Icma.az
close
up
RU
COP29da iqlim dəyişikliyi qarşısında sağlamlıq və ərzaq təhlükəsizliyinin qorunması üçün səylərdən danışılıb AZƏRTAC

COP29da iqlim dəyişikliyi qarşısında sağlamlıq və ərzaq təhlükəsizliyinin qorunması üçün səylərdən danışılıb AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşü işini sessiyalarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniya parlamentinin üzvü Kris Lounun moderatorluğu ilə keçirilən "İqlim dəyişikliyi qarşısında sağlamlıq və ərzaq təhlükəsizliyinin qorunması üçün səylər" mövzusunda sessiyada iqlim dəyişikliyinin insanların sağlamlığına təsiri, xüsusilə iqlim dəyişikliyi nəticəsində yaranan sağlamlıq problemləri müzakirə olunub. Həmçinin parlamentlərin sağlamlığın qorunmasına və iqlim problemlərinin həllinə hərtərəfli, tamamlayıcı yanaşma tətbiq edə bilməsi yolları barədə fikir mübadiləsi aparılıb. Ərzaq və qida çatışmazlığına səbəb olan, kənd təsərrüfatında və balıqçılıq sektorunda itkilərə gətirib çıxaran halların azaldılması strategiyaları haqqında danışılıb.

Tədbirdə çıxış edən Ümumdünya Ərzaq Proqramının (WFP) Berlin Qlobal Ofisinin direktoru Martin Frik, Uruqvay Senatının üzvü xanım İren Moreyra və Milli Məclisin deputatı Pərvanə Vəliyeva iqlim dəyişikliyinin qlobal miqyasda sağlamlıq və ərzaq təhlükəsizliyi üçün ciddi təhlükə yaratdığını bildiriblər. Qeyd edilib ki, onun təsirləri ekosistemə, iqtisadiyyata və insanların həyat keyfiyyətinə ziyan vurur. Xüsusilə sağlamlıq və ərzaq təhlükəsizliyi sahələrində yaranan problemlər dünya ölkələrini daha çox tədbirlər görməyə sövq edir.

Çıxışçılar, həmçinin dəyişən iqlim şəraitinin ərzaq istehsalı sistemlərinə də təsir göstərərək məhsuldarlığı azaltdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, quraqlıq, daşqın və torpaqların şoranlaşması kimi hallar kənd təsərrüfatı məhsuldarlığını aşağı salır. Bu vəziyyət xüsusilə inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyinə ciddi təhdid yaradır.

Tədbirdə diqqətə çatdırıb ki, iqlim dəyişikliyinin sağlamlıq və ərzaq təhlükəsizliyinə təsirlərinin qarşısını almaq üçün beynəlxalq səviyyədə koordinasiyalı səylər vacibdir. Bu problemin həlli yalnız dövlət qurumlarının deyil, həm də cəmiyyətin, bizneslərin və qeyri-hökumət təşkilatlarının birgə səylərini tələb edir. Vurğulanıb ki, dayanıqlı gələcək üçün səmərəli addımların atılması insanların rifahını və ərzaq təhlükəsizliyini təmin etməyə kömək göstərər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri