Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Süni intellekt Avstraliya hökumətinə sızdı

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

COP29: Azərbaycanda və dünyada minaların ləğvi üçün QLOBAL ÇAĞIRIŞ

COP29: Azərbaycanda və dünyada minaların ləğvi üçün QLOBAL ÇAĞIRIŞ

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya Ərzaq Mükafatı laureatı Heidi Kuhn, BAMF prezidenti Umud Mirzəyev ilə birlikdə Qarabağın minalanmış sahələrini gəzir

18 noyabr 2024-cü il – Bakı, Azərbaycan. Dünya Ərzaq Mükafatı laureatı, "Sülhün Kökləri" təşkilatının təsisçisi Heidi Kuhn və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev dünən Qarabağın təhlükəli mina sahələrində cəsarətlə addımlayaraq, mina probleminin təcili həllinə və bölgənin bir vaxtlar çiçəklənən üzümçülük sahələrinin bərpasına diqqət çəkməyə çalışıblar. Onlar "Minalardan Üzümlüyə" şüarı ilə məhsuldar torpaqları minalardan təmizləyərək yenidən üzüm bağlarına çevirmək ideyasını qlobal səviyyədə yaymaq istəyirlər.

Qlobal liderlər Bakıda keçirilən COP29 Birləşmiş Millətlər Təşkilatının İqlim Sammitində bir araya gəldiyi bir vaxtda, Kuhn və Mirzəyev dünya ictimaiyyətinin minaların iqlim dəyişikliyinə təsirini nəzərdən qaçırdığına diqqət çəkirlər.

Qarabağın minalanmış əraziləri COP29 tədbirinin keçirildiyi Bakı Stadionundan cəmi üç saatlıq məsafədə yerləşir. Hansı ki, bu stadionda 200-ə yaxın ölkədən ümumilikdə 72,000 nümayəndə toplaşıb. Bölgədə yerləşdirilmiş və hələ də gizli qalan təxminən 1.5 milyon mina icmalar və ətraf mühit üçün davamlı risklər yaradır. Təəssüf ki, 2020-ci ilin noyabr ayından indiyədək 382 nəfər günahsız azərbaycan vətəndaşı minaların qurbanı olub.

Kuhn bildirir: “COP29-un əsas mövzusu ‘Yaşıl Dünya üçün Həmrəylikdir”. Lakin yaşıl dünyaya mina basdırılmış torpaqlarda və müharibənin qanlı izləri fermerlərin sahələrini becərməsinə mane olduğu halda nail olmaq mümkün deyil. Yaşıl dünyanın ilk addımı təhlükəsiz və məhsuldar torpaqdır. Lakin bu, nə münaqişə zamanı, nə də minaların mövcud olduğu yerlərdə reallaşa bilər. 2050-ci ilə qədər dünyada təxminən 10 milyard insan yaşayacaq və artan müharibələr nəticəsində həm torpaqda, həm də insan ruhunda səpilən bu terror toxumları gələcək nəsilləri qidalandırmağa mane olacaq.”

"Sülhün Kökləri" və BAMF dünya liderlərinə müraciət edərək Azərbaycandakı bütün minaların ləğvi üçün onların kampaniyasına təcili dəstək verməyə çağırırlar. Onlar ümid edirlər ki, bu, COP29-un əhəmiyyətli irsi olaraq, kənd təsərrüfatı vasitəsilə sülhün bərpasına töhfə verəcəkdir. Həmçinin, bərpaedici kənd təsərrüfatı proqramının dünyada müharibədən zərər çəkmiş, 60-dan çox ölkədə yerləşən və təxminən 110 milyon mina olan ərazilərdə tətbiqi mümkün ola bilər.

Minalar yalnız münaqişələrdən sonra da mülki şəxslərə zərər verməklə kifayətlənmir, həm də dağıdıcı bir miras buraxır. Onlar ətraf mühitə ciddi ziyan vuraraq vəhşi təbiətə və ev heyvanlarına zərər yetirir və ekoloji zərər zəncirini hərəkətə gətirir. Minalar torpaq eroziyasına, meşələrin məhv olmasına və su mənbələrinin ağır metallarla çirklənməsinə səbəb olur. Eyni zamanda, həyat mühitlərini məhv etməklə və qida tədarükü zəncirlərini pozmaqla, bəzi növlərin tərkibini dəyişdirir və ətraf mühitə vurulan ziyanı artırır.

Partlayışlar bir zamanlar müxtəlif flora və faunanı dəstəkləyən əraziləri daimi olaraq zədələmiş, geniş, ekoloji cəhətdən canlı məkanları geniş və bahalı bərpa tələb edən çirklənmiş zonalara çevirmişdir. Bərəkətli kənd təsərrüfatı torpaqları, meşələr və su ehtiyatları da təsirə məruz qalaraq ərzaq təhlükəsizliyini sarsıdan, yaşayış vasitələrini təhdid edən və biomüxtəlifliyi təhlükə altına alan domino effekti yaradıb.

Məlumdur ki, minaların ətraf mühitə təsirini başa düşmək davamlı, uzunmüddətli remediasiya strategiyalarının hazırlanması üçün çox vacibdir. Bu strategiyalar təkcə təhlükəsizliyi təmin etmək üçün deyil, həm də ekosistemin bərpasını dəstəkləmək üçün vacibdir.

BAMF prezidenti Umud Mirzəyev vurğulayır: “Mina təmizləmə səyləri baha başa gəlir və qabaqcıl texnologiya, ixtisaslı işçi qüvvəsi və davamlı beynəlxalq dəstək tələb edir. Təcili sərmayələr olmadan davam edən ekoloji tənəzzül biomüxtəlifliyi, təbii ekosistemləri və bu resurslardan asılı olan icmaların dolanışıq mənbələrini təhdid etməyə davam edəcək. Minaların təmizlənməsi sürətini artırmaq təkcə humanitar zərurət deyil, həm də planetimizin biosferinə gələcək zərərin qarşısını almaq üçün ekoloji vacib şərtdir.”

Sülhün Kökləri haqqında:

1997-ci ildə əsası qoyulmuş Roots of Peace humanitar qeyri-kommersiya təşkilatıdır. Təşkilatın missiyası münaqişədən sonrakı regionlarda iqtisadi canlılığı bərpa etmək və dünyanın ən həssas icmalarına dəstək göstərməkdir. 8 milyondan çox meyvə ağacı əkilmiş, yeni bazarlara ixrac edilmiş və milyonlarla fermer ailəsinin həyatına müsbət təsir göstərmişdir. Kənd Təsərrüfatı vasitəsilə Sülh dünyaya sülh gətirən bir yoldur.Dəstək üçün: www.rootsofpeace.org

BAMF haqqında: Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin Əsas Məşvərətçi statuslu üzvü olan, 1992-ci ildə yaradılmış qeyri-hökumət təşkilatıdır. Media və vətəndaş cəmiyyəti təşkilatı kimi yaradılan BAMF 1990-cı illərin ortalarından sosial və humanitar proqramların icrasına başlayıb. BAMF 2000-ci ildən BMTİP-in dəstəyi ilə Mina Aksiyası Proqramına qoşulub və bu gün Azərbaycan respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əsas tərəfdaşlarından biridir. Təşkilat bu günə qədər 14 min hektardan çox ərazini minalardan və partlamamış hərbi sursatlardan təmizləyib son istifadəçiyə təhvil vermişdir. BAMF-ın missiyası "Hər kəs üçün sülh"-dür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Noyabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see273

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see241

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see240

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see234

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see232

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see224

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see223

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see222

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see206

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see202

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see202

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see201

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see199

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see196

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see191

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see185

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see184

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see178

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see176

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri