Icma.az
close
up
RU
COP29 Qərb dairələrinin hiyləgər siyasətinə işıq saldı, Bakıda tarixi razılaşma əldə olundu

COP29 Qərb dairələrinin hiyləgər siyasətinə işıq saldı, Bakıda tarixi razılaşma əldə olundu

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu il Bakıda keçirilən COP29 tədbiri zamanı və  tədbirdən öncə də bir sıra Qərb ölkələri Azərbaycana qarşı qarayaxma kampaniyaları aparmağa başladılar. Və həmin dövlətlər BMT-nin ölkəmizdə keçirilən nüfuzlu tədbirinə qatılmaqdan da imtina etdilər. Bu dövlətlərin başında isə ABŞ prezidenti Co Bayden administrasiyası və Fransa dayanırdı. Hər nə qədər Bayden administrasiyasi və Fransa Azərbaycanda keçirilən tədbiri boykot etməyə çalışsa da onların ümidləri puç oldu.

Beləliklə, COP29 Sədrliyi bu gün Paris Sazişinin 6-cı maddəsinə əsasən yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqları yekunlaşdırmaq üçün onillik gözləmə müddətinin başa çatdığını elan edib.

COP29 prezidenti Muxtar Babayev çıxış edərkək bildirib ki, “Biz onillik gözləməyə son qoyduq və 1,5 dərəcəni əlçatanlıqda saxlamaq üçün kritik aləti açdıq. İqlim dəyişikliyi transmilli məsələdir və 6-cı maddə transmilli həll yollarına imkan verəcək. Çünki atmosfer emissiyalara qənaətin harada əldə olunduğuna əhəmiyyət vermir”.

COP29 tədbirində əsas müzakirə edilən məsələlərdən biri də məhz COP iqlim maliyyəsinin razılaşdırılması idi. Bundan öncə də keçirilən COP tədbirlərində maliyyə məsələsi razılaşdırıla bilməmişdi və ümidlər gələn il keçiriləcək COP30 tədbirinə idi. Lakin bu baş vermədi və Azərbaycan mühüm addım ataraq maliyyə məsələsinin razılaşdırılmasına böyük töhfə verdi. COP29-da 2015-ci ildə Parisdə keçirilən tədbirdəki razılaşmaya yenidən baxıldı və qərar qəbul edildi ki, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulsun.

Qeyd edək ki, bundan öncəki COP tədbrilərində bu maliyyənin ödənilməsi nəzərdə tutulsa da, bu baş vermədi və bu öhdəlikdən boyun qaçıran başda məhz Qərb ölkələri oldu. Məhz bu səbəbdən Qərb ölkələri və mediası Azərbaycanda keçirilən bu təbdir zamanı diqqəti müxtəlif istiqamətlərə yönəltmək və maliyyə öhdəliklərini arxa plana keçirməyə nail olmaq istəyirdilər.

Qərb ölkələrinin bu kimi çirkin niyyətlərinə baxmayaraq, Bakıda keçirilən BMT-nin bu tədbiri yüksək səviyyədə keçirildi və bütün dünyanın diqqətini çəkdi. COP tədbirlərində razılaşdırıla bilməyən 6-cı maddənin Bakıda keçirilən tədbirdə razılaşdırılması tarixə düşdü və Azərbaycanın növbəti uğuru kimi bunu qiymətləndirə bilərik. Və buradan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan bundan sonra da dünya miqyaslı bütün tədbirləri yüksək səviyyədə qəbul etməyə hazırdır.


Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://missiya.az
archiveBu xəbər 24 Noyabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri