Icma.az
close
up
RU
Menu

Əldə olan pulu artırmaq üçün bunu edin!

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Cəbrayılda əhali tibbi müayinədən keçdi

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Müxalifətin bu böhtanları Ermənistan rəsmilərinin açıqlamalarında təsdiqini tapmır

Ermənistan Milli Assambleyasındakı müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı İrina Yolyan oktyabrın 12-də parlamentdə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası – COP17-nin İrəvanda keçirilməsi ilə bağlı sazişin ratifikasiyası məsələsinin müzakirəsi zamanı ölkəmiz əleyhinə əsassız iddialarla çıxış edib.

Onun sözlərinə görə, Ermənistan hökuməti beynəlxalq ekoloji məclisin təşkilinə böyük vəsait xərcləsə də, ölkənin ekoloji problemləri, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan, guya, “təbiətə vurulan zərər” lazımi diqqət görmür. Yolyan hesab edir ki, COP17 Ermənistan üçün ekoloji problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq imkanı yaratmalıdır. O, ölkəmizi “Ermənistanın suveren ərazisi” olan “Şikaox” dövlət qoruğunda istehkam-fortifikasiya işləri aparmaq məqsədilə təxminən, 60 hektar meşəni qırmaqda (?) ittiham edib. Xanım Yolyan Ermənistan hakimiyyətinin buna lazımi reaksiya vermədiyini bildirib. Deputat, Qara gölün su ehtiyatlarının və əhəmiyyətli hissəsinin, guya, Azərbaycanın nəzarətində olduğunu da iddia edib. O, Cermuk hidroloji qoruğundakı problemlərə də toxunub. Müxalifət nümayəndəsinin iddiasına görə, yaranmış vəziyyət Cermukda suvarma suyunun əlçatanlığına təsir göstərib.

Yolyan COP17-nin təşkili üçün çəkilən xərcləri də tənqid edib. Onun sözlərinə görə, xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Robert Abisoqomonyandan məclisin dövlət büdcəsinə ümumilikdə neçəyə başa gələcəyi birbaşa soruşulsa da, hökumət nümayəndəsi konkret məbləğ açıqlamayıb. Deputat müvəqqəti qurğuların tikintisi üçün təkcə “Meridian” şirkətinə təxminən, 22 milyon dollar ödənildiyini deyib. Həmin pulla ölkədə təxminən, 1000-ə yaxın mənzil tikməyin, xüsusilə Gorus və Gümrü şəhərlərində mənzil problemini qismən yüngülləşdirməyin mümkün olduğunu iddia edib.

Biz öz torpağımızdayıq!

Qeyd edək ki, BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası (COP17) 2026-cı il oktyabrın 19-dan 30-dək İrəvanda keçiriləcək. Oktyabrın 12-də Ermənistan parlamentində Bioloji Müxtəliflik haqqında Konvensiyanın Katibliyi ilə COP17 konfransının, eləcə də Kartaxena və Naqoya protokolları çərçivəsində görüşlərin təşkili ilə bağlı saziş layihəsinin ratifikasiyası məsələsi müzakirə olunub. “Güclü Ermənistan”ın deputatı İ.Yolyan qeyd etdiyimiz fikirləri məhz həmin vaxt səsləndirib.

Radikal revanşistləri təmsil edənlər iddia edirlər ki, Azərbaycan 2021–2022-ci illərdə “Ermənistanın suveren ərazisinə”, o cümlədən Zəngəzur vilayətinin cənubuna Nerkin Hand kəndi yaxınlığından daxil olaraq “Şikaox” qoruğunun bir hissəsini tutaraq orada möhkəmlənib. Əvvəlcə, bu iddialara aydınlıq gətirməyi zəruri hesab etdik. Bu iddiaların siyasi bəyanatlarla təkrarlanması onların hüquqi və faktoloji baxımdan əsaslandırıldığı anlamına gəlmir.

Məsələyə aydınlıq gətirmək üçün, sərhəd məsələsinin mahiyyətinə və Azərbaycan Prezidentinin bu barədə açıqlamalarına diqqət yetirmək lazımdır. İlk növbədə, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin uzun illər dəqiq müəyyənləşdirilməməsi faktını nəzərə almaq vacibdir. Sovet İttifaqının dağılmasından sonra iki ölkə arasında beynəlxalq səviyyədə tanınmış sərhədin delimitasiyası və demarkasiyası həyata keçirilməyib.

Məhz bu vəziyyət sərhədin ayrı-ayrı hissələrində qarşılıqlı iddiaların və fikir ayrılıqlarının yaranmasına zəmin yaradıb. Belə şəraitdə sərhəd xəttinin konkret hissəsi ilə bağlı mübahisəni avtomatik olaraq bir dövlətin digərinin “suveren ərazisini işğal etməsi” kimi təqdim etmək hüquqi baxımdan əsaslandırılmış yanaşma deyil.

Prezident İlham Əliyev də Ermənistanla sərhəd məsələsinə münasibət bildirərkən Azərbaycanın qonşu ölkəyə ərazi iddialarının olmadığını, ölkəmizin beynəlxalq hüquqa və ərazi bütövlüyü prinsipinə əsaslanan mövqeyini dəfələrlə vurğulayıb. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycan Ordusunun öz torpaqlarımızda olduğunu birmənalı şəkildə vurğulayıb.

Sərhədlərin dəqiqləşdirilməsi isə siyasi manipulyasiyalarla deyil, tarixi sənədlər və hüquqi əsaslar çərçivəsində həll edilməlidir. Bu mövqe Ermənistanın Azərbaycanı əvvəlcədən işğalçılıqda ittiham edən dairələrinin irəli sürdüyü tezislərlə ziddiyyət təşkil edir.

Digər tərəfdən, sərhədin müəyyənləşdirilməsi məsələsi iki ölkə arasında aparılan delimitasiya prosesinin də əsas predmetidir. Tərəflərin sərhəd xəttinin ayrı-ayrı hissələri ilə bağlı fərqli mövqelərinin mövcudluğu özlüyündə həmin ərazilərin hüquqi statusu barədə yekun nəticə çıxarmağa əsas vermir. Bunun üçün müvafiq sənədlər, xəritələr və razılaşdırılmış hüquqi meyarlar əsas götürülməlidir.

Erməni müxalifətinin “Şikaox” qoruğunun bir hissəsinin Azərbaycan tərəfindən tutulduğu barədə iddiaları da məhz bu çərçivədə qiymətləndirilməlidir. Beləliklə, sərhədlə bağlı mürəkkəb və uzunmüddətli mübahisəni emosional ifadələrlə Azərbaycanın ərazi iddialarının sübutu kimi təqdim etmək cəhdi siyasi təbliğatdan başqa bir şey deyil. Əgər Ermənistan tərəfi öz iddialarının hüquqi əsaslara söykəndiyini düşünürsə, bunu şüarlarla deyil, konkret sənədlər və sübutlarla ortaya qoymalıdır. Əks halda, “Şikaox” məsələsinin COP17 ərəfəsində yenidən gündəmə gətirilməsi ekoloji problemin həllindən daha çox, Azərbaycan əleyhinə ittihamları beynəlxalq müstəviyə daşımaq cəhdi təsiri bağışlayır.

Yalan ittiham ola bilməz

Şikaoxda meşələrin, guya, Azərbaycan tərəfindən qırılması iddiasına gəldikdə isə, bu iddia rəsmi İrəvanın öz açıqlamaları ilə də təsdiqini tapmayıb. Əksinə, Ermənistanın müvafiq qurumlarının cavabları bu məsələdə konkret faktlarla siyasi iddialar arasındakı fərqi üzə çıxarır. Məsələn, “Sputnik Ermənistan” agentliyinin saytında 2026-cı il iyunun 1-də yerləşdirilmiş məlumatda ölkənin Baş Prokurorluğu agentliyin sorğusuna cavabında “Şikaox” qoruğunun meşə ekosistemlərinə dəymiş ziyanla bağlı cinayət icraatının başlanmadığını bildirib. Bu, məsələnin Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi çərçivəsində araşdırılmadığını göstərir. Belə olan halda, Azərbaycanı meşələri qırmaqda ittiham edənlərin hansı konkret sübutlara əsaslandığı sualı açıq qalır.

Diqqətçəkən digər məqam Ermənistanın Ətraf Mühit Nazirliyinin mövqeyidir. Qurum qoruğun bəzi sərhədyanı ərazilərində meşə ekosistemlərinə hərbi münaqişə nəticəsində “müəyyən ziyan dəydiyini” bildirib. Lakin nazirlik bu ifadənin ağacların qırılması anlamına gəlib-gəlmədiyi barədə suala birbaşa “bəli” və ya “xeyr” cavabı verməyib. Üstəlik, ziyanın konkret səbəblərini və məsul şəxsləri müəyyənləşdirən məlumatlar da təqdim edilməyib.

“Sputnik Ermənistan”ın yazdığına görə, nazirlik hadisənin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib-etmədiyi barədə də aydın cavab verməyib. Qurum ərazinin sərhədyanı statusunu əsas gətirərək mövcud vəziyyət haqqında məlumatların toplanması və təhlilinin başqa dövlət strukturlarının da səlahiyyətinə aid olduğunu bildirib. Meşə ekosistemlərinə dəymiş ziyanın tam qiymətləndirilməsinin isə sərhədin delimitasiyası və demarkasiyası başa çatdıqdan sonra mümkün olacağını vurğulayıb.

Burada mühüm bir ziddiyyət diqqət çəkir: Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il yanvarın 5-də ona ünvanlanan sualın cavabında Şikaoxda Azərbaycan tərəfindən meşələrin qırılması barədə məlumat almadığını, belə məlumatı olsaydı, reaksiya verəcəyini bildirib. Nazirlik ziyan ehtimalından danışsa da, onu konkret olaraq Azərbaycanın törətdiyi meşə qırıntısı kimi təsdiqləməyib. Baş Prokurorluq isə cinayət icraatının başlanmadığını açıqlayıb. Beləliklə, Ermənistanın öz rəsmilərinin açıqlamaları “Şikaox” qoruğunda meşələrə ziyan dəyməsi ehtimalını Azərbaycan tərəfindən məqsədli şəkildə ağacların qırılması faktı ilə eyniləşdirməyə əsas vermir. Bunlar fərqli iddialardır və hər biri ayrıca sübut tələb edir. Konkret araşdırma, müəyyən edilmiş səbəblər və məsul şəxslər barədə məlumatlar olmadan Azərbaycanı ittiham etmək faktların təsdiqi deyil, siyasi nəticə çıxarmaqdır. “Şikaox” ətrafında yaranmış mübahisədə isə hələlik Ermənistanın öz qurumları bu ittihamı təsdiqləyən aydın hüquqi nəticə ortaya qoymayıblar.

Azərbaycan təbiətinin məhvi niyə yada düşmür?

Ermənistanın “Şikaox” qoruğunda meşə ekosistemlərinə dəymiş ehtimal olunan ziyanı gündəmə gətirənlərdən haqlı olaraq soruşmaq lazımdır: bəs Azərbaycanın təbiətinə vurulan ziyan niyə unudulur? Nə üçün işğal illərində Azərbaycan ərazilərində törədilmiş genişmiqyaslı ekoloji dağıntılar eyni həssaslıqla xatırlanmır? Təxminən 30 il davam edən işğal dövründə Azərbaycanın meşələri, su ehtiyatları, torpaqları, flora və faunası ciddi zərər görüb. İşğaldan azad edilmiş ərazilərdə aparılan araşdırmalar meşə sahələrinin məhv edildiyini, qiymətli ağacların kəsildiyini, təbii sərvətlərin istismar olunduğunu və ekosistemlərin pozulduğunu üzə çıxarıb. Bu dağıntılar yalnız ayrı-ayrı ağacların və ya meşə sahələrinin itkisi deyil, bütöv təbii mühitə vurulmuş zərbədir.

Zəngilanın məşhur çinar meşələri bu baxımdan xüsusi xatırlanmalıdır. Bölgənin təbii sərvəti və milli təbiət irsinin mühüm hissəsi olan bu ağacların bir qisminin məhv edilməsi, qiymətli ağacların qanunsuz kəsilməsi və daşınması Azərbaycanın ekoloji irsinə vurulan ziyanın bariz nümunələrindəndir. Bununla yanaşı, işğal altında olmuş ərazilərdə heyvan və bitki növlərinin yaşayış mühitinə zərər dəyməsi, torpaqların deqradasiyası, su mənbələrinin çirklənməsi və təbii landşaftın dəyişdirilməsi ilə bağlı problemlər də mövcuddur.

Şikaoxla bağlı iddialar təsdiqini tapmadığı halda Azərbaycanı ittiham edənlər işğal dövründə ölkəmizin təbiətinə vurulan ağır ziyanı niyə görmürlər? Əgər İrina Yolyan belə ədalətlidirsə, Azərbaycanın məhv edilmiş meşələri və dağıdılmış təbiəti ilə bağlı məsələləri də eyni prinsipiallıqla gündəmə gətirməlidir. Ancaq ondan bunu gözləməyə dəyməz. Çünki onun mövqeyi ekoloji ədalətdən daha çox, Azərbaycanı ittiham etmək məqsədinə xidmət edir.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2026 01:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see393

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see286

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see266

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see226

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see223

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see219

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see215

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see196

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see195

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see193

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see187

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see180

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see174

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see174

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see172

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see159

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see158

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri