Icma.az
close
up
RU
COP29: İqlim əməkdaşlığı və qlobal irəliləyişlər

COP29: İqlim əməkdaşlığı və qlobal irəliləyişlər

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) iqlim diplomatiyasında əhəmiyyətli bir mərhələ və qlobal əməkdaşlığın gücləndirilməsi baxımından tarixi hadisə kimi qiymətləndirilir. Bu mötəbər konfransda iqlim dəyişikliyi ilə effektiv mübarizə aparmaq üçün qlobal qətiyyəti əks etdirən bir sıra sahələrdə nəzərəçarpacaq irəliləyişlər əldə edildi.
Prezident İlham Əliyev COP29 çərçivəsində keçirilən tədbirlər zamanı çıxışında Azərbaycanın iqlim diplomatiyasındakı önəmli rolunu vurğulayaraq ölkəmizin bu prosesdəki liderliyini bir daha nümayiş etdirdi. Azərbaycan mürəkkəb geosiyasi şəraitdə qlobal səviyyədə mühüm qərarların qəbul edilməsində təsirli vasitəçi kimi çıxış edir.
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirdiyini bildirən dövlətimizin başçısı bildirib ki, biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik: “Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”.
Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Azərbaycanın qlobal problemlərin həllində əməkdaşlıq və dialoq prinsiplərinə əsaslanaraq fəaliyyət göstərdiyini qeyd edən Azərbaycan Prezidenti, ölkəmizin beynəlxalq platformalarda strateji təşəbbüsləri ilə fərqləndiyini və COP29-un buna parlaq bir nümunə olduğunu vurğuladı.
COP29 çərçivəsində Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya ildə 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə razılaşması daxildir. Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Dövlət başçısı COP29-da ildə 300 milyard dollarlıq iqlim maliyyəsinin təsdiq edilməsini Azərbaycanın balanslı və güclü diplomatiyasının uğurlu nəticəsi kimi dəyərləndirdi.
Bir çox dövlətlər Paris Sazişinə əsasən, iqlim öhdəliklərini gücləndirmək üçün COP29-dan platforma kimi istifadə etdilər. Yenidən işlənmiş Milli Müəyyənləşdirilmiş Töhfələrə istiləşməni (NDC) 1,5°C-ə qədər məhdudlaşdırmaq kimi qlobal məqsədlə uyğunlaşan daha iddialı 2030-cu və 2035-ci il hədəfləri daxil edildi. Bu öhdəliklər əsrin ortalarına qədər xalis sıfır emissiyaya keçid üçün çox vacibdir.
COP29-da, həmçinin inkişaf etməkdə olan ölkələrdə təsirlərin azaldılması və uyğunlaşma səylərini dəstəkləmək məqsədi daşıyan yeni iqlim maliyyəsi boşluğunun aradan qaldırılmasının vacibliyi vurğulandı. Hazırda bu boşluq ildə 187-359 milyard ABŞ dolları arasında dəyişir. İnkişaf etməkdə olan ölkələr üçün uyğunlaşma maliyyələşdirilməsini ikiqat artırmaq və tərəqqini daha effektiv izləmək məqsədilə Qlobal Adaptasiya Məqsədi (GGA) çərçivəsinin təkmilləşdirilməsi səyləri əsas diqqət mərkəzində oldu.
Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayan strateji mövqeyini nümayiş etdirərək, enerji keçidləri, davamlı inkişaf və regional əməkdaşlıq üzrə müzakirələrə ev sahibliyi etməklə iqlim diplomatiyasına böyük töhfə verdi. Tədbirdə qlobal iqlim problemlərinin həlli üçün inklüziv və çoxtərəfli yanaşmaların vacibliyi vurğulandı.
COP29, birgə iqlim tədbirlərinə olan ehtiyacı ön plana çıxararaq, dövlətləri bu məqsədlə bir araya gətirdi. Bu tədbir, ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə daha güclü və koordinasiyalı addımlar atmaq üçün qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında yeni təşəbbüslərlə çıxış etmələrini təmin etdi. Bununla belə, bu öhdəliklərin reallaşdırılması, paytaxt Bakıda keçirilən COP29-un uzunmüddətli təsirini müəyyənləşdirəcək.
Mahir Süleymanlı, Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Noyabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri