Icma.az
close
up
RU
COP29da iqlim fəaliyyəti üçün hüquqmühafizə orqanlarının rolu ilə bağlı iclas keçirilib

COP29da iqlim fəaliyyəti üçün hüquqmühafizə orqanlarının rolu ilə bağlı iclas keçirilib

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bu gün Bakıda COP29 çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə “Gücləndirilmiş iqlim fəaliyyəti üçün hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda yüksək səviyyəli plenar iclas keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, birlikdə həmrəyliklə iqlim tədbirləri ilə gələcək nəsillər üçün dayanıqlı inkişafı təmin etmək vacibdir. Baş prokuror Azərbaycanda ekoloji cinayətlərə qarşı ciddi tədbirlər görüldüyünü vurğulayıb: “Azad olunmuş ərazilərdə minadan təmizlənmiş torpaqlarda ağacların əkilməsi, meşə zolaqlarının salınması da ekoloji cinayətlərə bir cavabdır”.

Baş prokuror təbiətin qiyamının çox qəddar olacağını burğulayıb: "Biz bunu bilirik. Bu gün tək problemləri müzakirə etmirik, konkret, səmərəli hüquqi mexanizmlər önəmlidir".

Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini, daxili işlər naziri Şeyx Saif bin Zayed əl-Nəhyan qeyd edib ki, sağlam ətraf mühitdə insanlar da sağlam böyüyəcək: “Ətraf mühitə qarşı baş verənləri əslində ekoloji terrorizm kimi qiymətləndirmək lazımdır. 2023-cü il planetimizin ən isti ili kimi yadda qaldı, temperatur 1,5 dərəcə artdı, ekoloji terrorizm nəticəsində dəyən zərər 280 milyon dolları keçib. Ekoloji terrorizm cinayətlərini, təbiətimizə ziyan vuranları müəyyənləşdirməliyik. Meşə yanğınları nəticəsində ətraf mühitə atılan karbon-dioksidlər ümumilikdə atmosferə atılan karbon-dioksidlərin 20 faizini təşkil edir. Meşə yanğınlarının 80 faizi təsərrüfat fəaliyyəti ilə bağlıdır”.

Şeyx Saif bin Zayed əl-Nəhyan ətraf mühitin qorunmasında monitorinqlərin rolunu önəmli sayıb: “BƏƏ olaraq bu platformadan ətraf mühitin qorunmasında hüquq-mühafizə orqanlarının rolunu vurğulayırıq. Ətraf mühiti qorumaq üçün ümumi səyləri dəstəkləməliyik”.

BMT-nin Narkotik Vasitələrin Dövriyyəsi və Cinayətkarlıqla Mübarizə Ofisinin direktoru Ghuda Val hüquq-mühafizə orqanlarının ətraf mühitin qorunmasında rolunun vacib olduğunu söyləyib: “Biz gün həm də Transmilli Cinayətkarlıqla Mübarizə Günüdür, hamını bütün mütəşəkkil cinayətkarlıqla mübarizəyə çağırırıq. Kriminal ədaləti gündəliyə gətirmişik. İlk dəfə COP28-də Əbu-Dabi Çağırış Təşəbbüsü irəli sürmüşdük. Transmilli cinayətkarlıqla mübarizədə dövlətlər tərəfindən ciddi tədbirlər görülüb. Biz hüquq-mühafizə orqanlarına lazımi alət və imkanlar yaratdıqda bu sahədə mübarizə effektiv olacaq. Biz 2000-dən çox hüquq-mühafizə orqanı əməkdaşına təlim keçmişik”.

Ghuda Val qeyri-leqal bazarlarla mübarizəni də vacib sayıb: “Biz hüquq-mühafizə orqanlarına daha müasir alətlər verərək cinayətkarlıqla mübarizəni gücləndirməliyik. Bu sahədə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq da əhəmiyyətlidir. İnanıram ki, COP29 bu sahədə irəliləyişlər üçün əhəmiyyətli olacaq”.

COP29 Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, hüquq-mühafizə orqanlarının çevik fəaliyyəti olmadan ətraf mühiti qorumaq qeyri-mümkündür: “İnanıram ki, bugünkü müzakirələr praktik həlləri ortaya qoyacaq. Gəlin biz iqlim hədəflərinə çatmaq üçün səylərimizi birləşdirək”.

BMT-nin Baş katibinin köməkçisi Alexandre Zouev iqlm dəyişikliklərinin təhlükəsizlik mühitini dəyişməyə qadir olduğunu nəzərə çatdırıb.

Rusiyanın Baş prokuroru İqor Krasnov Rusiya Prokurorluğunun ətraf mühitin qorunması sahəsində aktiv rol oynadığını, minlərlə cinayət işi açıldığını vurğulayıb: “Xüsusən 10 il ərzində görülən tədbirlərin sayı 2 dəfə artıb. Xəzəryanı dövlətlərlə Xəzərin qurumasının qarşısının alınması istiqamətində öz səlahiyyətlərimiz çərçivəsində səylər göstəririk. Yaşıl energetika təşəbbüslərini yaxından izləyirik. İqlim dəyişikliyi çərçivəsində ən əsas məsələlərdən biri risklər barədə öncədən məlumatlandırmadır. İspaniyada sel, daşqın bu günlərdə yüzlərlə insanı həyatdan məhrum etdi”.

İqor Krasnov Heydər Əliyevdən sitat gətirib: “Dünyamız qarşılıqlı əməkdaşlıq şəraitində yaşayır, inkişaf edir”.

Keniyanın Baş prokuroru, Afrika Prokurorlar Assosiasiyasının Prezidenti Renson İnqonqa Keniya ətraf mühitin ən aktiv qoruyucularından biri sayıldığını bildirib, bu ölkədə ekoloji cinayətlərlə mübarizə sahəsində görülən işlərdən danışıb: “Biz dayanıqlı inkişafı, ətraf mühitin qorunmasını təşviq edirik. Afrikada vəhşi heyvanların, balıqların qanunsuz ovlanması, qaçaqmalçılıq mübarizəmizdə əsas yer tutur”.

Braziliyanın Baş prokuroru Hindenburq Çatebriand Amazon meşələrinin ölkə ərazisinin 49 faizini təşkil etdiyini nəzərə çatdırıb: “Eyni zamanda ölkə ərazisinin 7 faizi savannalardır. Bu ərazilər qeyri-qanuni fəaliyyətlərə çox həssasdır, ümumən dünyada ekoloji mühitə ciddi təsir edir. Ona görə də bu fəaliyyətlərin qarşısını almaq üçün çox işlər görmüşük. Meşələri kəsən insanlar aşkarlanır, onlara qarşı cinayət işləri qaldırılır”.

İnterpolun rəhbəri Əhməd Nasir əl-Rəisi qeyd edib ki, rəhbərlik etdiyi qurum meşə zolaqlarının qırılması, qeyri-qanuni mədənçıxarma kimi məsələləri diqqət mərkəzində saxlayır: “Maliyyə kəşfiyyatı, qeyri-qanuni əldə olunan gəlirlərin axınının qarşısının alınması mütəşəkkil cinayətkar dəstələrin ifşasına gətirib çıxarır. 2024-cü il iyulun 14-də Brukino-FIaso və Seneqalda qeyri-qanuni mədən fəaliyyəti ilə bağlı onlarla həxs həbs olunub, civə tankerləri, kükürd turşuları aşkarlanıb. Görülən tədbirlər qarşılıqlı əməkdaşlığın səmərəliliyini bir daha ortaya qoyur. Qlobal əməkdaşlıq və mütəşəkkil cinayətkarlığa qarşı tədbirlər fəaliyyətimizin səmərəliliyini daha da artıracaq. Hüquq-mühafizə orqanları birgə əməkdaşlığı artırmalı və ətraf mühitimiz qorunmalıdır”.

Avropa İttifaqının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə direktoru Gianluka Esposito deyib ki, Avropa Komissiyasında Ekoloji Cinayətlərlə bağlı yeni Korvensiyanın qəbul ediləcəyini söyləyib: “Burada ciddi maliyyə sanksiyaları nəzərdə tutulacaq”.

Panel müzakirələrlə davam edib.

Baş prokuror Kamran Əliyev sonda tədbir iştirakçılarına təşəkkür edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Noyabr 2024 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see186

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see144

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see141

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri