Icma.az
close
up
RU
COP29 çərçivəsində keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub

COP29 çərçivəsində keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub.

Ölkə.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin deputatı Soltan Məmmədov sənəd barədə məlumat verib. S.Məmmədov qeyd edib ki, COP29 parlament sessiyası üçün layihə sənədi COP27 və COP28 çərçivəsində keçirilmiş parlament sessiyalarının yekun sənədləri, həmçinin Parlamentlərarası İttifaqın 148-ci assambleyasında qəbul edilmiş qətnamə layihəsi üzrə müzakirələr, son illərdə keçirilmiş COP sessiyalarının gündəliyi əsasında hazırlanıb: “Sənədin ilkin versiyası hazır olduqdan sonra müxtəlif ölkələrdən təkliflər və rəylər aldıq. İyun ayında layihə sənədini Parlamentlərarası İttifaqın COP29-a hazırlıq iclasında yenidən müzakirə etdik. Layihə Parlamentlərarası İttifaqın katibliyi tərəfindən yenidən həmkarlarımıza göndərildi. Yeni təkliflər və ideyalar təqdim edildi. Parlamentlərarası İttifaqın 149-cu sessiyası zamanı çox məhsuldar müzakirələr apardıq”.

Milli Məclisin deputatı bildirib ki, sənəd hazırlanarkən bütün ideyalar, şərhlər və rəylərin mümkün qədər nəzərə alınması üçün işlər görülüb. Sənəddə əks olunan müddəalar yalnız parlamentarilərin fikirlərini əks etdirən tövsiyələrdir. “Ümid edirəm ki, bütün həmkarlarımızın mövqelərini tam və ya qismən əks etdirən layihə təqdim edə bilmişik. Yəqin razılaşarsınız ki, təşkilatın hər bir üzvünün fikirlərini tam əks etdirən sənədə nail olmaq, demək olar ki, qeyri-mümkündür. Yalnız onu deyə bilərəm ki, COP29-un ümumi məqsədlərinə və məsuliyyətimizə uyğun işləməyə çalışmışıq”, - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Noyabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri