Icma.az
close
up
RU
COP29: 300500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir

COP29: 300500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yeni maliyyə hədəfinin müəyyən olunması üçün 300-500 milyard dollar arasında yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir.

Məlumata əsasən, danışıqlar sərt və ciddi surətdə davam edir.

Mənbənin bildirdiyinə görə, Avropa İttifaqı (Aİ) və ABŞ böyük maliyyə yükünün altına girmək istəmir. Aİ-də başa düşürlər ki, bunu indi etmək lazımdır, çünki ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra bunu etmək mümkün olmayacaq.

Məlumata görə, kollektiv Qərb hər bir vəchlə yüksək inkişaf səviyyəsi və maliyyə imkanları olan inkişaf etməkdə olan ölkələri prosesə daxil etmək istəyir. Qərb xüsusilə bu prosesə Çin, Qətər və bu qəbildən olan ölkələri cəlb etmək niyyətindədir.

Cənubi Koreya və Sinqapur və müəyyən mənada Ərəb Əmirlikləri bu sıraya qoşulsalar da, Çin və Səudiyyə Ərəbistanı qəti etiraz edir. Çin China+G 77 qrupu vasitəsilə prosesə və qərb ölkələrinə təzyiq göstərir.

Mənbə xatırladıb ki, ABŞ-nin bütün COP danışıqlarında strategiyası heç bir öhdəlik götürməmək və ABŞ-nin neft-qaz sənayesini qorumaqdan ibarət olub. İndiki danışıqlar qrupu Tramp seçiləndən sonra çox tərəddüdlü görünür.

Səudiyyə Ərəbistanı, Küveyt, Boliviya və bu qrup digər ölkələr keçən il Birləşmiş Ərəb Əmirliklərindən qəbul edilmiş “fossil fuel transition” sənədinin əleyhinə çıxır və onun təkrar gündəliyə gətirilməsinə mane olurlar.

Azərbaycan danışıqlar prosesində vasitəçi və ev sahibidir. Geosiyasi qütbləşmə kəskindir. Yeni maliyyə hədəfi müəyyən olunacaqsa, bu, bütün dünyanın uğurudur. Bu olmayacaqsa bu eyni zamanda bütün dünyanın və iqlim fəaliyyətinin iflasıdır(Report).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see164

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see148

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see137

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see125

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see124

Federal Ehtiyatlar Sisteminin sədri yalan danışıb

22 İyul 2025 08:35see123

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see123

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see121

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see120

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see120

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see119

Burak Özçivit Kuruluş Osman dan gedir

22 İyul 2025 08:37see119

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see117

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see116

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see115

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see115

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see115

DİQQƏT: Telegram da yeni dələduzluq üsulu peyda olub

22 İyul 2025 03:18see113

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see113

Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi sahəsində sənədlər imzalanıb

22 İyul 2025 20:05see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri