Icma.az
close
up
RU
COP29 çərçivəsində Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə yan tədbiri keçirilib AZƏRTAC

COP29 çərçivəsində Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə yan tədbiri keçirilib AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 15 noyabr, AZƏRTAC

COP29 çərçivəsində “Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə” yan tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir qlobal poçt sisteminin tənzimləyici və iştirakçıları sayılan Ümumdünya Poçt İttifaqı (ÜPİ), Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Texnologiya və Logistika Şöbəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının COP üzrə nümayəndəliyi, Beynəlxalq Dəniz Təşkilatının İqlim Fəaliyyəti və Təmiz Hava şöbəsi, Dünya Bankının Nəqliyyat üzrə direktorluğu, eləcə də “Azərpoçt” MMC-nin iştirakı ilə baş tutub.

“Poçt işində İqlim Dəyər Zənciri: Yükdaşımaya qlobal diqqət” mövzulu tədbirdə əsasən yükdaşımanın iqlimə təsiri, yük emissiyalarının idarə olunması, iqlimin dəstəklənməsi vasitələri müzakirə olunub.

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Siyasət, tənzimləmə və bazarlar üzrə direktoru Siva Somasundram bildirib ki, son illər qlobal istixana qaz emissiyalarının 10 faizi poçt yükdaşımalarının payına düşür. ÜPİ şəbəkəsi vasitəsilə göndərilən kiçik həcmli elektron ticarətin üçdə ikisi, eləcə də elektron ticarətə sürətlə artan tələbat bu emissiya prosesini sürətləndirən əsas amillərdən sayılır. Qeyd olunub ki, bunun üçün ilk növbədə müxtəlif nəqliyyat modellərinin istifadəsi, yenilənmiş çeşidləmə mərkəzləri, inteqrasiya olunmuş poçt şəbəkələrinin birgə fəaliyyəti kimi təkliflər müzakirə olunmalıdır.

Yekunda isə müsbət nəticəyə gəlmək və iqlim şərtlərinin dəstəklənməsi üçün poçt ekosistemində məlumatlılığın artırılması, texnoloji və əməliyyat innovasiyalarının tətbiqi, investisiya təşəbbüsləri, təcrübələrin mübadiləsi tədbir işitrakçıları tərəfindən vacib vasitələr kimi müəyyən edilib.

Tədbirdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev qeyd edib ki, qurum bu günə qədər karbon emissiyalarının və yanacaq sərfiyyatının azaldılması məqsədilə poçt marşrutlarının optimallaşdırılmasını həyata keçirib, çeşidləmə mərkəzində kağız istehlakının azaldılması üçün isə rəqəmsal həllər tətbiq edib.

“İqlim dəyişikliyinin təsirləri daha da kritikləşdikcə, poçt xidmətlərinin uyğunlaşması və dayanıqlığının artırılması vacibdir. İnfrastruktura sərmayə qoymaqla biz dəyişən dünyada poçt xidmətlərinin davamlı şəkildə çatdırılmasını təmin edə bilərik. Azərbaycanın milli poçt operatoru olan “Azərpoçt” ətraf mühitə təsirini minimuma endirmək üçün davamlılıq və iqlim nəzarəti təşəbbüslərini fəal şəkildə həyata keçirir. Bir sıra ekoloji cəhətdən təmiz strategiyalar həyata keçirməklə şirkət öz əməliyyatları üçün daha davamlı gələcək yaratmağa çalışır. Şirkət yanacaq sərfiyyatını və karbon emissiyalarını minimuma endirmək üçün çatdırılma marşrutlarını optimallaşdırır. Həmçinin, “Azərpoçt” ənənəvi benzinlə işləyən avtomobillərdən asılılığı əhəmiyyətli dərəcədə azaltmaqla elektrik və ya hibrid avtomobillərdən istifadə etməyi planlaşdırır”, - deyə İsi Mustafayev əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see305

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see263

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see234

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see189

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see149

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see143

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see141

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see141

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see137

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see131

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see131

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see126

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see123

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see123

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see119

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see119

Rusiyanın 28 milyon tondan çox nadir torpaq metal ehtiyatları var

24 Oktyabr 2025 02:25see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri