Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

COP29 Beynəlxalq Məsləhət Komitəsinin üzvü: Azərbaycan dünyanın yaşıl transformasiyasında katalitik rol oynamaq əzmindədir MÜSAHİBƏ AZƏRTAC

COP29 Beynəlxalq Məsləhət Komitəsinin üzvü: Azərbaycan dünyanın yaşıl transformasiyasında katalitik rol oynamaq əzmindədir MÜSAHİBƏ AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 noyabr, Tamilla Məmmədova, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkənin yaşıl enerjiyə keçidində, eləcə də bərpaolunan enerjinin inkişafı məqsədlərinə nail olunmasında mühüm rol oynayacaq. Şübhəsiz ki, bu beynəlxalq konfransda yaşıl enerjiyə qlobal keçidlə bağlı mühüm qərarlar qəbul ediləcək. Azərbaycan gələcəkdə ölkənin iqtisadi inkişafına dəstək olacaq yaşıl enerjinin Avropaya ixracı ilə bağlı layihənin həyata keçirilməsi üçün əhəmiyyətli tərəfdaşlar cəlb edə biləcək. Nəzərə alsaq ki, Azərbaycanın alternativ enerji mənbələri üçün çox böyük potensialı var, belə mühüm layihələrin həyata keçirilməsi istiqamətində beynəlxalq maliyyə kanallarının açılması yaşıl enerjinin yeni dövrünün başlanğıcı olacaq.

Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını pakistanlı alim, COP29 Beynəlxalq Məsləhət Komitəsinin və Asiya İnkişaf Bankı İnstitutunun məsləhət şurasının üzvü Abid Qəyyum Suleri cavablandırır.

- Bakıda dünyanın ən böyük və mötəbər tədbirlərindən biri hesab edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçirilir. Yaşıl iqtisadiyyata keçid istiqamətində ölkələr üçün bu konfransın əhəmiyyətini necə qiymətləndirirsiniz?

- COP29 davamlı və ədalətli gələcəyin əsasını qoyaraq, həssaslıqdan dayanıqlılığa keçmək üçün həyati bir fürsət təqdim edir. Tarixən cəmiyyətləri formalaşdıran, onları tərəqqi və ya tənəzzülə doğru aparan müəyyən məqamlar olub. Bu gün bəşəriyyət bu məqamlardan birini yaşayır. COP29 sadəcə iqlim konfransı deyil, o davamlı sülhə səbəb ola biləcək və ya səhv idarə olunarsa, mövcud zəiflikləri daha da gücləndirəcək kritik seçimlər üçün forumdur. Pakistan kimi ölkələr üçün COP29 sadəcə təbliğat istiqamətində bir mərhələ deyil. Bu, artan iqlim maliyyəsindən tutmuş bərpaolunan enerji üçün texniki dəstəyə qədər xüsusi ehtiyacları vurğulamaq məqsədli bir fürsətdir. COP29-da edilən seçimlər gələcək illər üçün qlobal davamlılığı formalaşdıracaq. COP29 orta nöqtəsinə yaxınlaşdıqca, maliyyə, siyasət çərçivələri və həyata keçirmə strategiyalarının qarşılıqlı təsiri onun irsini formalaşdıracaq. Dünyanın qərar qəbul edən şəxsləri Bakıda toplaşıblar və öz ölkələrində COP29-u izləyənlər yadda saxlamalıdırlar ki, ləngimə taktikaları iqlim dəyişikliyini dayandırmayacaq, onun nəticələri sürətlə yaxınlaşır və heç birimizə aman verməyəcək. Qətiyyətli tədbirlər olmasa, xərclər yalnız artacaq və davamlı gələcək üçün şansımız yox olacaq.

- Sizcə, COP29 maliyyə problemlərini həll edə biləcəkmi?

- COP29 həm də “Maliyyə Konfransı” adlanır. Getdikcə daha aydın olur ki, iqlimin maliyyələşdirilməsi həqiqətən mənalı qlobal iqlim fəaliyyətinin əsasını təşkil edir. Maliyyə iqlim ambisiyalarının real, ölçülə bilən tərəqqiyə çevrilib-çevrilməməsini diktə etməyə davam edir. Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) aktuallığı heç vaxt indiki qədər vacib olmayıb. İllik 1 trilyon dollar hədəfi təkcə iddialı deyil, o xüsusilə iqlim dəyişikliyinin təsirlərinin ağır yükünü öz üzərinə götürən inkişaf etməkdə olan ölkələrdə artan uyğunlaşma və dayanıqlılıq xərclərini ödəmək üçün mühüm meyardır. Rəqəmlərin arxasında əlverişli şərtlərlə resursları təmin edən maliyyə çağırışı var. Xüsusi Borc Hüquqlarının yenidən bölüşdürülməsi, yeni Xüsusi Borc Hüquqlarının verilməsi, çoxtərəfli bankların kapital-kredit nisbətlərinin tənzimlənməsi və subsidiyaların iqlim təşəbbüslərinə yönləndirilməsi kimi ideyalar innovativdir, lakin inkişaf etmiş ölkələrin siyasi iradəsini tələb edir.

- Qlobal səviyyədə yaşıl transformasiya mümkündürmü?

- Bəli və yox. Bəli, çünki başqa seçimimiz yoxdur. “B” planeti mövcud deyil, əgər biz Yer kürəsində bütün canlı orqanizmlər üçün həyatın davam etməsini istəyiriksə, yaşıl çevrilmə yolu ilə onun temperaturunu aşağı salmalı olacağıq. 2025-ci ilin əvvəlində keçiriləcək Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) növbəti mərhələsi ilə COP29 ölkələrə yaşıl transformasiya üçün iqlim ambisiyalarını əvvəlcədən qiymətləndirməyə kömək edəcək. Bu NDC-lər 1,5°C hədəfi əldə etmək üçün son səyləri əks etdirir, lakin onların müvəffəqiyyəti əsasən mövcud maliyyədən asılıdır. Etibarlı dəstək olmasa, bir çox inkişaf etməkdə olan ölkələr iddialı məqsədlər qoymaq və ya onlara nail olmaq üçün resurslardan məhrum ola bilər. Maliyyə dəstəyi və iqlim öhdəliklərinin qarşılıqlı asılılığı aydındır. Adekvat maliyyələşdirmə olmadan iqlimlə bağlı fəaliyyət planları uğursuz ola bilər.

- Bu günə qədər COP29-da hansı mühüm nailiyyətlər əldə edildi?

- COP29-da bir neçə maliyyə aləti müzakirə olunur. COP29-da əhəmiyyətli irəliləyiş Paris Sazişinin 6-cı maddəsi üzrə razılaşma oldu. Tərəflər 6.4-cü Maddə əsasında çərçivəni ratifikasiya edərək ölkələrə təsdiqlənmiş emissiyaların azaldılması ilə ticarət etməyə imkan verəcək BMT-nin nəzarətində olan karbon bazarını yaradıblar. Çərçivənin şəffaflığa, ətraf mühitin bütövlüyünə və ikiqat hesablamalara yol verməməsinə diqqət yetirməsi illərlə davam edən çıxılmaz vəziyyətdən sonra karbon bazarlarına inamı gücləndirmək məqsədi daşıyır.

Bununla belə, real emissiyaların azaldılmasını təmin etməyən “lazımsız kreditlər” – karbon kompensasiyası riski narahatlıq olaraq qalır. Güclü təhlükəsizlik tədbirləri olmadan, karbon bazarlarının daha zəngin ölkələr üçün emissiyaları azaltmaq əvəzinə onları kompensasiya etmək istiqamətində əlverişli boşluğa çevrilməsi təhlükəsi var. Karbon bazarlarının vədlərini yerinə yetirməsi üçün COP29 bu kreditlərin həqiqətən effektiv, ədalətli və daha geniş iqlim məqsədlərinə uyğun olmasını təmin etməlidir.

- Azərbaycanın COP29-da əsas məqsədlərindən biri Şarm əl-Şeyx, COP27-də yaradılmış İtki və Zərərə cavab verən Fondunun həyata keçirilməsini təşviq etmək idi. COP29-da Filippin hökuməti ilə fondun idarəçiliyini onlara ötürmək üçün müqavilə imzalanıb. Bu uğurları necə qiymətləndirirsiniz?

- Bütövlükdə inkişaf etməkdə olan dünya və xüsusən də Pakistan nöqteyi-nəzərindən İtki və Zərərə cavab verən Fondunun fəaliyyəti mühüm olaraq qalır. Ancaq bilmədiyimiz odur ki, fond illik ehtiyacların gözlənilən 400 milyard dollarını qarşılayacaqmı? Bu, resursların daha da irəli getməsini təmin etmək üçün innovativ maliyyələşdirmə yanaşmalarını əhatə edəcəkmi? Əksər prosedur sualları Manilada keçiriləcək növbəti fond şurasının iclasına qədər təxirə salınacaq. Bununla belə, COP29 fonda təsirə məruz qalan ölkələrin artan ehtiyaclarını ödəmək üçün innovativ maliyyələşdirmə yanaşmalarının daxil olub-olmaması ilə bağlı suallar qaldıracaq. Donald Trampın Prezidentliyi dövründə ABŞ-ın gözlənilən Paris Sazişindən çıxması həm iqlim ambisiyalarına, həm də iqlim maliyyəsi öhdəliklərinə zərbə olacaq. Bununla belə, indi digər ölkələrin liderlik nümayiş etdirməsi və ABŞ-ın gedişindən yaranan boşluğu doldurmağın vaxtıdır.

- Azərbaycanın Qarabağ ərazilərinin yaşıl enerji zonasına çevrilməsi üçün hansı imkanları var?

- Azərbaycan dünyanın yaşıl transformasiyasında katalitik rol oynamaq əzmindədir. Azərbaycan hökumətinin işğaldan azad edilmiş əraziləri yaşıllıq zonasına çevirmək üçün böyük imkanları var. Pakistan bu məsələdə Azərbaycana böyük dəstək olub və biz Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərə gətirəcəyi yaşıl möcüzəni səbirsizliklə gözləyirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri