Icma.az
close
up
RU
COP29 dünyanın diqqət mərkəzindədir, siyasi riyakarlar isə xəlvətcə qaçıb aradan çıxırlar ŞƏRH AZƏRTAC

COP29 dünyanın diqqət mərkəzindədir, siyasi riyakarlar isə xəlvətcə qaçıb aradan çıxırlar ŞƏRH AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 19 iyun, AZƏRTAC

“Cəmi 33 illik müstəqillik tarixinə malik Azərbaycanın ötən illər ərzində sürətli inkişaf yoluna qədəm qoyması, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığa önəm verməsi və həmin təşkilatların bəzilərinə sədrlik etməsi dünya ictimaiyyətinin də diqqətindən yayınmayıb. Üstəlik, 30 il Ermənistanın işğalı altında qalmış ərazilərimizi öz ordusunun gücü ilə azad edən Azərbaycan qalib dövlət kimi dünyada mövqeyini daha da gücləndirdi. Bir-birinin ardınca keçirilən nüfzulu tədbirlər, hətta işğaldan azad edilmiş Şuşanın da beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizə olan inam və etimadı daha da artırdı. Budur, daha bir etimadın şahidiyik. Tək biz yox, bütün dünya ictimaiyyəti. Söhbət 200-ə yaxın dövlətin yekdil qərarı ilə Azərbaycanda keçirilən COP29-dan - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından gedir. Artıq bir həftədən çoxdur ki, Azərbaycan dünyanın mərkəzinə çevrilib”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib. O deyib ki, COP29 kimi nüfuzlu bir tədbirin Azərbaycanda keçirilməsinə qərar verilən gündən anti-Azərbaycan qüvvələr ciddi təşvişə düşdülər. Çünki Azərbaycan postsovet dövlətləri arasında COP-un tədbirinə ev sahibliyi edəcək ilk ölkə idi. Görünür buna görə də ölkəmizə hücumlar, təzyiqlər, qarayaxma kampaniyaları başlandı. Bütün bu səmərəsiz hücumlara baxmayaraq, Azərbaycan COP29-un təşkilatçısı və Sədri kimi qlobal iqlim gündəliyində gözlənilən nəticələrə nail olmaq üçün bütün imkanlardan istifadə etdi. Nəticə göz qabağındadır: “Bu gün dünya Azərbaycanın uğurlarından danışır. COP29-un yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, ekspertlər media təmsilçiləri, xüsusilə, tədbirdə iştirak edən dünya liderləri tərəfindən yüksək qiymətləndirilir. Tədbirin yüksək səviyyədə hazırlanmasınadan, Azərbaycanın təşkilatçılıq qabiliyyətindən və xalqımızın qonaqpərvərliyindən razılığını bildirən nümayəndələr ölkəmizin belə tədbirlərin keçirməyə qadir olduğunu da qeyd edirlər. İtaliyanın Baş naziri xanım Ciorcia Meloni, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Konqo Demokratik Respublikasının Baş naziri Cudit Suminva Tuluka Bakının, Moldovanın Prezidenti Maya Sandu, Sakit Okean Adaları Forumunun sədri, Tonqa Krallığının Baş naziri Siaosi Sovaleni, Qrenadanın Baş naziri, Karib Ölkələri Birliyinin (CARICOM) sədri Dikon Mitçell, Yaşıl İqlim Fondunun (“Green Climate Fund”) icraçı direktoru Mafalda Duarte və digərləri, tədbirin yüksək səviyyədə təşkilatçılıq səviyyəsinə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildiriblər. Mötəbər beynəlxalq tədbirə peşəkarlıqla ev sahibliyi edən Azərbaycana uğurlar arzulayıblar”.

Ə.Bədəlov qeyd edib ki, Azərbaycan mötəbər tədbirlərin keçirilməsinə qadir olduğunu dəfələrlə təsdiqləyib. Hətta dünyanın əksər dövlətləri ölkəmizi, onun lideri İlham Əliyevi bu istiqamətdə keçirilən tədbirlərin təşəbbüskarı kimi yekdilliklə dəstəkləyiblər: “Koronovirusun tüğyan etdiyi bir vaxtda Prezident İlham Əliyevin təklifi ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsinə dünyanın 130-dan çox ölkəsi “hə” dedi. Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi, iki dəfə bu quruma sədrlik edib. 2014-cü il mayın 14-dən başlayaraq ölkəmiz 6 ay müddətində Avropa Şurası Nazirlər Komitəsinin sədri olub. Ölkəmiz 3 il Qoşulmama Hərəkatına Sədrlik etdikdən sonra 120 ölkənin yekdil qərarı ilə bu müddət daha bir il uzadıldı. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunları məhz bizim ölkəmizdə baş tutdu. Azərbaycan iki il sonra 54 dövlətdən 3 mindən çox idmançının mübarizə apardığı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Bu gün isə COP29-da iştirak etmək üçün paytaxtımıza dünyanın 196 ölkəsindən 72 min iştirakçı gəlib. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Nümayəndələr etiraf edirlər ki, indiyə kimi keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları Bakıdakı kimi əks-səda doğurmayıb”.

Siyasi şərhçi COP29-un iştirakçıları arasında bu uğurlarımızı həzm edə bilməyən xəbis niyyətli riyakar, ağa qara deyən diplomatların olduğunu təbii hal hesab edib. Belələri Azərbaycanın nailiyyətlərindən paxıllıq hissi keçirdiklərindən bu nailiyyətlərə davam gətirə bilməyib səhərin gözü açılmamış xəlvəti aradan çıxıblar. Onlardan biri də həmişə ölkəmizin əleyhinə təbliğat kampaniyası aparan, “zavallı ermənilərin” müdafiəsinə qalxan, cəmiyyətdə riyakar və korrupsioner kimi ad qazanmış ermənipərəst ABŞ konqresmeni Frank Peloni idi. O, hotel yoldaşlarını yuxuya verərək qaçıb aradan çıxıb. İş elə gətirib ki, amerikalı konqresmenin qaldığı hotelin pəncələrindən Hərbi Qənimətlər Parkı və Zəfər Tağı açıq-aydın görünürmüş. Azərbaycanın tarixi Qələbəsi ilə yekunlaşan Vətən müharibəsi və antitterror əməliyyatı ilə “Böyük Ermənistan mifi”nin necə məhv olduğunu əks etdirən Hərbi Qənimətlər Parkındakı “əsir” erməni silah-sursatı amerikalı konqresmenin ürəyinə xəncər kimi soxulurmuş. Bu dərdə dözə bilməyən, həm də təhqir etdiyi xalqın qəzəbinə tuş gələn amerikalı konqresmenin hava işıqlanmamış xəlvəti qaçıb aradan çıxmaqdan başqa ayrı yolu yox idi və o da bu yolu seçdi. Konqresmenin rüsvayçı səfəri qaçmaqla başa çatdı.

“Dünya ictimaiyyəti hələ də COP29-un yüksək səviyyədə təşkilatçılığını heyrətlə seyr edir, Azərbaycana daha yüksək uğurlar arzulayırlar” - deyə Əliqismət Bədəlov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri