Icma.az
close
up
RU
COP29da “Africa Grows Green” mükafatları təqdim olunub AZƏRTAC

COP29da “Africa Grows Green” mükafatları təqdim olunub AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Bakıda “Africa Grows Green” (Afrika Yaşıl Olur) təşəbbüsü üzrə mükafatların təqdimetmə mərasimi keçirilib. Misirin “İstidamə” Davamlı Yaşayış Keyfiyyəti Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə bu ölkənin ətraf mühit naziri Yasmin Fuad, Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ekoloji koordinasiya üzrə nümayəndəsi Romina Xurşid Alam, Assosiasiyanın İdarə heyətinin sədri Rim Əbdülməcid, beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mükafatlar innovasiya və sahibkarlıq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə fərqlənən şəxslərə təqdim olunub.

Nazir Yasmin Fuad bu təşəbbüsün Şimali Afrika və Yaxın Şərq regionunda iqlim dəyişikliyinə qarşı həllər və layihələr təqdim etməyə çalışan gənc sahibkarlar və xüsusilə qadınlar üçün real fürsət olduğunu vurğulayıb. O, elmin və innovasiyanın yaşıl keçid və iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizənin təməlini təşkil etdiyini deyərək, bu təşəbbüsün afrikalı gənclərin sahibkarlıq vasitəsilə yaşıl keçidə doğru irəliləmələrinə töhfə verəcəyini bildirib.

Misirli nazir əlavə edib ki, “Africa Grows Green” təşəbbüsü Şimali Afrika və Yaxın Şərq regionundakı sahibkarlar arasında əlaqə yaratmaq üçün platforma sayıla bilər. Qeyd edib ki, gənclərə bu platforma vasitəsilə daha aşağı karbonlu və dayanıqlı gələcək naminə innovativ həllər təqdim etmək imkanı yaradılır. Eyni zamanda, bu platforma region daxilində ətraf mühitin qorunması və inkişafın dəstəklənməsi üçün investisiya imkanlarının artırılmasında faydalı ola bilər.

Ətraf mühit naziri təşəbbüs üzrə mükafatların dörd kateqoriyanı əhatə etdiyini vurğulayıb.

Mükafata cəlb edilən fəaliyyətlərdən biri iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaya və onların azaldılmasına yönəlmiş texnologiyalarla bağlıdır. Bu da öz növbəsində kənd təsərrüfatı, su resurslarının idarə olunması, enerji paylanması və saxlanması, ağıllı nəqliyyat və digər sahələri əhatə edir.

“She Goes Green” mükafatı isə qadınlar tərəfindən idarə olunan, yaşıl istehsal və istehlak sahələrində iş yerlərinin və bazarların yaradılmasının təşviqində rol oynayan startaplara verilib.

“Yaşıl Maliyyələşdirmə” mükafatına gəlincə, o, investisiya portfellərində "sıfır karbon izi" hədəflərinə çatmağı hədəfləyən banklar, investisiya layihələri və investorlar üçündür.

Mükafat alanlar arasında iqlim üzrə təhsil, tədqiqat və təlim sahələrində seçilən akademik müəssisələr də var. Sözügedən mükafat iqlim innovasiyaları sahəsində bacarıqların artırılmasını hədəfləyir.

Qeyd edək ki, “Africa Grows Green” təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizə məqsədilə sənaye sektorlarını, qadınlar tərəfindən idarə olunan kiçik və orta sahibkarlıq subyektlərini, yaşıl maliyyələşdirmə qurumlarını və tədqiqat mərkəzlərini ekoloji cəhətdən dost yanaşmalara sərmayə qoymağa təşviq edir. Bu təşəbbüs üzrə qaliblərin mükafatlandırılması, əvvəlki COP27 və COP28 konfranslarında da həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri