Icma.az
close
up
RU
Aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması

Aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

COP29 çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizə və Su-Enerji-Qida-Ekosisteminin (WEFE) qarşılıqlı idarəedilməsi tədbirləri vasitəsilə aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması” mövzusunda panel müzakirələr keçirilib. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Mavi Zonada yerləşən pavilyonunda baş tutan tədbirdə dayanıqlı aqro-ərzaq sistemlərinə nail olmaq üçün strategiyalar, iqlim böhranı şəraitində su, enerji və ərzaq ehtiyatlarının davamlı və düzgün idarə olunmasını dəstəkləyən ən yaxşı təcrübələri, siyasət çərçivələrini və texnoloji yenilikləri müzakirə edilib. Panel müzakirənin moderatorluğunu İCESCO-nun Elm və ətraf mühit sektoru üzrə eksperti Fahman Fathurrahman edib.

Tədbirdə çıxış edən nazir müavini İlhamə Qədimova bildirib ki, iqlim dəyişikliyi ərzaq təhlükəsizliyinin təmin olunması, suya əlçatanlıq və enerji istifadəsi ilə bağlı problemlərin yaranmasına səbəb olur. Bu isə aqro-ərzaq sistemlərində davamlılığın yaradılması üçün həll yollarının müzakirəsini labüd edir, bu problemlərin həlli fermerlər və icmaların ehtiyaclarının təcili ödənilməsini balanslaşdıran innovativ, inteqrasiya olunmuş yanaşmalar tələb edir.

O, qeyd edib ki, Azərbaycanda dayanıqlı kənd təsərrüfatına keçid prosesinin asanlaşdırılması üçün hərtərəfli dövlət proqramları və maliyyə dəstəyi alətləri tətbiq edilir. Ölkədə su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəlifliyin qorunması iqlimə uyğunlaşma strategiyalarının əsasını təşkil edir, səmərəliliyi və davamlılığı artıran iqliməuyğun ağıllı kənd təsərrüfatı təcrübələrinə üstünlük verilir. Damcı və çiləyici texnologiyaları tətbiq etməklə suvarma sistemləri müasirləşdirilir. Fermerlərin sudan səmərəli istifadə üsullarını mənimsəməsi üçün subsidiyalar və aşağı faizli kreditlər verilir. Bu cür investisiyalar məhsuldarlığı artırmaqla yanaşı, gələcək nəsillər üçün sudan və torpaqdan davamlı istifadəni təmin edir.

Panel müzakirələrdə çıxış edən Pakistanın Milli qida təhlükəsizliyi və tədqiqatlar üzrə federal naziri Rana Tanveer Hussain, Aralıq Dənizi İttifaqının (UfM) Baş katibinin müavini Grammenos Mastrojeni Beynəlxalq Bioşoran Kənd Təsərrüfatı Mərkəzinin (ICBA) Baş katibi Tarifa Al Zaabi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Torpaqların idarə edilməsi və su bölməsinin mütəxəssisi Virciniya Gillet, İslam İnkişaf Bankının Qlobal təcrübələr və tərəfdaşlıqlar üzrə Baş Direktoru İssa Faye, Nigeriyanın Ekiti Ştat Hökumətinin Yaşıl iqtisadiyyat və ekoloji məsələlər üzrə texniki müşaviri Akinyemi Akinyuqa ərzaq itkilərinin qarşısının alınması və ərzaq təhlükəsizliyinin təmini, qlobal iqlim dəyişikliyi və biomüxtəliflik, iqlimə davamlılığın gücləndirilməsi, ekosistemin qorunması, rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqi, kənd təsərrüfatı sektorunda innovativ proseslərin inkişafı, dayanıqlı təchizat zəncirinin formalaşdırılması, eləcə də bu sahələrdə qadınların rolunun artırılması ilə bağlı fikirlərini bölüşüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri