Icma.az
close
up
RU
COP29 iştirak etdiyim beynəlxalq tədbirlər içərisində ən üstünüdür

COP29 iştirak etdiyim beynəlxalq tədbirlər içərisində ən üstünüdür

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Rusiyadan gələn Şimali Yerli Xalqlara Dəstək Mərkəzinin nümayəndəsi Radun Sulen Ziguadır.

O Trend-ə açıqlamasında bildirib ki, artıq 10-dan çox beynəlxalq, yüksək səviyyəli konfransda iştirak edib.

"Hesab edirəm ki, COP29 onlardan ən üstünüdür", - o deyib.

Bakıda olmaqdan məmnunluğunu ifadə edən nümayəndə COP29-dan gözləntilərinin böyük olduğunu bildirib:

"Bu COP tədbiri, həmçinin, maliyyə COP-u da adlandırıla bilər. Maliyyə yalnız bir alətdir. Ondan bəşəriyyətin prinsipləri və hüquqları yönündə səmərəli istifadə etməliyik.

Biz təbiətimizi, torpağımızı qorumalıyıq və iqlim dəyişikliyinin qarşısını almaq və onunla mübarizə aparmaq üçün ölkələrin razılaşdırdıqları və üzərlərinə götürdükləri hər cür öhdəliklərə əməl olunmalıdır. Amma təbii ki, biz nə istəyirik, biz üzv dövlətlərin bütün siyasi iradəsini istəyirik".

10-dan çox beynəlxalq, yüksək səviyyəli konfranslarda iştirak etdiyini deyən R.S Zigua COP29 onlardan ən üstünü adlandırıb.

O, burada olduqca əhəmiyyətli hadisələrin baş verməsi səbəbindən Bakının gəzməli-görməli yerlərini hələ ziyarət edə bilmədiyini söyləyib:

"O qədər də çox vaxt olmadığından Bakını gəzə bilməmişəm. Çünki olduqca əhmiyyətli hadisələr və birgə qərarlar baş verir. Amma çox istərdim ki, buranın xüsusən də tarixi yerlərinə səfər edim".

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Noyabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see265

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see227

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see146

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri