Con Cons Pereyra Qan döyüşündə dəstəklədiyi adı açıqladı
Icma.az, Idman.biz saytına istinadən bildirir.
UFC-nin yarımağır və ağır çəki dərəcələri üzrə sabiq çempionu Con Cons Aleks Pereyra ilə Sirill Qan arasında keçiriləcək döyüşlə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, amerikalı sabiq döyüşçü bu gün - 15 iyunda təşkil olunacaq “UFC White House - Freedom 250” turnirində Qanı dəstəkləyəcəyini bildirib.
“Hamımız bilirik ki, Aleks Pereyra çox çəki atıb. Onun güc və dözümlülük baxımından nəyə qadir olduğunu görmək üçün səbirsizlənirəm. Sirill isə daim məşq edir. O, əsas üstünlükləri olan yüngüllüyünə və hərəkətliliyinə güvənir”, - deyə Cons bildirib.
O, Pereyranın ağır çəkidəki çıxışının maraq doğurduğunu vurğulayıb:
“Kimə azarkeşlik etdiyimi deyəcəyəm. Düşünürəm ki, Sirillə azarkeşlik edirəm. Çünki Qan Aleksi məğlub edə bilsə, bu, çox şeydən xəbər verəcək. Amma güclü olan qalib gəlsin”.
Qeyd edək ki, Consun açıqlaması “ketone” hesabında yayımlanan videoda yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 15 İyun 2026 05:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















