COP29: Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda “Şəhərdən Kəndə” və “AFAQ” layihələrinin təqdimatı keçirilir AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda “Aqrar tədarük və təchizat” ASC və “PAŞA Holdinq”in dəstəyi ilə reallaşan “Şəhərdən Kəndə” və AFAQ layihələrinin təqdimatı keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, stenddə “Şəhərdən Kəndə” layihəsinin dəstək göstərdiyi “Sitrus vadisi” və “Tofiqoğlu” bal təsərrüfatında istehsal edilən kənd təsərrüfatı məhsulları sərgilənir və məhsulların keyfiyyəti barədə yerli və xarici ziyarətçilərə məlumat verilir. Həmçinin pavilyonda “Şəhərdən Kəndə” və AFAQ layihələri çərçivəsində dəstək göstərilən fermerlər və onların təsərrüfatları barədə videoçarx nümayiş olunur.
Qeyd edək ki, AFAQ - “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” lahiyəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilən layihədir. Layihənin əsas məqsədi qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi| rifahın yaxşılaşdırılmasına töhfə verməkdir.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi isə aqroturizmin inkişafı istiqamətində həyata keçirilən sosial layihədir. Layihənin məqsədi aqroturizmi inkişaf etdirmək, fermerlər üçün əlavə gəlir mənbələri yaratmaq və turistlər üçün fərqli istirahət imkanı təqdim etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 16 Noyabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















