Icma.az
close
up
RU
COP29 Azərbaycan tədbiri miqyasına görə çox uğurlu və parlaq oldu!

COP29 Azərbaycan tədbiri miqyasına görə çox uğurlu və parlaq oldu!

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elşən Əzizov,

Yeni Azərbaycan PartiyasıSaatlı rayon təşkilatının sədri

Azərbaycanın qlobal aləmdə ən mühüm tədbirlərdən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi bir sıra cəhətləri ilə əvvəlkilərdən fərqləndi. Azərbaycanın ciddi şəkildə hazırlaşıb, məsuliyyətlə başlayıb, uğurla yekunlaşdırdığı bu möhtəşəm beynəlxalq tədbir dövlətimiz üçün əhəmiyyətli, xalqımız üçün isə səmərəli oldu. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanın diplomatik mövqeyinin güclənib geniş miqyas alması, xalqımızın tərəqqisi üçün önəmli olan bu konfrans həm də dünyada dayanıqlı və “yaşıl” gələcək qurulmasına zəmin yaratdı. Konfrans günlərində qürurverici məqamlarla çox üzləşdik. Ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyevi dünyanın 70-dən artıq dövlət və hökumət başçıları ilə yanaşı görəndə nə zamansa olimpiada tarixi haqqında oxuduğum kitabdakı maraqlı məqamı xatırladım. Orada yazılırdı ki, müharibələrə görə olimpiya oyunlarına bir neçə il fasilə veriləndən sonra kimsə bu yarışların davam etdirilməsi təşəbbüsünü irəli sürür. Həmin məqsədlə Makedoniyalı İsgəndərin yanına da elçi göndərilir ki, yarışlarda iştirak etsin. İsgəndərin cavabı maraqlı olur: “Orada bütün krallar, dövlət başçıları iştirak edəcəksə, mən məmnuniyyətlə qatılaram”. Bəli, Azərbaycan Prezidentinin sülh və əmin-amanlığın bərqərar edildiyi region, sabit Avrasiya və çoxtərəfli əməkdaşlıqların səmərəli məcraya yönəldilmiş dünya naminə daim, bir çox hallarda təkbaşına mübarizə apardığı hamının gözü qarşısında idi.

Cənab Prezident İlham Əliyevin daha mütərəqqi cəmiyyətlər, daha firavan ölkələr və fəsadsız sabahlar üçün dünyanın əksər dövlət və hökumət başçıları ilə birlikdə çalışdığının da şahidinə çevrildik. BMT-nin təşkil etdiyi ən böyük beynəlxalq tədbirlərdən birinin – COP29-un ölkəmizdə keçirilməsi bütün ölkələr üçün əhəmiyyətli olsa da, ən çox Azərbaycanın maraqlarına cavab verdi. Çünki 44 günlük İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəmizdən sonra Azərbaycanın yaratdığı yeni reallıqlara xor baxanlar rəsmi Bakının ünvanına cəfəngiyyatlar səsləndirir, xalqımıza və liderimizə qarşı təzyiq və təhdidlərlə çıxış edirdilər. COP29 həmin “xor” kapellasına cavab vermək baxımından olduqca səmərəli oldu. İşğalçı Ermənistana himayədarlıq edən, kimlərisə revanşa inandırmağa çalışan siyasi dairələr dünya teleekranlarından gördülər ki, Azərbaycan, sözün həqiqi mənasında, güclü dövlətdir. COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu. Bu tədbirlə ölkəmiz imicini daha çox coğrafiyada genişləndirdi. Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi platforması kimi yox, həm də ölkələrin haqq səslərinin eşidilməsi, onların birgə əməkdaşlıq şəbəkələri qurması baxımından da əhəmiyyətli oldu. COP29-da Azərbaycan qlobal problemlərin həllində sözdə deyil, əməldə də fəal iştirakçı olduğunu sübut etdi və ölkəmizin əksər dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha onlar tərəfindən təsdiqləndi.

Beləcə, Azərbaycanı və bəşəriyyət qarşısında duran problemlərin həllini istəməyən qüvvələrin səylərinə baxmayaq, Bakıda keçirilən COP29 tədbirində COP tarixində ilk dəfə olaraq mühüm razılıqlar əldə edildi. Bu uğurlara, rəsmi Bakının sərf etdiyi böyük əmək nəticəsində nail olundu. Azərbaycan bu kimi tədbirləri keçirən və keçirmək istəyən dövlətlər üçün nümunə rolunu oynadı. Göstərmiş oldu ki, etimadı qazanmaq azdır, etimadı doğrultmaq lazımdır, tədbirin təşkil edilməsindən başlayaraq tədbirdə yekun nəticə əldə edilməsinə qədər yorulmadan işləmək lazımdır. COP29 sübut etdi ki, Azərbaycanın mövqeyi təkcə iqtisadi gücə və regional əhəmiyyətə deyil, həm də qlobal siyasətdə oynadığı fəal rola əsaslanır. Bu tarixi hadisə bir daha göstərdi ki, Azərbaycan yalnız bir ölkə deyil, qlobal problemlərin həllində mühüm tərəfdaş və liderdir. Gələcək nəsillər bu uğuru Azərbaycan xalqının milli qüruru və beynəlxalq nüfuzunun təcəssümü kimi xatırlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Noyabr 2024 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri