Icma.az
close
up
RU
“Makler”lərin böyük yalanı ÜZƏ ÇIXDI KONKRET

“Makler”lərin böyük yalanı ÜZƏ ÇIXDI KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlər Azərbaycanda fərdi yaşayış evləri bazarında təhlükəli bir tendensiya sürətlə yayılır. Xüsusilə şəhər ətrafı ərazilərdə və qəsəbələrdə bünövrəsiz evlərin tikilərək satışa çıxarılması adi hala çevrilib. Əmlakçılar tərəfindən ucuz qiymət və “yaşayışa hazır ev” vədləri ilə təqdim olunan bu tikililər, əslində, alıcılar üçün ciddi risklər yaradır.

KONKRET.az xəbər verir ki, bir çox hallarda evlər heç bir mühəndis işi aparılmadan, beton fundament olmadan, birbaşa torpaq üzərində inşa edilir. Divarların altına nazik şap vurulur və bünövrə kimi təqdim olunur. Satış zamanı isə alıcılara “bu ərazidə bünövrəyə ehtiyac yoxdur” və ya “fundament torpağın altındadır, görünmür” kimi əsassız izahlar verilir.

Bünövrəsiz evlərə köçən sakinlər problemlərlə çox tez üzləşirlər. Qısa müddət sonra divarlarda çatlar yaranır, qapı və pəncərələr sıxılır, evin konstruksiyasında əyilmələr müşahidə olunur. Xüsusilə yağışlı mövsümlərdə torpağın oturması bu prosesləri daha da sürətləndirir. Bir sıra hallarda vətəndaşlar sonradan evin ümumiyyətlə bünövrəsinin olmadığını ustaların rəyi ilə öyrənirlər.

Mütəxəssislər bildirir ki, bu tip tikililər zəlzələ və torpaq hərəkəti zamanı birinci risk qrupuna daxildir. Bünövrəsiz evlər həm təhlükəsizlik baxımından, həm də uzunmüddətli istifadə üçün yararsız sayılır. Rütubət və kifin yaranması isə bu evlərdə yaşayan insanların sağlamlığına da mənfi təsir göstərir. Bundan əlavə, qanunsuz tikili statusu daşıyan bu evlər istənilən vaxt sökülə, sığorta və bank kreditlərindən kənarda qala bilər.

Problemin bu həddə çatmasının əsas səbəblərindən biri fərdi tikintilərə nəzarətin zəif olmasıdır. Qanunvericilik yaşayış evlərinin tikintisini tikinti norma və qaydalarına uyğun aparmağı tələb etsə də, praktiki nəzarət mexanizmləri yetərli deyil. Əksər hallarda aidiyyəti qurumlar yalnız şikayətdən sonra hərəkətə keçir, bu isə artıq zərərin baş verdiyi mərhələyə təsadüf edir.

Araşdırma göstərir ki, əmlak bazarında fəaliyyət göstərən bəzi vasitəçilər bu boşluqdan istifadə edərək məsuliyyətdən yayınırlar. Ekspertlərin fikrincə, vəziyyətin dəyişməsi üçün həm dövlət nəzarəti gücləndirilməli, həm də vətəndaşların maarifləndirilməsi prioritet olmalıdır. Fərdi yaşayış evlərinin alqı-satqısı zamanı müstəqil tikinti ekspertizasının tətbiqi, əmlak alverçiləri üçün hüquqi məsuliyyətin sərtləşdirilməsi və real monitorinq mexanizmlərinin yaradılması vacib hesab olunur.

Bünövrəsiz evlərin yayılması təkcə tikinti sahəsindəki problem deyil, bu, birbaşa insan təhlükəsizliyi ilə bağlı məsələdir. Ucuz qiymət cazibədar görünsə də, bu cür evlərin yaratdığı risklər sonradan daha ağır nəticələrə gətirib çıxara bilər. Problemin həlli isə yalnız faciə baş verdikdən sonra deyil, vaxtında görüləcək qabaqlayıcı tədbirlərlə mümkündür./Milli.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Fevral 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri