COP29 çərçivəsində ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün mediatur təşkil edilib AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün mediatur təşkil olunub.
Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a bildiriblər ki, mediatur qədim zamanlardan bu günədək Azərbaycan tarixini əks etdirən Milli Azərbaycan Tarixi Muzeyindən başlayıb. Xarici jurnalistlər muzeyin ekspozisiyası, ölkəmizin keçmişini özündə canlandıran müxtəlif arxeoloji, etnoqrafik materiallar və eksponatlarla yaxından tanış olublar.
Heydər Əliyev Mərkəzində davam edən turda xarici media nümayəndələrinə Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. “Azərbaycan inciləri” sərgisi ilə də tanış olan qonaqlara burada ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib.
Sonda XII əsrə aid divarlarla əhatəolunmuş, Şərq memarlığı və tarixi ilə zəngin, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər ziyarət olunub. Tur zamanı jurnalistlərə qeyri-adi memarlıq özəllikləri ilə seçilən Qız qalası və Bakının tarixi tikililəri arasında mühüm yer tutan Şirvanşahlar Sarayı Kompleksi də daxil olmaqla, İçərişəhərin qədim küçələri və abidələri barədə geniş məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 15 Noyabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















