Icma.az
close
up
RU
COP29da iştirak edəcək 30a yaxın KİVin 100dən artıq radioelektron vasitəsi etiketlənib

COP29da iştirak edəcək 30a yaxın KİVin 100dən artıq radioelektron vasitəsi etiketlənib

Operativmedia portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu günədək noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək 30-a yaxın media qurumunun 100-dən artıq radioelektron vasitəsinin etiketlənməsi həyata keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.

Bildirilib ki, COP29-da iştirak edəcək bir sıra yerli media qurumlarının COP29 Radiospektrin idarəedilməsi elektron portalı üzərindən qeydiyyatdan keçirdikləri radiotezliklərlə çalışan avadanlıqların test olunması və etiketlərin vurulması prosesinə start verilib.

Bu məqsədlə İKTA-nın inzibati binasında xüsusi qərargah yaradılıb. Qərargahda İKTA-nın, Dövlət Radiotezliklər İdarəsinin (DRİ) və COP29 Azərbaycan Əməliyyat Şirkətinin əlaqəli mütəxəssisləri və əməkdaşlarının iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən yerli televiziya və radio şirkətlərinin, media agentliklərinin, eyni zamanda ölkəmizdə akkreditasiyadan keçmiş xarici media qurumlarının radiotezliklərlə çalışan avadanlıqlarının test edilməsi və etiketlənməsi həyata keçirilməyə başlanılıb.

Prosesin növbəti mərhələsi konfrans məkanı Bakı Stadionunda icra ediləcək. Belə ki, COP29-a qoşulacaq media nümayəndələrinin bu vaxta qədər qeydiyyatı təsdiq edilməyən radioelektron vasitələrinin etiketlənməsi davam etdiriləcək.

Qeyd edək ki, COP29 Radiospektrin idarəedilməsi elektron portalı media nümayəndələri tərəfindən COP29-da istifadə ediləcək radioelektron vasitələrin qeydiyyatdan keçirilərək, təyin edilmiş tezlik nominallarının həmin radioelektron vasitələrinə köklənməsi tələb olunur.

Xatırladaq ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən konfrans tələblərinə uyğunlaşdırılmaqla istifadəyə verilən COP29 Radiospektrin idarəedilməsi elektron portalı üzərindən bu günə qədər ümumi olaraq 1000-dən artıq avadanlığın qeydiyyatı üçün 350-yə yaxın müraciət daxil olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 07 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see253

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see192

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see162

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see126

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see126

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri