Icma.az
close
up
RU
COP29 çərçivəsində ESG prinsiplərinin ARDNFnin investisiya portfelinə inteqrasiyası mövzusunda tədbir təşkil edilib AZƏRTAC

COP29 çərçivəsində ESG prinsiplərinin ARDNFnin investisiya portfelinə inteqrasiyası mövzusunda tədbir təşkil edilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) COP29 çərçivəsində ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) prinsiplərinin Fondun investisiya portfelinə inteqrasiyası mövzusunda tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, Mavi Zonada keçirilən tədbirə ARDNF-nin icraçı direktorunun müavini Bəhruz Bəhramovun açılış nitqi ilə start verilib.

O bildirib ki, Dövlət Neft Fondu ESG prinsiplərini investisiya strategiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu yanaşma ilə gələcək nəsillər üçün dayanıqlı dəyər yaratmağı hədəfləyir. O qeyd edib ki, məsuliyyətli investisiyalar vasitəsilə həm iqtisadi inkişafı, həm də sosial və ekoloji tərəqqini təmin etmək fondun əsas prioritetlərindən biridir.

Tədbirdə ARDNF-nin dayanıqlılıq üzrə mütəxəssisləri - Nigar Əzizova, Alternativ investisiyalar üzrə baş təhlilçi və Əli Hüseynov, Alternativ risklər üzrə təhlilçi təqdimatla çıxış ediblər. Onlar ESG prinsiplərinin ARDNF-nin səhmlər və daşınmaz əmlak portfellərində tətbiq edilmə səbəblərinə dair dərin təhlil təqdim edərək, bu istiqamətdə indiyə qədər atılmış əsas addımlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb, o cümlədən iqlim dəyişikliyi və sosial bərabərsizlik kimi kritik problemlərin həlli və davamlı inkişaf yollarının müəyyənləşdirilməsi istiqamətində ARDNF-nin yanaşmasını izah ediblər.

Bu tədbir vasitəsilə ARDNF, ESG prinsiplərini investisiya strategiyasının mərkəzinə yerləşdirərək, dayanıqlı və iqtisadi cəhətdən sağlam bir gələcəyin formalaşdırılmasında məsuliyyətini və rolunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri