COP29 iştirakçısı: Okeanların ekosisteminin sağlamlığı üçün ildə 175 milyard dollarlıq maliyyə vəsaiti lazımdır
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 13-də Asiyanın iqlim müdafiəçisi Natali Sum Yue Çunq “Antarktika iqlim ekspedisiyası: karbon üçün mavi iqtisadiyyatın gələcəyini yenidən hazırlamaq” mövzusunda məruzə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Natali Çunq təbliğat və sosial media vasitəsilə karbon neytrallığını sürətləndirmək, okeanların potensialını ortaya çıxarmaq üçün təkliflərini bölüşüb. O bildirib ki, okean-iqlim qətnamələrini icra etməklə dəniz ekosistemlərini qorumaq lazımdır. Natali Çunq qalıq yanacaq hasilatını və okeanda istifadəsinin dayandırılmasının vacibliyini qeyd edib.
Məruzəçi okeanların sağlamlığı üçün ildə 175 milyard dollarlıq maliyyə vəsaitinin lazım olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 13 Noyabr 2024 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















