Icma.az
close
up
RU
COP29: Azərbaycanda və dünyada minaların ləğvi üçün qlobal çağırış

COP29: Azərbaycanda və dünyada minaların ləğvi üçün qlobal çağırış

Icma.az, Sia Az saytına istinadən bildirir.

Dünya Ərzaq Mükafatı laureatı Heidi Kuhn, BAMF prezidenti Umud Mirzəyev ilə birlikdə Qarabağın minalanmış sahələrini gəzir

18 noyabr 2024-cü il – Bakı, Azərbaycan. Dünya Ərzaq Mükafatı laureatı, "Sülhün Kökləri" təşkilatının təsisçisi Heidi Kuhn və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev dünən Qarabağın təhlükəli mina sahələrində cəsarətlə addımlayaraq, mina probleminin təcili həllinə və bölgənin bir vaxtlar çiçəklənən üzümçülük sahələrinin bərpasına diqqət çəkməyə çalışıblar. Onlar "Minalardan Üzümlüyə" şüarı ilə məhsuldar torpaqları minalardan təmizləyərək yenidən üzüm bağlarına çevirmək ideyasını qlobal səviyyədə yaymaq istəyirlər.

Qlobal liderlər Bakıda keçirilən COP29 Birləşmiş Millətlər Təşkilatının İqlim Sammitində bir araya gəldiyi bir vaxtda, Kuhn və Mirzəyev dünya ictimaiyyətinin minaların iqlim dəyişikliyinə təsirini nəzərdən qaçırdığına diqqət çəkirlər.

Qarabağın minalanmış əraziləri COP29 tədbirinin keçirildiyi Bakı Stadionundan cəmi üç saatlıq məsafədə yerləşir. Hansı ki, bu stadionda 200-ə yaxın ölkədən ümumilikdə 72,000 nümayəndə toplaşıb. Bölgədə yerləşdirilmiş və hələ də gizli qalan təxminən 1.5 milyon mina icmalar və ətraf mühit üçün davamlı risklər yaradır. Təəssüf ki, 2020-ci ilin noyabr ayından indiyədək 382 nəfər günahsız azərbaycan vətəndaşı minaların qurbanı olub.

Kuhn bildirir: “COP29-un əsas mövzusu ‘Yaşıl Dünya üçün Həmrəylikdir”. Lakin yaşıl dünyaya mina basdırılmış torpaqlarda və müharibənin qanlı izləri fermerlərin sahələrini becərməsinə mane olduğu halda nail olmaq mümkün deyil. Yaşıl dünyanın ilk addımı təhlükəsiz və məhsuldar torpaqdır. Lakin bu, nə münaqişə zamanı, nə də minaların mövcud olduğu yerlərdə reallaşa bilər. 2050-ci ilə qədər dünyada təxminən 10 milyard insan yaşayacaq və artan müharibələr nəticəsində həm torpaqda, həm də insan ruhunda səpilən bu terror toxumları gələcək nəsilləri qidalandırmağa mane olacaq”.

"Sülhün Kökləri" və BAMF dünya liderlərinə müraciət edərək Azərbaycandakı bütün minaların ləğvi üçün onların kampaniyasına təcili dəstək verməyə çağırırlar. Onlar ümid edirlər ki, bu, COP29-un əhəmiyyətli irsi olaraq, kənd təsərrüfatı vasitəsilə sülhün bərpasına töhfə verəcəkdir. Həmçinin, bərpaedici kənd təsərrüfatı proqramının dünyada müharibədən zərər çəkmiş, 60-dan çox ölkədə yerləşən və təxminən 110 milyon mina olan ərazilərdə tətbiqi mümkün ola bilər.

Minalar yalnız münaqişələrdən sonra da mülki şəxslərə zərər verməklə kifayətlənmir, həm də dağıdıcı bir miras buraxır. Onlar ətraf mühitə ciddi ziyan vuraraq vəhşi təbiətə və ev heyvanlarına zərər yetirir və ekoloji zərər zəncirini hərəkətə gətirir. Minalar torpaq eroziyasına, meşələrin məhv olmasına və su mənbələrinin ağır metallarla çirklənməsinə səbəb olur. Eyni zamanda, həyat mühitlərini məhv etməklə və qida tədarükü zəncirlərini pozmaqla, bəzi növlərin tərkibini dəyişdirir və ətraf mühitə vurulan ziyanı artırır.

Partlayışlar bir zamanlar müxtəlif flora və faunanı dəstəkləyən əraziləri daimi olaraq zədələmiş, geniş, ekoloji cəhətdən canlı məkanları geniş və bahalı bərpa tələb edən çirklənmiş zonalara çevirmişdir. Bərəkətli kənd təsərrüfatı torpaqları, meşələr və su ehtiyatları da təsirə məruz qalaraq ərzaq təhlükəsizliyini sarsıdan, yaşayış vasitələrini təhdid edən və biomüxtəlifliyi təhlükə altına alan domino effekti yaradıb. Məlumdur ki, minaların ətraf mühitə təsirini başa düşmək davamlı, uzunmüddətli remediasiya strategiyalarının hazırlanması üçün çox vacibdir. Bu strategiyalar təkcə təhlükəsizliyi təmin etmək üçün deyil, həm də ekosistemin bərpasını dəstəkləmək üçün vacibdir.

BAMF prezidenti Umud Mirzəyev vurğulayır: “Mina təmizləmə səyləri baha başa gəlir və qabaqcıl texnologiya, ixtisaslı işçi qüvvəsi və davamlı beynəlxalq dəstək tələb edir. Təcili sərmayələr olmadan davam edən ekoloji tənəzzül biomüxtəlifliyi, təbii ekosistemləri və bu resurslardan asılı olan icmaların dolanışıq mənbələrini təhdid etməyə davam edəcək. Minaların təmizlənməsi sürətini artırmaq təkcə humanitar zərurət deyil, həm də planetimizin biosferinə gələcək zərərin qarşısını almaq üçün ekoloji vacib şərtdir.”

Sülhün Kökləri haqqında:
1997-ci ildə əsası qoyulmuş Roots of Peace humanitar qeyri-kommersiya təşkilatıdır. Təşkilatın missiyası münaqişədən sonrakı regionlarda iqtisadi canlılığı bərpa etmək və dünyanın ən həssas icmalarına dəstək göstərməkdir. 8 milyondan çox meyvə ağacı əkilmiş, yeni bazarlara ixrac edilmiş və milyonlarla fermer ailəsinin həyatına müsbət təsir göstərmişdir. Kənd Təsərrüfatı vasitəsilə Sülh dünyaya sülh gətirən bir yoldur.

Dəstək üçün: www.rootsofpeace.org BAMF haqqında: Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin Əsas Məşvərətçi statuslu üzvü olan, 1992-ci ildə yaradılmış qeyri-hökumət təşkilatıdır. Media və vətəndaş
cəmiyyəti təşkilatı kimi yaradılan BAMF 1990-cı illərin ortalarından sosial və humanitar proqramların icrasına başlayıb. BAMF 2000-ci ildən BMTİP-in dəstəyi ilə Mina Aksiyası Proqramına qoşulub və bu gün Azərbaycan respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əsas tərəfdaşlarından biridir. Təşkilat bu günə qədər 14 min hektardan çox ərazini minalardan və partlamamış hərbi sursatlardan təmizləyib son istifadəçiyə təhvil vermişdir. BAMF-ın missiyası "Hər kəs üçün sülh"-dür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri