Icma.az
close
up
RU
COP29da “Beynəlxalq iqlim təşəbbüslərinin tamamlayıcılığı və davamlılığı” mövzusunda dəyirmi masa KEÇİRİLDİ FOTO

COP29da “Beynəlxalq iqlim təşəbbüslərinin tamamlayıcılığı və davamlılığı” mövzusunda dəyirmi masa KEÇİRİLDİ FOTO

Icma.az, Bizim media saytına istinadən bildirir.

COP29 çərçivəsində “Beynəlxalq iqlim təşəbbüslərinin tamamlayıcılığı və davamlılığı” mövzusunda dəyirmi masa təşkil olunub.
Bizim.Media xəbər verir ki, dəyirmi masa COP29 Sədrliyi, İsveç və Dünya Resursları İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində baş tutub.
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişmələri milli sərhədləri aşır, onun yaratdığı problemlər qlobal və kollektiv şəkildə həll olunmalıdır. Bu sahədə beynəlxalq əməkdaşlıq mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, Paris Sazişinin qəbulundan bəri təşəbbüslərin sayı əhəmiyyətli dərəcədə artıb.
Bununla belə təşəbbüslərin bəyan edilmiş məqsədlərə doğru irəliləyişini, eləcə də gələcəkdə təşəbbüslərin təsirini daha da artırmaq imkanlarını dəyərləndirmək də vacibdir: “Səylərimizdə davamlılığı, səmərəliliyi və uyğunluğu təmin etmək vacibdir. Bu, daha böyük fəaliyyət üçün əhəmiyyətli impuls yaratmaq və bu təşəbbüslərin həyata keçirilməsinə dəstəyi artırmaq üçün vacib olacaq”.
Baş danışıqçı İsveç və Dünya Resursları İnstitutuna tərəfdaşlığa görə minnətdarlıq edib.
COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinin Qlobal və Regional Təşəbbüslər Komandasının həmrəhbəri, Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov da dəyirmi masanın mövzusunun əhəmiyyətindən danışıb. Bildirib ki, COP29 Sədrliyinin təşəbbüslərinin hazırlanması prosesində çoxsaylı maraqlı tərəflərlə məsləhətləşmələr aparılıb və bu zaman bir çox COP sədrlikləri tərəfindən təqdim olunan təşəbbüslərin davamlılıq və tamamlayıcılıq baxımından çatışmazlıqlarının olduğu barədə narahatlığa rast gəlinib. Buna görə də COP29 Sədrliyinin təşəbbüsləri çərçivəsində davamlılıq və tamamlayıcılıq komponentlərinin inteqrasiya edilməsi diqqət mərkəzində saxlanılıb.
COP29 Sədrliyinin təşəbbüslərindən bəhs edilərkən diqqətə çatdırılıb ki, noyabrın 14-də Bakı İqlim Maliyyəsi, İnvestisiya və Ticarət Dialoqu (BICFIT) təşəbbüsünə start verilib: “Bu təşəbbüs vasitəsilə biz iqlim maliyyəsi, investisiya və ticarət mövzusunda COP sədrliklərinin koalisiyasını yaratmaq istəyirik”.
Qeyd edilib ki, COP22-dən etibarən iqlim və inkişaf mövzusu digər COP-larda davam etdirilir və bu prosesin davamı olaraq Bakıda ilk dəfə maliyyə, investisiya və ticarət günü təşkil edilib:
“BICFIT dialoqu vasitəsilə biz iqlim maliyyəsi, investisiya və ticarət mövzusunda tamamlayıcılığı və davamlılığı təmin etmək istəyirik”.
Elmar Məmmədov COP29 Sədrliyinin digər təşəbbüsləri barədə də tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, sədrlik iqlim və sağlamlıq, urbanizasiya, kənd təsərrüfatı, su və iqlim mövzularında təşəbbüslər hazırlayıb və qeyd edilən bütün bu təşəbbüslərdə məqsəd birbaşa olaraq davamlılıq və tamamlayıcılıq məsələlərinin həllinə yönəlib.
Dünya Resursları İnstitutunun direktoru Ani Dasquptanın moderatorluğu ilə keçən dəyirmi masada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ətraf mühit, iqlim dəyişikliyi və səhiyyə departamentinin direktoru Maria Neira, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) məskunlaşma üzrə rəsmisi Lea Ranalder, Təmiz Hava və İqlim Koalisiyası katibliyinin rəhbəri Martina Otto, İsveçin iqlim üzrə səfiri Mattias Frumerie, Braziliya Xarici İşlər Nazirliyində İqlim Fəaliyyət bölməsinin rəhbəri Mario Mottin, Beynəlxalq İqlim Siyasətləri Habının direktoru Kat Abreu çıxış ediblər.
Dəyirmi masada müxtəlif qlobal iqlim təşəbbüslərinin bir-birini necə tamamlaya biləcəyi, səylərin davamlılığı, səmərəliliyi və tutarlılığını necə təmin ediləcəyi ətrafında fikir mübadiləsi aparılıb.
Natiqlər iqlim dəyişmələri kontekstində müxtəlif sahələr üzrə, xüsusilə də sağlamlıq, urbanizasiya və ətraf mühitin qorunması təşəbbüslərinin bir-birini necə tamamlaya biləcəyi, səylərin davamlılığı, səməliliyi və tutarlılığının necə təmin ediləcəyi ətrafında fikir mübadiləsi aparıblar. Müxtəlif illərdə qəbul edilmiş təşəbbüslərin tamamlayıcılığı və davamlılığını təmin etmək məqsədilə COP29 Sədrliyinin səyləri və yanaşması təqdir olunub.












Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Noyabr 2024 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri