Icma.az
close
up
RU
COP 29 tədbiri Azərbaycanın nüfuzunu daha da artıracaq RƏY

COP 29 tədbiri Azərbaycanın nüfuzunu daha da artıracaq RƏY

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 başlayır. 2023-cü ilin dekabrın 11–də Birləşmiş Ərəb Əmirliklərində COP28-in plenar iclasında bununla bağlı qərar verilib. COP28-in prezidenti, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir COP-un növbəti konfransının Azərbaycanda keçiriləcəyini elan edib. 

Qeyd edək ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, 2023-cü il dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. Tərəflər Konfransı (COP), Paris Sazişi və Konvensiyası üzrə irəliləyişə nail olmaq və ən son elmi tədqiqat və məlumatlara əsasən qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq üçün hökumətlərin beynəlxalq səyləri qiymətləndirdiyi Tərəflər Konfransının rəsmi tədbirləridir. COP tədbirləri zamanı dünya liderləri irəliləyişləri qiymətləndirmək və iqlim dəyişmələri ilə mübarizədə ən yaxşı həll yolları barədə müzakirələr aparmaq məqsədilə bir araya gəlirlər. Hazırda Konvensiya 198 Tərəfdən (197 ölkə və Avropa İttifaqı) ibarətdir. COP29 2024-cü ilin 11-22 noyabr tarixlərində Bakı şəhərindəki Bakı Stadionunda keçiriləcək. Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədilə COP29 Sədrliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki istiqamətə əsaslanan plan hazırlayıb. Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir. COP29 Sədrliyinin təşəbbüsləri sinerjini, əlaqəliliyi və yüksək təsiri təmin etmək üçün öncədən başladılan dəyərli irsi davam etdirir. Sədrlik təşəbbüsləri hazırlayarkən Birləşmiş Millətlər Təşkilatının Qlobal İşçi Qrupu və Tərəf və müşahidəçi qismində çıxış edən (tərəf olmayan) digər maraqlı tərəflərlə əməkdaşlıq edib, həmçinin hərtərəfli fəaliyyət planını həyata keçirmək üçün belə inklüziv əməkdaşlığı davam etdirəcək. 


Politoloq Abutalıb Səmədov "Sherg.az"a deyib ki, COP29 ilin ən mötəbər tədbiri və iqlim dəyişikliyi ilə bağlı problemlər dünyanı narahat edən bir nömrəli problemdir. 

Ekspert vurğulayıb ki, bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi müstəsna əhəmiyyətli bir uğurdur: 

"Çünki biz ötən ilin sentyabrında antiterror əməliyyatı keçirdik. Azərbaycanın bütün ərazisində suverenliyi təmin olundu və elə həmin vaxtdan da dövlətimiz əleyhinə böyük kampaniya başladı. Qızışdığı məqamda, mayın 11-də COP 29-un, dünya əhəmiyyətli tədbirin Bakıda keçirilməsi barədə qərar qəbul olundu və ən əsası Ermənistan öz namizədliyini geri götürdü. Bolqarıstanı yox, Azərbaycanı dəstəklədi və təbiidir ki, bu, Azərbaycan əleyhinə başlanan kampaniyaya böyük zərbə vurdu".


Analitikə görə, həmin məqamda belə bir qərarın qəbul olunması bizim üçün tarixi bir uğur idi: 

"Bir tərəfdən ilin tədbirinin Azərbaycanda keçirilməsi və burada dövlət rəhbərlərinin, onların təmsilçilərinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin toplaşması, digər tərəfdən dünyanı narahat edən ən mühüm məsələlərin Bakıda müzakirə olunması, təbiidir ki, həm bizim üçün, həm də dünya üçün çox mühüm məsələdir. Hesab edirəm ki, bu tədbir Azərbaycanın nüfuzunu daha da artıracaq. Azərbaycana olan hücumların səviyyəsini xeyli endirəcək. Dünyanın Azərbaycanı daha yaxından tanımasına və ən əsası, iqlim dəyişikliklərinə bağlı Azərbaycanın atdığı addımlar dünyanın bir daha diqqətinə çatdırılacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:276
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Noyabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri