Icma.az
close
up
RU
COP29da “Beynəlxalq iqlim təşəbbüslərinin tamamlayıcılığı və davamlılığı” mövzusunda dəyirmi masa keçirilib AZƏRTAC

COP29da “Beynəlxalq iqlim təşəbbüslərinin tamamlayıcılığı və davamlılığı” mövzusunda dəyirmi masa keçirilib AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 15 noyabr, AZƏRTAC

COP29 çərçivəsində “Beynəlxalq iqlim təşəbbüslərinin tamamlayıcılığı və davamlılığı” mövzusunda dəyirmi masa təşkil olunub.

AZƏRTAC xəbər verir ki, dəyirmi masa COP29 Sədrliyi, İsveç və Dünya Resursları İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində baş tutub.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişmələri milli sərhədləri aşır, onun yaratdığı problemlər qlobal və kollektiv şəkildə həll olunmalıdır. Bu sahədə beynəlxalq əməkdaşlıq mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, Paris Sazişinin qəbulundan bəri təşəbbüslərin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla belə təşəbbüslərin bəyan edilmiş məqsədlərə doğru irəliləyişini, eləcə də gələcəkdə təşəbbüslərin təsirini daha da artırmaq imkanlarını dəyərləndirmək də vacibdir: “Səylərimizdə davamlılığı, səmərəliliyi və uyğunluğu təmin etmək vacibdir. Bu, daha böyük fəaliyyət üçün əhəmiyyətli impuls yaratmaq və bu təşəbbüslərin həyata keçirilməsinə dəstəyi artırmaq üçün vacib olacaq”.

Baş danışıqçı İsveç və Dünya Resursları İnstitutuna tərəfdaşlığa görə minnətdarlıq edib.

COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinin Qlobal və Regional Təşəbbüslər Komandasının həmrəhbəri, Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov da dəyirmi masanın mövzusunun əhəmiyyətindən danışıb. Bildirib ki, COP29 Sədrliyinin təşəbbüslərinin hazırlanması prosesində çoxsaylı maraqlı tərəflərlə məsləhətləşmələr aparılıb və bu zaman bir çox COP sədrlikləri tərəfindən təqdim olunan təşəbbüslərin davamlılıq və tamamlayıcılıq baxımından çatışmazlıqlarının olduğu barədə narahatlığa rast gəlinib. Buna görə də COP29 Sədrliyinin təşəbbüsləri çərçivəsində davamlılıq və tamamlayıcılıq komponentlərinin inteqrasiya edilməsi diqqət mərkəzində saxlanılıb.

COP29 Sədrliyinin təşəbbüslərindən bəhs edilərkən diqqətə çatdırılıb ki, noyabrın 14-də Bakı İqlim Maliyyəsi, İnvestisiya və Ticarət Dialoqu (BICFIT) təşəbbüsünə start verilib: “Bu təşəbbüs vasitəsilə biz iqlim maliyyəsi, investisiya və ticarət mövzusunda COP sədrliklərinin koalisiyasını yaratmaq istəyirik.“

Qeyd edilib ki, COP22-dən etibarən iqlim və inkişaf mövzusu digər COP-larda davam etdirilir və bu prosesin davamı olaraq Bakıda ilk dəfə maliyyə, investisiya və ticarət günü təşkil edilib: “BICFIT dialoqu vasitəsilə biz iqlim maliyyəsi, investisiya və ticarət mövzusunda tamamlayıcılığı və davamlılığı təmin etmək istəyirik.”

Elmar Məmmədov COP29 Sədrliyinin digər təşəbbüsləri barədə də tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, sədrlik iqlim və sağlamlıq, urbanizasiya, kənd təsərrüfatı, su və iqlim mövzularında təşəbbüslər hazırlayıb və qeyd edilən bütün bu təşəbbüslərdə məqsəd birbaşa olaraq davamlılıq və tamamlayıcılıq məsələlərinin həllinə yönəlib.

Dünya Resursları İnstitutunun direktoru Ani Dasquptanın moderatorluğu ilə keçən dəyirmi masada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ətraf mühit, iqlim dəyişikliyi və səhiyyə departamentinin direktoru Maria Neira, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) məskunlaşma üzrə rəsmisi Lea Ranalder, Təmiz Hava və İqlim Koalisiyası katibliyinin rəhbəri Martina Otto, İsveçin iqlim üzrə səfiri Mattias Frumerie, Braziliya Xarici İşlər Nazirliyində İqlim Fəaliyyət bölməsinin rəhbəri Mario Mottin, Beynəlxalq İqlim Siyasətləri Habının direktoru Kat Abreu çıxış ediblər.

Dəyirmi masada müxtəlif qlobal iqlim təşəbbüslərinin bir-birini necə tamamlaya biləcəyi, səylərin davamlılığı, səmərəliliyi və tutarlılığını necə təmin ediləcəyi ətrafında fikir mübadiləsi aparılıb.

Natiqlər iqlim dəyişmələri kontekstində müxtəlif sahələr üzrə, xüsusilə də sağlamlıq, urbanizasiya və ətraf mühitin qorunması təşəbbüslərinin bir-birini necə tamamlaya biləcəyi, səylərin davamlılığı, səməliliyi və tutarlılığının necə təmin ediləcəyi ətrafında fikir mübadiləsi aparıblar. Müxtəlif illərdə qəbul edilmiş təşəbbüslərin tamamlayıcılığı və davamlılığını təmin etmək məqsədilə COP29 Sədrliyinin səyləri və yanaşması təqdir olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see279

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see241

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see161

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see128

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

Neymar və het trik

04 Dekabr 2025 09:17see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see123

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri