Icma.az
close
up
RU
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib AZƏRTAC

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizə və su-enerji-qida-ekosisteminin (WEFE) qarşılıqlı idarəedilməsi tədbirləri vasitəsilə aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması” mövzusunda panel müzakirə keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Mavi Zonada yerləşən pavilyonunda keçirilən tədbirdə dayanıqlı aqro-ərzaq sistemlərinə nail olmaq üçün strategiyalar, iqlim böhranı şəraitində su, enerji və ərzaq ehtiyatlarının davamlı və düzgün idarə edilməsini dəstəkləyən ən yaxşı təcrübələr, siyasət çərçivələri və texnoloji yeniliklər müzakirə olunub.

Panel müzakirənin moderatorluğunu ICESCO-nun Elm və ətraf mühit sektoru üzrə eksperti Fahman Fathurrahman edib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, iqlim dəyişikliyi ərzaq təhlükəsizliyinin təmin olunması, suya əlçatanlıq və enerji istifadəsi ilə bağlı problemlərin yaranmasına səbəb olur. Bu isə aqro-ərzaq sistemlərində davamlılığın yaradılması üçün həll yollarının müzakirəsini labüd edir, bu problemlərin həlli fermerlər və icmaların ehtiyaclarının təcili ödənilməsini balanslaşdıran innovativ, inteqrasiya olunmuş yanaşmalar tələb edir.

Nazir müavini qeyd edib ki, Azərbaycanda dayanıqlı kənd təsərrüfatına keçid prosesinin asanlaşdırılması üçün hərtərəfli dövlət proqramları və maliyyə dəstəyi alətləri tətbiq olunur. Ölkədə su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəlifliyin qorunması iqlimə uyğunlaşma strategiyalarının əsasını təşkil edir, səmərəliliyi və davamlılığı artıran iqliməuyğun ağıllı kənd təsərrüfatı təcrübələrinə üstünlük verilir. Damcı və çiləyici texnologiyaları tətbiq etməklə suvarma sistemləri müasirləşdirilir. Fermerlərin sudan səmərəli istifadə üsullarını mənimsəməsi üçün subsidiyalar və aşağı faizli kreditlər verilir. Bu cür investisiyalar məhsuldarlığı artırmaqla yanaşı, gələcək nəsillər üçün sudan və torpaqdan davamlı istifadəni təmin edir.

Panel müzakirələrdə çıxış edən Pakistanın Milli qida təhlükəsizliyi və tədqiqatlar üzrə federal naziri Rana Tanveer Hussain, Aralıq Dənizi İttifaqının (UfM) Baş katibinin müavini Grammenos Mastrojeni, Beynəlxalq Bioşoran Kənd Təsərrüfatı Mərkəzinin (ICBA) Baş katibi Tarifa Al Zaabi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Torpaqların idarə edilməsi və su bölməsinin mütəxəssisi Virciniya Gillet, İslam İnkişaf Bankının Qlobal təcrübələr və tərəfdaşlıqlar üzrə Baş direktoru İssa Faye, Nigeriyanın Ekiti Ştat Hökumətinin Yaşıl iqtisadiyyat və ekoloji məsələlər üzrə texniki müşaviri Akinyemi Akinyuqa ərzaq itkilərinin qarşısının alınması və ərzaq təhlükəsizliyinin təmini, qlobal iqlim dəyişikliyi və biomüxtəliflik, iqlimə davamlılığın gücləndirilməsi, ekosistemin qorunması, rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqi, kənd təsərrüfatı sektorunda innovativ proseslərin inkişafı, dayanıqlı təchizat zəncirinin formalaşdırılması, eləcə də bu sahələrdə qadınların rolunun artırılması ilə bağlı fikirlərini bölüşüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see234

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see232

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see230

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see191

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see187

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see170

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see165

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see162

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see162

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see152

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see151

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see150

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri