Icma.az
close
up
RU
COP29da BICFIT Dialoquna start verilib

COP29da BICFIT Dialoquna start verilib

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

COP29 çərçivəsində iqlim hədəflərinin dəstəklənməsi məqsədilə COP tarixində ilk dəfə keçirilən Maliyyə, Sərmayə və Ticarət Tematik Günündə İqlim Maliyyəsi, Sərmayə və Ticarət üzrə Bakı Dialoqu Təşəbbüsünə (BICFIT Dialoqu) start verilib.

Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, COP29 Sədrliyinin əsas təşəbbüslərdən biri olan BICFIT Dialoqunun BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD), BMT-nin İnkişaf Proqramının (UNDP), Ümumdünya Ticarət Təşkilatı (WTO) və Beynəlxalq Ticarət Mərkəzi (ITC) ilə əməkdaşlıqda reallaşdırılması nəzərdə tutulur. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP) müvafiq sədrlikləri, müxtəlif beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları və iqlim fondları, vətəndaş cəmiyyəti təşkilatları, qlobal beyin mərkəzləri və akademik institutlar bu təşəbbüsə öz töhfələrini və dəstəklərini verirlər.

Bu təşəbbüs UNFCCC və Paris İqlim Sazişinə dəstək olaraq irəli sürülüb və qlobal iqlim, inkişaf və ticarət tərəfdaşlarının və digər maraqlı tərəflərin iştirakı ilə maliyyə, sərmayə, ticarət və dayanıqlı inkişaf arasında əlaqəni artırmaq üçün innovativ, hərtərəfli dialoq və tərəfdaşlıq platforması yaratmaq məqsədini daşıyır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov tədbiri xüsusilə inkişaf etməkdə olan ölkələrə münasibətdə ticarət yönümlü iqlim siyasətinin təşviqi baxımından önəmini vurğulayıb. BICFIT Dialoqunun iqlim maliyyəsi və ticarət üzrə bacarıqların artırılması istiqamətində birgə fəaliyyət və birbaşa xarici investisiyaların cəlbi üçün səmərəli dialoq olacağı qeyd edilib. Yeni təşəbbüsün qlobal yaşıl və ədalətli keçidi gücləndirmək məqsədi ilə beynəlxalq səylər üçün uğurlu institusional tərəfdaşlığın inkişafına təkan verəcəyi diqqətə çatdırılıb. Kiçik və Orta Müəssisələrin yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyası Bəyannaməsinin tərəflərin qoşulması üçün açıq olduğu elan edilib.

Tədbirdə həmçinin UNCTAD-ın baş katibi Rebeka Qrinspan və UNDP-nin administratoru Axim Ştayner aparıcı tərəfdaşlar kimi açılış nitqi ilə çıxış ediblər.

Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin baş tədqiqat meneceri Tim Çeston və “Aya Coalition” qurumunun həmtəsisçisi Patrisiya Ellen da Silvanın moderatorluğu ilə keçirilən tədbirdə WTO-nun baş direktoru Nqozi Okonyo-İveala, Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Pamela Kouk-Hamilton və Beynəlxalq Maliyyə Korporasiyasının idarəedici direktoru Maxtar Diop çıxış ediblər.

Sessiyada dövlət, özəl sektor, beynəlxalq təşkilatlar, biznes assosiasiyaları, akademik dairələr və maliyyə institutlarının nümayəndələrinin iştirakı ilə iqlim maliyyəsi, investisiya və ticarət siyasətlərini formalaşdırmaq, iqlim məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığı gücləndirmək və iqlim fəaliyyətini davamlı inkişafla uyğunlaşdıracaq innovativ yanaşmalar müzakirə edilib. Tədbirdə Mərakeşin, Misirin, Birləşmiş Ərəb Əmirliklərinin, Braziliyanın, Avstraliyanın, Dominikan Respublikasının və digər ölkələrin nazirləri və digər yüksək vəzifəli nümayəndələri çıxış edərək bu təşəbbüsə dəstək bildiriblər.

Tədbirdə bağlanış nitqi ilə çıxış edən COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev müzakirələrin məzmununun və təmsilçiliyin genişliyinin iqlim dəyişikliyinin həllinin inkişaf ölçüsü ilə paralel formada əlaqələndirilmiş, çoxsahəli və çoxtərəfli yanaşma tələb etdiyinin göstəricisi olduğunu bildirib və BICFIT Dialoqunun təqdim etdiyi qlobal innovativ platformanın əhəmiyyətini vurğulayıb.

BICFIT Dialoqu kompleks yanaşmaların inkişafına dəstək olmaq, bilik mübadiləsinə şərait yaratmaq, iqlim sərmayələrini təşviq etmək və dialoq vasitəsilə həll yollarını birgə müəyyənləşdirmək üçün qlobal platforma rolunu oynayacaq. Bu təşəbbüs məlumat və təcrübə mübadiləsinə, koordinasiyaya və digər tərəfdaşlıqlara imkan verəcək. İqlim fəaliyyəti ilə inkişaf məqsədlərinin daha münasib şəkildə uyğunlaşdırılmasını təmin edən konkret iqlim layihələrinin tərtib olunması, strukturlaşdırılması və hazırlanması üzrə proseslərə töhfə verəcək.

Tədbirin sonunda keçmiş, hazırkı və növbəti COP Prezidentləri tərəfindən BICFIT Dialoqu üzrə Birgə Bəyannamə qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Noyabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see418

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see350

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see345

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see314

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see252

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see227

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see200

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see189

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see181

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see179

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see175

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see174

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see170

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see170

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see162

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see161

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see156

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri