Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Bu qədər insanın sevgisini qazanmaq bütün nailiyyətlərin ən üstünüdür”

“Bu qədər insanın sevgisini qazanmaq bütün nailiyyətlərin ən üstünüdür”

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hörmətli redaksiya, mən “Səs” qəzetinin çapa başlayandan oxucusuyam. Respublikamızın qeyri müəyyənlik dövründə “Səs” qəzeti insanlar üçün bir ümid ünvanı idi. Bu ay “Səs”də Hüseyn Qaraşovun həmkarlar ittifaqı hərəkatı ilə bağlı 2 məqaləsini oxudum. Məqalə müəllifinə və Sizə təşəkkürümü bildirirəm. Bu gün həmkarlar ittifaqlarının fəaliyyəti haqqında diskusiyalar açmaq çox zəruridir.Çünki,həmkarlar ittifaqı hay-küyçülüklə deyil real işi ilə nüfuz qazana bilər. İşçinin əmək haqqından tutulmaların ünvanı bu gün və gələcək üçün məlumdur.

Ancaq həmkarlar ittifaqına üzvlük haqqının məcburən tutulması qətiyyən qəbul edilməzdir.Bu hal yalnız və yalnız həmkarlar ittifaqının nüfuzuna xələl gətirir və ciddi narazılıqlara səbəb olur. Bu sahədə ədalətin və şəffaflığın olması çox vacibdir.

Hüseyn Qaraşovu mən yaxından tanıyıram.Uzun illər həmkarlar ittifaqlarının təhsil müəssisəsində birgə çalışmışıq.O bütün varlığı ilə özünü təhsil müəssisəsinin inkişafına həsr etdi. Akademiya yüksələn xəttlə inkişaf edərək bu günkü səviyyəsinə çatdı. Onun işdən azad edilməsi onu yaxından tanıyanlar üçün bu gündə inandırıcı görünmür.

Çox təəccüblüdür ki, AHİK-in sədri təzədir, Hüseyn müəllimi, yaxından tanımır, bəs AHİK-in İcraiyyə Komitəsinin üzvləri. Axı onların gözü qarşısında Hüseyn müəllimin əməyi sayəsində akademiya çətinliklə inkişaf edib, şəffaflığı ilə nüfuz qazanıb.

Biz bir çox alimlər bu ədalətsizliklə əlaqədar ölkə başçısına müraciət hazırlamışdıq. Lakin Hüseyn müəllim xahiş etdi ki, belə addım atılmasın...

Mən sosial şəbəkədə Hüseyn müəllimin işdən azad olması ilə əlaqədar yüzlərlə yazılanları oxuduqdan sonra görkəmli ədəbiyyatşünas, yazıçı Mir Cəlal Paşayevin dediyi: “Balalarımızın tərbiyəsi, vətənimizin gələcəyi üçün, həqiqət, ədalət naminə hər vasitəyə əl atmaq gərəkdir” fikrinin təsiri altında qərara gəldim ki, Hüseyn müəllim haqqında yazılanların bəzilərini “Səs”in oxucuları ilə bölüşüm.

Vahid İsmayılov, tarix üzrə fəlsəfə doktoru:Rektor olmağı haqq edən nəhəng şəxsiyyət.Sizdən çox şey öyrəndik, öyrənməyə də davam edəcəyik. Sizi unutmarıq, insanlığı cəmiyyətimizə sevdirən BÖYÜK İNSAN. Var olun,yüz yaşayın.Yaşayın ki, bu qədər insanın sevgisini qazanmağın yollarını bizlərə öyrədəsiniz.Tanrıma sonsuz şükürlər olsun ki, əmək fəaliyyətimin 12 ilini Sizin rəhbərliyiniz altında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirdim.O illəri heç zaman unutmaram, mənə müəllim olmaq şansı verən əvəzolunmaz, bəli məhz əvəzolunmaz fenomen.

Hörmət Cavadova, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent: Vahid müəllimin sözünə qüvvət, dəyərli alim, bütöv şəxsiyyət,hamının sevgisini qazanmış,həm də sevgiyə haqq edən Hüseyn müəllim var olasınız!

Müslümat Allahverdiyeva, iqtisad elmləri doktoru: Mən artıq 30 ildən çoxdur ki, ali məktəblərdə dərs deyirəm, əsas iş yerim olmasa da bu akademiya mənim üçün doğmadı. Çünki bu akademiyaya Hüseyn müəllim kimi humanist, sadə, səmimi, şəffaf bir mühit yaratmış insan rəhbərlik edirdi.Hüseyn müəllim çox xoşbəxt bir adamdır, çünki hər insana nəsib olmur bu qədər insan sevgisi, öyrənci sevgisi.Hüseyn müəllim Allah Sizi qorusun.Sizə sağlamlıq,uzun ömür arzu edirəm.Düşünürəm ki, Sizin kimi insan cəmiyyət üçün həmişə əhəmiyyətli, tələb olunan olacaq.

Ələsgər Əliyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent: Hörmətli rektor, Siz bizim üçün təkcə gözəl rektor deyil, həm də əziz, qardaş olmusunuz.Sizin həmişə akademiyada yeriniz görünəcək.

Lalə Cabbarlı, müəllim, doktorant: Hüseyn müəllim həyatda gördüyüm ən təmiz, ən səmimi, ən sadə, ən mərhəmətli insan, nəfsinə yenilməyən,daim şərəfiylə, təmiz adıyla yaşayan, müəlliminə,tələbəsinə dayaq olan,vətənini,millətini sevən, adi işçi ilə vəzifəli şəxs arasında fərq qoymayan ali bir dəyərdir.Hüseyn müəllim bizim üçün böyük bir insanlıq məktəbidir.Hamımız xoşbəxt insanlarıq ki, Hüseyn müəllim kimi bir şəxsiyyət bizə rəhbərlik edib.

Vəkil Həsənov, tarix elmləri doktoru,professor: Lalə xanım çox sağ olun.Ürəyimizdə,qəlbimizdə olan hörmət və ehtiramın az bir qismini də olsa sözlə ifadə etmisiniz.Bilirəm ki, Hüseyn müəllim şəxsiyyətinə mənsub olan dəyərləri ifadə etmək üçün söz tapmaq çox çətindir.Hüseyn müəllimin rəhbərlik etdiyi ali təhsil ocağında yaratdığı mühit ən nümunəvi olub.Hüseyn müəllim mənim fikrimə, düşüncəmə BÖYÜK İNSAN kimi həkk olunub.Dəyərli ziyalımıza, çox hörmətli professorumuza can sağlığı, uzun ömür arzulayıram.Harada olursa olsun Hüseyn müəllim dövlətçiliyimizə sadiq, millətini ürəkdən sevən, vətənpərvər,saf,halallığı rəhbər tutan insan kimi fəaliyyət göstərib.

Səbinə Mahmudova, müəllim, doktorant: Bu gün Akademiyamızın rektoru Hüseyn Qaraşovun bir daha nə qədər sevildiyinin və hərkəs tərəfindən rəğbət qazandığının şahidi olduq.2015-2019-cu il bakalavr, 2019-2021-ci il magistratura və ondan sonrakı müəlliməlik həyatımda mənə, eyni zamanda gənc pedeqoqlara yanaşma üsuluna görə onun nə qədər əməksevər bir insan olduğunun və biz gənclərin fikirlərini hər dəfə çıxışında önəmsəyərək diqqət və qayğı göstərdiyinin şahidi oldum, nəyinki mən, əminəm ki hamı!Hər zaman qəlbimizdəsiniz.

Əli Əhmədli, məzun: Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası hörmətli rektor Hüseyn Qaraşovun rəhbərliyi altında təhsilimizə sözün həqiqi mənasında müsbət töhvə verir.Tam əminliklə deyə bilərəm ki, yeganə təhsil ocaqlarından biri, bəlkə də birincisidir ki, rüşvətə,korrupsiyaya yox deyərək xalqa, onun gənc övladlarına layiqli təhsil verir.

Sadiq İmanov : Hər birimizi öz ayrılışı ilə qəhərə boğan dəyərli şəxsiyyət.Sizin əməyiniz və əziyyətiniz danılmazdır.

Mirnahid Ağayev : Qurulduğu ilk gündən Azərbaycanda ilk və tək, ali təhsil müəssisəsi oldu ki, orada rüşvətdən, haqsızlıqdan, keyfiyyətsiz təhsildən söz belə gedə bilməz.Çünki Hüseyn müəllim olan yerdə bu kimi hadisələr yolverilməz idi.

Telman İmanov : Çox dəyərli rektorumuz Hüseyn müəllim.Çox şadamki gözəl unudulmaz tələbəlik illərimiz Sizin vaxta düşüb.Hər zaman bizim təhsilə,ictimai sektora dəstək verdiniz.Sizdən çox şey öyrəndik,hər bir tələbənin sevgisini qazandınız.Saatlarla,günlərlə danışsaq yetməz...

Şamil Qəhrəmanov : Hüseyn müəllim vəzifəsini şərəflə,ləyaqətlə yerinə yetirən və eyni zamanda gözəl insandır...

Xəyalə : Hər rektor işindən ayrılan zaman,kiçik vəzifəli işçisindən tutmuş tələbəsinə,məzununa kimi göz yaşı tökmür.Bu, Sizin illərlə qazandığınız hörmətin göstəricisidir Hüseyn müəllim.

137 saylı qrup adından çox üzüldük.İnanın heç kimin həvəsi qalmamışdı nə dərsə cavab versin, nə nəsə eləsin,öz arxamızı itirmiş kimi olmuşuq.Bütün uşaqlar onun elədiyi yaxşılıqlardan danışırdı,hər kəsi dinləməyindən,tələbəsinin arxasında durmağından,yeri gəlib maddiyatı zəif olan,gücü çatmayan insanlara belə o komək əlini uzadıb,təmənnasız kiməsə yaxşılıq eləmək hər insanın işi deyil.Amma onun insanlığı hər zaman qəlbimizin ən uca yerində qalacaq.Məncə harda olursa olsun bu qədər insanın sevgisini qazanmaq bütün nailiyyətlərin ən üstünüdür.İnsanın ömrü boyu tanıdığı az insan vardır ki, heç qan bağı və ya hansısa tanışlığı olmasa belə ona əziz, doğma gələr.Akademiyada bu gün hər kəs pərişan durumda idi.Bəlkə də o, bu gün akademiyadan gedəcək,amma onu sevən və heç vaxt unutmayacaq olan insanlar qazandı.

236 saylı qrup olaraq bu gün öz doğma akademiyamızda özümüzü qərib hiss etdik.Sadəcə 4 il deyilmiş akademiya həyatı. O 4 ildə nə qədər sevinc, nə qədər kədər varmış. Bu gün yaşadığımız kədər bir ömrə bədəl oldu.Hüseyn müəllimin insanlığı,mehribanlığı,vicdanı bizlərə ən böyük dərs oldu.Bir insan necə sadə ola bilərmiş,biz Hüseyn müəllimdən öyrəndik. Dəyərli rektorumuz Hüseyn müəllimin gedişi onu sevən tələblərinə çox pis təsir edir. Sözlər yazdıqca bəlkə də bitər. Amma Hüseyn müəllimə qarşı olan hörmətimiz,sevgimiz heç vaxt bitməz.

340 saylı qrupun tələbələri üçün bu gün həyatının ən pis xəbərini eşidən,ən yaxınlarının,ən doğmalarının getməsi kimi pis oldular...

Bəli əziz oxucular. Prezidentimiz cənab İlham Əliyev var gücü ilə çalışır ki, bütün sahələrdə ədalət prinsipi pozulmasın.Təəsüf ki, belə hallar baş verir. Vətəndaş olaraq bu cür hallara heç vaxt biganə qalmamalıyıq!

Hörmətlə: Ramiz İsgəndərov,

iqtisad elmləri doktoru, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri