Icma.az
close
up
RU
COP29 əməkdaşlıq və tərəfdaşlıq təklif edirdi, lakin... AÇIQLAMA

COP29 əməkdaşlıq və tərəfdaşlıq təklif edirdi, lakin... AÇIQLAMA

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

 “Qeyri Hökumət Təşkilatları Milli Forumu Afrika ölkələri ilə sıx əməkdaşlıq edərək COP29 çərçivəsində iqlim üzrə PanAfrika Alyansının tədbirlərini təşkil ediblər”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Ekspert bildirib ki, Afrikanın qeyri-hökumət təşkilatları heç bir COP-da Bakıda keçirilən tədbirdəki kimi fəal təmsil olunmayıblar:

"Açığı bizim də onlardan öyrənəcəyimiz bir çox məsələ var. Çünki Afrika ölkələri iqlim məsələlərində həssas dövlətlərdir. Biz onların necə mübariz olduqlarını öz gözlərimizlə gördük. Onların öz haqları uğrunda inkişaf etmiş ölkələrlə mübarizəsinə şahidlik etdik. Əlbəttə, yanaşma mübarizə aparmaq deyil”.

Onun sözlərinə görə, COP29 əməkdaşlıq və tərəfdaşlıq təklif edirdi, lakin inkişaf etmiş ölkələrin arzuolunmaz mövqeyi, empatik olmayan davranışı digər tərəfi də şərtləndirir:

“Biz ilk müzakirələrdə Afrikadan olan həmkarlarımızın necə kompramisə meyilli olduqlarını gördük. Ancaq proses irəlilədikcə onların mövqeyinin sərtləşdiyini, daha doğrusu məyusluğunu müşahidə etdik. Onlar düşünürdülər ki, artıq olan olub, keçən keçib, indi sıfırdan başlamaq lazımdır. 2025-ci ildə Yeni Kollektiv Kəmiyyət Məqsədi müəyyən etmək lazımdır. Minimum olaraq 1 trilyon dollar, maksimum olaraq 1.3 trilyon dollar maliyyə nəzərdə tutulurdu. Ancaq inkişaf etmiş ölkələrin barışmaz mövqedən çıxış etməsi Afrika ölkələrini qəzəbləndirdi".

Zaur İbrahimli: COP29 bizə çoxlu dostluq qazandırdı

Z.İbrahimli diqqətə çatdırıb ki, Bakıya hücumların bir məqsədi də məhz bu perspektivləri görmələri idi:

"İnkişaf etmiş ölkələr başa düşürdülər ki, belə inklüziv COP-da əvvəlki COP-larda olduğu kimi formal bəhanələrlə yaxalarını qurtara bilməyəcəklər. Yəni pərdə qalxacaq və hər şey aydın olacaq. Məncə, COP29-un ən böyük nailiyyətlərindən biri odur ki, bizə çoxlu dostluq qazandırdı, indiyədək olan dostluqlarımızı möhkəmləndirdi".

Qeyd edək ki, COP29 Sədrliyi danışıqlarda son vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, COP29 sədrliyi il ərzində inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, ədalətli və iddialı yeni iqlim maliyyəsi məqsədi irəli sürüb:

"Biz səhərin erkən saatlarına qədər geniş məsləhətləşmə apardıq. Biz hər kəsə, bütün qruplara dünən yaydığımız mətn paketi ilə bağlı münasibət bildirmək imkanı tanıdıq və konstruktiv iştiraklarına görə onlara təşəkkür edirik. Məsləhətləşmələr zamanı səslənən fikirləri nəzərə alaraq, yeni mətni dərc etmişik".

Vurğulanıb ki, bu mətnlər COP29 üçün balanslaşdırılmış və sadələşdirilmiş paket təşkil edir:

"COP29 Sədrliyi Tərəfləri bu mətni diqqətlə öyrənməyə, qalan bir neçə variant üzərində konsensusa gəlməyə çağırır. Tərəfləri 2035-ci ilə qədər bütün ictimai və özəl mənbələrdə ən azı 1,3 trilyon ABŞ dollarına hədəfinə çatdırmaq üçün birgə işləməyə dəvət edirik. Yeni sənəd layihəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim fəaliyyətinə ayrılan ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin ildə 250 milyard ABŞ dollarına çatdırılması hədəf göstərilir. Tərəflərlə razılaşdırıla bilinməyən vacib məsələlərə yekun düzəlişlər üçün onlarla daha sıx işləyəcəyik. Biz daha çox şəffaf və inklüziv çalışacağıq ki, daha yüksək ambisiyalı mümkün nəticəni əldə edək".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Noyabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri