Icma.az
close
up
RU
COP29 çərçivəsində ANAMA və BMTİP birgə mina təhlükəsi ilə mübarizə və ekoloji dayanıqlılıq üzrə yan tədbir keçirib AZƏRTAC

COP29 çərçivəsində ANAMA və BMTİP birgə mina təhlükəsi ilə mübarizə və ekoloji dayanıqlılıq üzrə yan tədbir keçirib AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Cığırın Təmizlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə” mövzusunda yan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin məqsədi ölkəmizin üzləşdiyi mina problemini diqqətə çatdırmaq, mina təhlükəsinin təbii ehtiyatlara təsirini vurğulamaq, ekoloji cəhətdən təmiz minatəmizləmə təcrübələrini araşdırmaq və humanitar minatəmizləmə sahəsində dayanıqlı yanaşmaları təşviq etməkdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycan Respublikasının azad edilmiş ərazilərində öncədən basdırılan təxminən 1,5 milyona yaxın minanın ətraf mühitə dağıdıcı təsirləri olduğunu diqqətə çatdırıb. V.Süleymanov qeyd edib ki, bu təhlükəli qurğuların partlaması nəticəsində onların tərkibində olan ağır metallar və digər toksinlər torpağa və havaya mənfi təsir göstərir, bu kimyəvi çirklənmə uzunmüddətli ekoloji zərərlərə səbəb olur. Minalardan təmizləmə təkcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda, iqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün əsas şərtdir.

BMT-nin Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Administratorunun müavini, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç yan tədbirdə çıxış edərək dünyanın bir çox ölkəsində minalar və müharibənin digər partlayıcı qalıqlarının təkcə insanların həyat və sağlamlığına deyil, həm də torpaq və təbii resurslara, o cümlədən bioloji müxtəlifliyə ciddi təhdidlər yaratdığını qeyd edib.

Yan tədbir çərçivəsində minaların ekosistemlərə, biomüxtəlifliyə və təbii ehtiyatlara təsirlərinin tədqiqi, ətraf mühitə minimum təsirlə minatəmizləmə səyləri, eləcə də bu istiqamətdə innovativ texnologiyaların istifadəsi mözvularında panel müzakirələr keçirilib.

COP29 çərçivəsində keçirilən bu yan tədbir, ekoloji dayanıqlılıq və mina təhlükəsizliyinin bir araya gətirilməsi üzrə yeni yanaşmaları önə çıxarmaqla yanaşı, minatəmizləmə əməliyyatlarının yalnız humanitar deyil, həm də ekoloji önəmini vurğulayıb. ANAMA və BMTİP-nin birgə təşkilatçılığı ilə təşkil olunan müzakirələr, minatəmizləmənin təbii ehtiyatların qorunması və biomüxtəlifliyin bərpası üçün əhəmiyyətini bir daha nümayiş etdirib. COP29-un əsas mövzuları ilə səsləşən bu tədbir, gələcək üçün daha təhlükəsiz və dayanıqlı mühitin təmin olunmasında mühüm bir addım olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see163

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see137

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri