Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanı Krallığında İslam İnkişaf Bankı çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığında İslam İnkişaf Bankı çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 yanvar, AZƏRTAC

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində bir sıra görüşlər keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir və Türkiyənin xəzinə və maliyyə nazirinin müavini Osman Çeliklə görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Səudiyyə Ərəbistanı Krallığında İİB-nin “Müdirlərin görüşü”ndə Bankın növbəti 10 il üçün strateji çərçivə sənədinin (2026-2035) formalaşdırılması ilə bağlı müzakirələr, qurumun prioritetləri və istiqamətləri, eləcə də üzv ölkələrin inkişaf ehtiyacları ilə bağlı fikir mübadiləsi aparılıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizin İslam İnkişaf Bankı ilə səmərəli əməkdaşlıq etdiyini, Azərbaycanın həyata keçirdiyi layihələrə bankın dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi” üzrə İİB ilə tərəfdaşlıq haqqında imzalanmış sənədin əhəmiyyəti xüsusi qeyd edilib. Suvarma kanalının tikintisinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən ilk layihə olduğu diqqətə çatdırılıb.

Çərçivə sənədində müvafiq üzv ölkələrin yenidənqurma və bərpa ehtiyaclarının, eləcə də iqlimə həssas regionlarda quraqlığın aradan qaldırılması kimi məsələlərə diqqət yetirilməsinin vacibliyi qeyd olunub. Nəqliyyat dəhlizləri, enerji şəbəkələri kimi irimiqyaslı infrastruktur layihələrinə sərmayə qoyuluşu, qlobal davamlılıq məqsədlərinə uyğun gələn yaşıl infrastruktur layihələrinin və rəqəmsal transformasiya təşəbbüslərinin önəmi nəzərə çatdırılıb.

Tədbirdə bankın innovativ fəaliyyətə və inklüzivliyə sadiq olduğu vurğulanıb. Qurumun etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi, fəaliyyət istiqamətləri ilə üzv ölkələrin inkişaf prioritetlərinin uzlaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, İslam İnkişaf Bankının dəstəyi ilə üzv ölkələr arasında beynəlxalq layihələrin icrasının təşviq edilməsinin vacibliyi qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri