Zelenski: Ukrayna Donbasdan qoşunlarını çıxarmayacaq
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin hazırda nəzarətində olan Donbas ərazilərindən qoşunlarını çıxarmayacağını bildirib.
Gununesi.info xəbər verir ki, o, bu barədə Yerli və Regional Hakimiyyət Orqanları Konqresinin iclasında çıxışı zamanı danışıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın Donbasdan könüllü şəkildə, döyüşsüz geri çəkilməsi müharibədə məğlubiyyət demək olacaq. O bildirib ki, Ukrayna öz ərazisinin bir hissəsini könüllü təhvil versə, gələcəkdə Rusiyanın başqa əraziləri də tələb etməyəcəyinə heç bir təhlükəsizlik zəmanəti yoxdur.
“Düşünürəm ki, Donbasdan geri çəkilmək bu müharibəni uduzmaq deməkdir. Mən hərbi əməliyyatlar nəticəsində geri çəkilməyi deyil, öz iradəmizlə torpaqlarımızı tərk etməyimizi nəzərdə tuturam”, – o bildirib.
Zelenski hesab edir ki, Moskva Donbasdan sonra Xarkov, Dnepr və Zaporojye vilayətlərinə qarşı da ərazi iddiaları irəli sürə bilər.
Zelenski Rusiyanın atəşkəsə razılaşmalı olduğunu deyib. Onun sözlərinə görə, Rusiya hər ay 50 mindən çox hərbçi itirir və müharibənin davam etməsi ölkəyə iqtisadi baxımdan da zərər vurur.
O, həmçinin 2014-cü ildə Krımın müdafiə olunmamasını xatırladaraq, həmin dövrdəki geri çəkilmənin sonradan Ukraynanın digər ərazilərinin işğalına və genişmiqyaslı müharibəyə gətirib çıxardığını vurğulayıb.
Zelenski əlavə edib ki, Ukrayna torpaqlarının təhvil verilməsi ölkənin müstəqilliyini və gələcəyini təhlükə altına qoyar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 24 Noyabr 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















