Icma.az
close
up
RU
COP29da Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü elan edildi

COP29da Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü elan edildi

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası çərçivəsində (COP29) “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: Fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi” tədbiri keçirilib.
Bizim.Media xəbər verir ki, COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirdə qlobal miqyasda iqlim dəyişikliklərinin qida təhlükəsizliyi, kənd təsərrüfatı və su resurslarına təsiri müzakirə edilib. Tədbirdə müxtəlif ölkələrdən beynəlxalq təşkilatların nümayəndələri və mütəxəssislər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, ümumi məşğulluğun 46 faizi kənd təsərrüfatı sahəsindədir:
“Burada dayanıqlı tranformasiya və keçid məsələləri mühüm məqamlardır. Əsas məqsəd kənd təsərrüfatı tranformasiyasını yüksək səviyyədə dayanıqlı həyata keçirmək və birlikdə işləməkdir.
Bu təşəbbüs sayəsində əməkdaşlıq daha da güclənəcək, sərmayələrin kənd təsərrüfatı sahəsinə axını artacaq və özəl banklar da buraya cəlb olunacaq. Digər əsas məqsəd fermerlərin, əsas da qadın fermerlərin gücləndirilməsidir”.
Sonra çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov vurğulayıb ki, kənd təsərrüfatı dünyada iqtisadiyyatın ən mühüm sektorlarından biridir: “Halbuki fermerlər, kənd təsərrüfatının istehsalı ilə məşğul olanlar iqlim dəyişikliyindən ən çox zərər çəkənlərdir. Onlar iqlim dəyişikliyinin təsirlərini birbaşa öz üzərlərində hiss edirlər.
Təsirlərə yüksək temperatur, proqnozlaşdırılmamış leysanlar, torpağın deqredasiyası və su qıtlığı daxildir ki, bu da fermerlərin həyat tərzinə ciddi ziyan vurur. Lakin qlobal iqlim dialoqlarında onlara çox az diqqət yetirilir. İqlim dəyişikliyinin təsirlərini ilk hiss edən fermerlərə ən son dəstək olunur. Bakı Harmoniya İqlim Təşəbbüsünün əsas məqsədi bunu dəyişdirməkdir”.
 

Daha sonra FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutu son illərdə iqlim dəyişikliyinin iqtisadiyyatın bir çox sahələrinə, o cümlədən kənd əsərrüfatı sahəsinə təsir etdiyini vurğulayıb. O, mübarizə tədbirləri çərçivəsində kənd icmalarının, qadın və gənclərin fəaliyyətinin dəstəklənməsinə, iqlim maliyyəsinə xüsusi diqqət yetirilməsinin vacib olduğunu diqqətə çatdırıb:


“Son 10 il ərzində aqro-ərzaq sistemləri, iqlim dəyişikliyi və maliyyə ilə əlaqəli təşəbbüslər, koalisiyalar, şəbəkələr və tərəfdaşlıqlar əhəmiyyətli dərəcədə inkişaf edib. Bununla yanaşı, daha təsirli iqlim tədbirləri həyata keçirmək və aqro-ərzaq sistemlərinin daha sürətli transformasiyasını həyata keçirmək üçün daha çox koordinasiyaya ehtiyac var. Harmoniya Təşəbbüsü bu baxımdan çox önəmlidir”.
Tədbir iştirakçıları, yerli və beynəlxalq ekspertlər Bakı Harmoniya İqlim Təşəbbüsünü iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlıq üçün mühüm addım kimi qiymətləndiriblər.
Tədbir müzakirələrlə davam etdirilib.
 

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Noyabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri