ilk növbədə texniki problemlərə görə, eləcə də İran İslam Respublikasına qarşı sanksiyalar səbəbindən bu dəhliz də cəlbedici deyil. İsrail-İran münaqişəsi isə bu istiqamətin hələ uzun illər cəlbedici olmayacağını deməyə əsas verir.

Xəzər dənizi üzərindən keçən Orta dəhliz Şimal dəhlizindən 2000 kilometr qısadır və daha az daşınma müddəti tələb edir. Eyni zamanda, onun proqnozlaşdırılan yükgötürmə qabiliyyəti ildə 25 milyon ton həcmində qiymətləndirilir ki, bu da transxəzər marşrutu üzrə daşınmaların inkişafı üçün böyük perspektivlər vəd edir.

Bu mənada, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu yükdaşıma həcminin artması, Avropaya istiqamətlənən marşrutlar üzrə, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta dəhliz) üzrə daşınmaların intensivliyinin yüksəldilməsi baxımından diqqəti cəlb edir.

Regionda və dünyada baş verən proseslər, yaranmış hərbi-siyasi gərginliklər Xəzər dənizi üzərindən keçən istiqamətin daha etibarlı olmasını göstərir. Nəzərə alsaq ki, hərbi-siyasi münasibətlərin normallaşmasından sonra da hələ uzun illər tikinti-bərpa işlərinin aparılması zəruridir, onda belə nəticəyə gələ bilərik ki, Çin məhsullarının, eləcə də Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışı üçün ən əlverişli və təhlükəsiz marşrut Xəzər dənizi üzərindən keçməklə Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa istiqamətidir. Yaxın gələcəkdə isə Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsafəni qısalda, prosesləri daha da çevikləşdirə bilər ki, bu da marşrutun daha bir üstünlüyüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyun 2025 01:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri