Icma.az
close
up
RU
COP29 Könüllülük Proqramının hazırlıq mərhələsi başa çatdı

COP29 Könüllülük Proqramının hazırlıq mərhələsi başa çatdı

Icma.az, Sfera.az saytına istinadən bildirir.

11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlıq prosesi çərçivəsində COP29 könüllüləri üçün üç ay davam edən geniş təlim proqramının yekun mərhələsi başa çatıb.

Bu barədə Sfera.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, COP29 Könüllülük Proqramı çərçivəsində COP29-un Mavi Zonasında işə cəlb olunacaq könüllülər məkan təlimləri ilə sonuncu hazırlıq mərhələsinə yekun vurublar. Məlumat sessiyası, məkan sessiyası və konfrans məkanında gəzinti olmaqla üç hissədən ibarət yekun mərhələyə 1200 COP29 könüllüsü qatılıb. Sonuncu təlim mərhələsinin məqsədi könüllüləri konfrans ərəfəsində tədbir məkanı ilə yaxından tanış etmək və konfrans müddətində onların icra edəcəkləri vəzifələr barədə ətraflı məlumat vermək olub.


COP29 Könüllülük Proqramı bu ilin may ayında elan edilib. Proqrama qoşulmaq üçün müraciət edən 16000 nəfərdən çox namizəd bir neçə mərhələdən ibarət olan seçim prosesindən keçib və nəticədə 3000 nəfər müraciətçi COP29 könüllüsü olaraq seçilib. COP29-a hazırlıq mərhələsində COP29 Könüllülük Proqramının iştirakçılarının hərtərəfli məlumatlandırılması və səriştələrinin artırılması məqsədilə ötən aylar ərzində müxtəlif istiqamətlərdə bir sıra intensiv təlimlər keçirilib.


Tədbirin açılışında çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev COP29 konfransının həm yerli, həm də qlobal əhəmiyyətindən danışaraq, bu prosesdə gənclərin, COP29 könüllülərinin vacib rolunu vurğulayıb. O, könüllülərin üzərinə düşən vəzifələri uğurla icra edəcəklərinə əminliyini ifadə edib.


COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə heyətinin sədri, Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova çıxışında COP29 Könüllülük Proqramının konfransa hazırlıq prosesinin vacib istiqamətlərindən olduğunu qeyd edərək ötən aylar ərzində COP29 könülləri üçün təşkil edilən təlimlərdən bəhs edib. O, vurğulayıb ki, COP29 tədbirinin uğurlu icrasında əhəmiyyətli pay öz fədakar əməyi, nümunəvi davranışları ilə seçilən dayanıqlılıq səfirləri kimi çıxış edəcək COP29 könüllülərinin üzərinə düşür.


Tədbirə onlayn bağlantı vasitəsilə qoşulan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29 könüllülərini sözügedən qlobal əhəmiyyətli tədbirdə iştirak etmək şansını qazandıqları münasibətilə təbrik edib, bu məsuliyyətli prosesin bir hissəsi olduqlarına görə təşəkkür edib və onlara uğurlar arzu edib. Tədbirin davamında BMT-nin Baş katibi Antonio Quterreşin COP29 könüllülərinə videomüraciəti də təqdim olunub.


Tədbirin sonunda COP29 könüllülərinin qarşısında həmçinin çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir Azərbaycanın bu konfransa ev sahibliyi etməsinə hazırlıqların və təşkilatçılığın yüksək səviyyədə icra edildiyinə xüsusilə diqqət çəkib və COP29 könüllülərinin konfransın səmərəli təşkilinə öz töhfələrini verəcəyinə inandığını qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Noyabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri