Icma.az
close
up
RU
COP29 və COP30 ölkələrinin QHTləri arasında görüş keçirildi

COP29 və COP30 ölkələrinin QHTləri arasında görüş keçirildi

Pravd.az-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir COP29 və COP30 ölkələrinin QHTləri arasında görüş keçirildi.

2024-cü il noyabrın 1-də Azərbaycan və Braziliya QHT-ləri iqlim dəyişmələrinə qarşı mübarizə mövzusunda birgə səyləri müzakirə etmək üçün görüş keçirib.

Görüşdə Azərbaycan tərəfdən COP29 QHT Koalisiyasının təşəbbüskarı olan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, Forumun üzvü Urfan Sərkərov, Braziliya tərəfdən isə COP29 QHT Koalisiyasının üzvü, “Empodera Klima” təşkilatının rəhbəri Renata Kox, UNFCCC-də müşahidəçi statusa malik “İgarape” İnstitutunun nümayəndəsi Alina Lara, “Coordenação das Organizações Indígenas da Amazônia Brasileira” təşkilatının təmsilçisi Valdeniza Vasques, “CNPC do MINC” təşkilatının məsləhətçisi Alana Mançineri iştirak edib.

Görüşdə COP29 QHT Koalisiyası ilə əlaqədar Azərbaycanın unikal təcrübəsi öyrənilib, bu Koalisiyada inklüzivlik prinsipinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:2
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri