Icma.az
close
up
RU
COP16 çərçivəsində ümumi dəyəri 225 milyon Səudiyyə rialı olan beş yeni təşəbbüs təqdim edilib AZƏRTAC

COP16 çərçivəsində ümumi dəyəri 225 milyon Səudiyyə rialı olan beş yeni təşəbbüs təqdim edilib AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Qahirə, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də Səudiyyə Ərəbistanı Krallığının ər-Riyad şəhərində keçirilən BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyası (COP16) çərçivəsində "Təbiətimizlə birlikdə təşəbbüs edirik" şüarı altında Səudiyyə Ərəbistanının “Yaşıl təşəbbüs” forumunun dördüncü sessiyası işinə başlayıb.

AZƏRTAC Səudiyyə Ərəbistanının SPA informasiya agentliyinə istinadla xəbər verir ki, forumun ilk günü ərzində ümumi dəyəri 225 milyon Səudiyyə rialı (60 milyon ABŞ dolları) olan beş yeni təşəbbüs təqdim edilib. Bu təşəbbüslər Krallığın iqlim və ətraf mühit sahəsində səylərini gücləndirən mühüm bir addım kimi qiymətləndirilir. “Yaşıl təşəbbüs” çərçivəsində həyata keçirilən 86 təşəbbüs üç Rio konvensiyasının məqsədlərinə çatmaqda nəzərəçarpan irəliləyişlər əldə edib.

Səudiyyə Ərəbistanının “Yaşıl təşəbbüs”ü emissiyaların azaldılması, səhralaşma ilə mübarizə və təbii ekosistemlərin qorunması vasitəsilə hər kəs üçün daha davamlı gələcək qurmaq məqsədinə xidmət edir.

Agentlik xəbər verir ki, Krallıq 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq istiqamətində qəti addımlar atır. Bu çərçivədə 2030-cu ilə qədər ildə 278 milyon ton emissiyanın azaldılması və bərpaolunan enerji mənbələrinin enerji sektorundakı payını 50%-ə çatdırmaq hədəf kimi götürülüb. Bildirilir ki, Səudiyyə Ərəbistanı, həmçinin Cubeyl şəhərində dünyanın ən böyük karbontutma mərkəzlərindən birini qurmağa başlayıb. Mərkəzdə 2027-ci ilə qədər 9 milyon ton karbon qazınının tutulması planlaşdırılır.

“Yaşıl təşəbbüs” çərçivəsində 2021-ci ildən indiyədək 100 milyondan çox ağac əkilib və milyonlarla toxum səpilib. Bundan başqa, 118 min hektardan çox torpaq bərpa olunub. Bu yeni təşəbbüslər təbii mühitin bərpası, havanın çirklənməsinin azaldılması və biomüxtəlifliyin yaxşılaşdırılması məqsədilə həyata keçiriləcək və ümumi investisiya dəyəri 225 milyon Səudiyyə rialı təşkil edəcək. Krallıq 2030-cu ilə qədər 10 milyard ağac əkməyi planlaşdırır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri