Icma.az
close
up
RU
COP29: İlham Əliyev yeni dünya, yeni çağ yaradır!

COP29: İlham Əliyev yeni dünya, yeni çağ yaradır!

Aznews.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalması geopolitik güclərin ölkəmizin ayağına vurduğu buxov idi. Milli hədəfi tarixi və qanuni ərazilərini düşmən tapdağından azad etmək olan Azərbaycan bir tərəfdən dövlət müstəqilliyini hifz etmək üçün düşünülmüş siyasət yürütdü, digər yandan da bircə gün də itirmədən həlledici savaşa hazırlaşdı. İkinci Qarabağ Savaşı 2020-ci ildə gerçəkləşdi və Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Silahlı Qüvvələri tarixi zəfər qazandı. Şuşanın azad olunmasından və Ermənistanın Üçtərəfli Bəyanata imza ataraq məğlubiyyətini etiraf etməsindən sonra Xankəndidəki seperatçı və cinayətkar rejimin qısa zamanda likvidasiya ediləcəyi gün kimi aydın idi. Nəhayət Azərbaycan bayrağı Xankəndidə də dalğalandı. Ermənistanın işğalçılıq siyasəti Azərbaycana çox böyük maddi, mədəni-mənəvi, demoqrafik və ekoloji ziyan vurub- bunları saymaqla bitməz. Ancaq daşnak zehniyyəti bir məsələdə ölkəmizə “ayı xidməti” göstərib- müstəqilliyini əldə etdikdən dərhal sonra Azərbaycan beynəlxalq münasibətlərin aktiv oyunçusuna çevrilib. Qarabağ problemini həll etdikdən sonra prezident İlham Əliyev bu avantajdan çox böyük məharətlə istifadə etməyə başlayıb və elə COP29 kimi nəhəng qlobal tədbirin Bakıda keçirilməsi də bu baxımdan diplomatiyamızın möhtəşəm gedişlərindən biridir. Məsələni qısaca şərh etsək COP29-un Bakıda keçirilməsi o deməkdir ki, torpaqlarını azad edən Azərbaycan indi dünyanın, planetimizin xilaskarı kimi çıxış edir.

COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər 198 ölkədir. Bu ölkələr BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına qoşulublar. Tərəflərin Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Konfrans hər il keçirilir. Əgər COP bu il Azərbaycanda keçirilməsəydi, tədbirə böyük ehtimalla Ermənistan ev sahibliyi edəcəkdi. Rəsmi Bakı təşəbbüsü əldən vermədi və Ermənistanın da razılığını alaraq tədbirin təşkilatçılığını öz üzərinə götürdü. Məsələ burasındadır ki, COP-a sədrlik rotasiya əsasındadır. BMT-nin 5 regionunun- Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələri öz aralarında növbəlilik prinsipini gözləməklə tədbirə liderlik edir. Azərbaycanın təşkilata sədrliyinə dair qərar daxil olduğumuz Şərqi Avropa Qrupunun yekdil rəyi əsasında verilib.

İnsan faktoruna əsaslanan qlobal istiləşmə iqlim dəyişikliyi yaradır. Bu, sadəcə, “nəzəri ekoloji problemlər” deyil. Buzlaqların əriməsi okean və dənizlərdə suyun səviyyəsinin artması, meşələrin sıradan çıxması, içməli su ehtiyyatlarının azalması, torpaqların şoranlaşması, sel və daşqınlar, nəhayət yeni viruslar, pandemiyalar, epidemiyalar deməkdir. Lakin gözlənilər risklər bunlarla bitmir. Qlobal iqlim dəyişikliyi:

Kənd təsərrüfatını sıradan çıxarır; Turizm və istirahət zonalarının təbii fəlakət bölgələrinə çevrilməsi bir çox sektorun bağlanması ilə nəticələnəcək. Bu vəziyyət ayrı-ayrı ölkələrdə iqtisadi tənəzzül və işsizlik yaradacaq; Yaranan iqtisadi böhran nəticəsində özünü aciz və müdafiəsiz hiss edənlər aclıq və psixoloji problemlərlə üzləşəcək; Az inkişaf etmiş ölkələrdən inkişaf etmiş ölkələrə miqrasiya artacaq; Az inkişaf etmiş ölkələrin qlobal istiləşmənin mənfi şərtlərinə qarşı ölkələrini qoruya bilməmələri qlobal böhranlara səbəb olacaq; Ölkələrin üzləşdikləri daxili problemlərdən faydalanmaq istəyən super güclərin maraqları, daha açıq desək, yeni müstəmləkəçilik siyasətləri dünyanı yeni xaosa sürükləyəcək.

Bu günlərdə Bakıda əslində cavab aranan ən böyük sual budur: Kim dünyada tərəqqidən, sülhdən, nizamdan yanadır, kim fəlakətlərdən, müstəmləkəçilikdən, xaosdan?

Tərəqqidən, sülhdən, nizamdan yana olanlar Bakıdadır, Azərbaycan prezidenti İlham Əliyevin başına toplaşıb və bəşəriyyət üçün daha ağrısız bir yol çizirlər.

Fəlakətlərdən, müstəmləkəçilikdən, xaosdan yana olanların hərəsi bir bəhanə ilə öz əməlləri, öz niyyətləri, öz məkrli planları ilə üzləşməkdən çəkinərək Bakıya gəlməyiblər. Hər pis işdə bir xeyir var, deyiblər. Neo-kolonistlərin və xoas tərəfdarlarının bu tövrü Azərbaycana unikal bir şans yaradır- dünya məzlumlarının, az inkişaf etmiş ölkələrin, rəsmi şəkildə müstəqil olsalar belə, ayrı-ayrı super güclərin məngənəsində sıxılanların maraqlarının və haqq səsinin ifadəçisi olmaq! Əgər prezident Əliyevin çıxışlarını, davranışlarını diqqətlə izləsək və soyuq başla təhlil etsək, əminliklə demək olar: Azərbaycanın dövlət başçısı artıq dünyada başlamış yeni bir müstəqillik və ədalət mücadiləsinin lideridir!

20-ci əsrdə yeni və milli dövlətlərin meydana çıxması modernizmin nəticəsi idi. Millətləşmə prosesi müstəmləkə xalqlarında tərəqqi arzusu və hədəfini yaratmış, nəticədə imperiyalar çökmüş, dünyanın yeni siyasi xəritəsi formalaşmışdı. Ötən əsrin 90-cı illərində dünyanın ən böyük imperiyalarından biri- SSRİ çökdü və ABŞ dünyanın tək liderinə çevrildi. Post-modernizm vüsət aldı. Post-modernist dünya pozulmuş nizam, ümidsizlik və mənasızlıq deməkdir. İndi dünyada yeni çağ başlayır- meta modernizm! Beynəlxalq arxitekturası çökmüş, necə deyərlər, at izi it izinə qarışmış, hər şeyin mürəkkəb hala salındığı dünyada bu çağ Azərbaycandan başlayır və qısa formulu belədir: “Bəli, aləm pozulub, amma bəşəriyyət olaraq tərəqqini təmin etmək öz əlimizdədir”!

Bu gün Ermənistan Azərbaycan üçün kiçik və xeyli dərəcədə əhəmiyyətsiz düşməndir. Nikol Paşinyanın və komanda üzvlərini Bakıya gəlib-gəlməməsi, erməni diasporunun Qreta Tünberq kimi psixikası pozğunları (rəsmi tibbi sənədlərə əsasən), tünbətünləri pulla satın alıb Tiflisdə, Cermuxda bir-iki ağız üstümüzə ulatması Azərbaycanın sarvanlıq etdiyi karvanı dayandıracaq deyil. Amma gəlin birlikdə və emosiyasız düşünək: Dünyada neft və qaz resursları olan 96 ölkə var. Azərbaycan neft və qaz ehtiyyatlarının həcminə görə dünyada 25-ci yerdədir. Dünya isə yuxarıda dediyimiz kimi böyük risk altındadır. Əgər COP kimi tədbirlər neft ölkələrində keçirilməsə, yaxud onların tədbirdə iştirakı arzuolunmaz sayılsa, bu dünya dövlətlərinin yarısının qıraqda qalması deməkdir. İkincisi, dünyanın ən böyük neft istehsalçıları da, istehlakçıları da, üstəlik, BMT TŞ-nın üzvləri də bu gün mediası BMT-nin iqlim dəyişikliyinə həsr olunmuş konfransının Bakıda keçirilməsinə ən çox ağız büzən ölkələrdir. Soruşmaq eyib olmasın, bu nə pəhriz, bu nə turşu? Həqiqətən maraq edirəm, Fransadan Braziliyaya, Çindən Kanadaya, Almaniyadan ABŞ-a qədər bir çox ölkənin mediası BMT İqlim Dəyişikliyi Konvensiyası barədə məlumatlılığı “Azadlıq” radiosunun müxbirindən heç olmazsa, bir misqal çoxdurmu? Zənnimcə, çox deyil. Çünki çox olsaydı bilərdilər ki, həmin konvensiyada inkişaf etmiş ölkələrin üzərinə xüsusi məsuliyyət qoyulub və indi Azərbaycana qarşı diletant hücumlar əslində o məsuliyyətdən yayınmaq üçün ucuz və kirli təbliğatdır.

Taleh ŞAHSUVARLI

AzNews.az analitik-informasiya portalının baş redaktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 14 Noyabr 2024 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see145

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see137

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see130

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see117

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see115

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see113

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see112

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see112

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri