Icma.az
close
up
RU
COP29 xüsusi hərəkət zolaqları qüvvədən düşən yollar açıqlanıb SİYAHI

COP29 xüsusi hərəkət zolaqları qüvvədən düşən yollar açıqlanıb SİYAHI

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İctimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş “COP29 xüsusi hərəkət zolaqları” tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qeyd edilən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları sökülüb və xətlər silinir. Yol nişanları çıxarılmış zolaqlar qüvvədən düşmüş hesab olunur və sürücülər bu zolaqlara daxil ola bilərlər.

Bakıvaxtı.az xəbər verir ki, AYNA "APA-Economics"in sorğusuna cavab olaraq "COP29 xüsusi hərəkət zolaqları" qüvvədən düşən yolları açıqlayıb.

Bildirilib ki, Zuğulba şosesi, Gülarə Qədirbəyova küçəsi, Hava limanı şosesi, Heydər Əliyev prospekti, Niyazi küçəsi, Bülbül prospekti, İstiqlaliyyət, Mehdi Hüseyn, Koroğlu Rəhimov küçələri, Salyan şossesi, Zığ şossesi, Həsənoğlu küçəsinin Təbriz küçəsi ilə kəsişməyədək, Böyükşor yol qovşağının üzəri, Y.Səfərov küçəsi ilə 28 May - Ü.Hacıbəyli küçəsinin kəsişməsinədək, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi ilə Dairəvi yol-Parlament prospekti, ​Həsən Əliyev küçəsilə Ataturk prospekti - Əhməd Rəcəbli küçələrinin kəsişməsi, ​Mirzaağa Əliyev küçəsi ilə A.Şaiq küçəsi- Azərbaycan prospektinin kəsişməsi, Mikayıl Üseynov küçəsi Azneftdən Bayraq meydanı istisqamətində, Bünyad Sərdarov küçəsi, H. Seyyidbəyli-İstiqlaliyyət küçələri ilə kəsişməyədək, Həsən Seyidbəyli və N. Nərimanov prospekti-B. Sərdərov küçəsi ilə kəsişməyədək, Şeyx Şamil küçəsi Mehdi Hüseyn - İstiqlaliyyat küçəsi ilə kəsişməyədək, Xocalı prospekti Yusif Safarov küçəsi - İzzət Orucov küçəsi ilə kəsişməyədək olan hissələrdə 5.9 yol nişanlarının çıxarılıb və zolaqlar qüvvədən düşüb.

Hazırda yalnız 5.9 yol nişanlarının mövcud olduğu zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağandır.

Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbini pozmamaq xahiş edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Dekabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri