Icma.az
close
up
RU
Ağdam Şəhəri Günü: Qayıdışın, dirçəlişin və quruculuğun rəmzi

Ağdam Şəhəri Günü: Qayıdışın, dirçəlişin və quruculuğun rəmzi

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər il 20 Noyabr tarixini xalqımız böyük fəxarət hissi ilə Ağdam Şəhəri Günü kimi bayram edir. Çünki bu tarix həm ədalətin bərpa olunduğu zəfər gününü, həm də qədim yurdumuzun yenidən həyata qayıtdığı möhtəşəm dirçəliş dövrünü özündə birləşdirir. Əsrlər boyu Qarabağın mədəni, iqtisadi və siyasi həyatının mərkəzində dayanan Ağdam bölgəmizin ən mühüm mədəni, iqtisadi və siyasi mərkəzlərindən biri sayılıb. Pənahəli xanın yadigarı olan bu qədim diyar özünün bənzərsiz muğam məktəbi, dünyada nadir olan Çörək Muzeyi, Pənahəli xanın imarəti, Şahbulaq qalası və möhtəşəm Cümə məscidi ilə hər zaman fəxr yerimiz olub.

1990-cı illərin əvvəllərində başlanan Ermənistan-Azərbaycan münaqişəsi Ağdamın da taleyinə ağır bir zərbə vurdu. Birinci Qarabağ müharibəsi zamanı mühüm strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilən şəhər şiddətli döyüşlərin mərkəzində qaldı. 1993-cü il iyulun 23-də Ağdam işğal olundu. Vətənin müdafiəsi uğrunda yüzlərlə igidimiz şəhidlik zirvəsinə ucaldı, minlərlə dinc sakin isə ocağından, el-obasından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İşğaldan sonra şəhər məqsədli şəkildə yerlə-yeksan edildi, zəngin tarixi, mədəni və dini irsimiz xarabalığa çevrilərək dünyanın gözü qarşısında misli görünməmiş bir dağıntıya məruz qaldı. Azərbaycan xalqı üçün hər zaman ağrılı bir yara olan Ağdam həsrəti 27 il davam etdi. Lakin bu müddət ağdamlıların qəlbindəki yurd sevgisini və doğma torpağa qayıdış inamını söndürə bilmədi. Onlar doğma ocaqlarına qayıdacaqları günə olan ümidlərini heç vaxt itirmədilər.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə bölgədəki bütün reallıqları dəyişdi. Düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, hərbi əməliyyatlar dayandırıldı və 20 noyabr 2020-ci il tarixində Ağdam şəhəri bir güllə belə atılmadan, düşmənin işğalçılıq siyasətinin iflası nəticəsində Azərbaycana təhvil verildi. Həmin gün Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olaraq üçrəngli Azərbaycan bayrağını dalğalandırdılar. Bu, Azərbaycanın həm hərbi gücünün, həm də mükəmməl diplomatiyasının təntənəsi idi. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 Noyabrın "Ağdam Şəhəri Günü" kimi təsis edilməsi isə bu tarixi hadisənin əbədiləşdirilməsinə xidmət edir. Bu gün ədalətin bərpasının, xalqımızın dəmir iradəsinin, həmrəyliyinin və qürurunun əbədi simvoludur. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində dünyanın ən müasir şəhərlərindən biri inşa olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndləri yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Dövlət başçısının bilavasitə nəzarəti altında Ağdamın Baş Planı hazırlanıb və şəhər ən müasir "ağıllı şəhər" konsepsiyası əsasında sıfırdan inşa olunur. 100 min nəfər əhalinin yaşaması üçün nəzərdə tutulan yeni Ağdam Qarabağın ən iri və müasir şəhərlərindən birinə çevrilir. Artıq Ağdam Cümə məscidi, Pənahəli xanın imarəti və Şahbulaq qalası tam bərpa edilərək öz əzəmətli görkəminə qaytarılıb. Bərdə–Ağdam istiqamətində çəkilən avtomobil və dəmir yolları, həyata keçirilən müasir yaşayış komplekslərinin tikintisi, elm, təhsil və səhiyyə ocaqlarının inşası, eləcə də möhtəşəm Ağdam Muğam Mərkəzi qədim şəhərimizə tamamilə yeni bir həyat, başqa bir nəfəs bəxş edir. Fəaliyyətə başlayan Ağdam Sənaye Parkı bölgənin iqtisadi potensialını yenidən hərəkətə gətirməklə yanaşı, yeni iş yerlərinin açılmasına və iqtisadi dirçəlişə güclü təkan verir.

Beləliklə, bu gün Ağdam şəhərinin və kəndlərinin məskunlaşması ardıcıl və planlı şəkildə davam edir. Bir vaxtlar dağıntılar altında qalan torpaqlarda indi müasir yaşayış binaları və evlər, infrastruktur layihələri inşa edilir, azadlığına qovuşmuş daha bir yurd yerimizdə məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları, otellər və rahat yaşayış kompleksləri ucalır. 20 Noyabr – Ağdam şəhəri günü isə xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin iqtisadi gücünün və Prezident İlham Əliyevin uzaqgörən liderliyinin təntənəsi kimi xalqımız tərəfindən qeyd edilir. Xarabalıqlar üzərində ucalan müasir Ağdam bundan sonra da Qarabağın dirçəliş rəmzi, sülhün, mədəniyyətin və əbədi inkişafın parlaq ünvanı olaraq daim azad yaşayacaqdır.

Saleh Məhərrəmov,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri