Icma.az
close
up
RU
Bəzi uşaq qidalarında bakteriyalar aşkarlandı: Valideynlər təşviş içində

Bəzi uşaq qidalarında bakteriyalar aşkarlandı: Valideynlər təşviş içində

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Uşaq qidalarının keyfiyyəti ilə bağlı narahatlıqlar uzun illərdir gündəmdədir. Son günlər "Nestlé" şirkətinin körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi məhsulları ehtiyat tədbiri olaraq geri çağırması bu mövzunu yenidən aktuallaşdırıb.
Belə ki, Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıqda "SMA", "BEBA", "ALFAMINO", "Pre NAN" və digər ticarət nişanları altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən çıxarılıb.
Geri çağırmaya səbəb istehsal prosesi zamanı məhsulların "Bacillus cereus" bakteriyasının ifraz etdiyi "cereulide" toksini ilə çirklənmə riskdir. Bu hadisə fonunda Azərbaycan bazarında satılan uşaq qidalarının təhlükəsizliyi və nəzarət mexanizmləri ilə bağlı suallar da aktuallaşıb.
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"2025-ci ildə iki uyğunsuzluq faktı aşkarlanıb"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, idxal olunan qida məhsulları, o cümlədən uşaq qidaları üzərində risk səviyyəsindən asılı olaraq müəyyən edilmiş dövriliklə fiziki nəzarət həyata keçirilir:
"Bu nəzarət zamanı məhsullar laboratoriya tədqiqlərinə cəlb olunur, həmçinin təhlükəsizlik, minimum keyfiyyət göstəriciləri və orqanoleptik xüsusiyyətlər üzrə yoxlanılır".
Qurumun məlumatına görə, 2025-ci ildə uşaq qidaları üzrə ümumilikdə iki uyğunsuzluq faktı aşkarlanıb. Bir halda məhsul partiyası geri qaytarılıb, digər halda isə məhv edilib.
"Geri çağırma hər zaman məhsulun zərərli olması demək deyil"
Qida təhlükəsizliyi üzrə mütəxəssis Asim Vəliyevin sözlərinə görə, uşaq qidaları ilə bağlı narahatlıqlar hər zaman gündəmdədir:
"Uşaqların immunitet sistemi hələ inkişaf mərhələsində olduğu üçün risklərə daha açıqdır. Nəzərə almaq lazımdır ki, geri çağırma hər zaman məhsulun zərərli olması demək deyil, əksər hallarda riskin qarşısını vaxtında almaq üçün atılan addımdır. Geri çağırmalar əsasən bir neçə səbəbdən həyata keçirilir. Laborator analizlər zamanı normadan kənar göstəricilərin aşkarlanması, istehsal xəttində texniki nasazlıq, etiketləmə xətası və ya xammalın təhlükəsizliyi ilə bağlı şübhələr buna nümunədir. Bəzi hallarda hətta potensial risk ehtimalı da geri çağırma üçün kifayət edir. Bu da istehsalçının məsuliyyətli yanaşmasının göstəricisi hesab olunur".


A.Vəliyev bildirib ki, rəsmi idxal olunan məhsullar bazara sənədlər, laborator analizlər və uyğunluq göstəriciləri əsasında buraxılır:
"Lakin bu, bütün məhsulların tam risksiz olduğu anlamına gəlmir. Daşınma, saxlanma və satış mərhələlərində də problemlər yarana bilər. Uşaq qidalarında ən çox rast gəlinən risklər mikrobioloji çirklənmə ilə bağlıdır. Bakteriyalar, kif göbələkləri və onların toksinləri körpələr üçün xüsusilə təhlükəlidir. Digər risklərə ağır metalların iz miqdarı, düzgün göstərilməyən allergenlər, şəkər və duzun normadan artıq olması daxildir. Bəzən qablaşdırma materialı da risk mənbəyinə çevrilə bilər".
"Əsas meyar bahalı olması deyil"
Mütəxəssis bildirdi ki, valideynlər uşaq qidası seçərkən ilk növbədə etiket məlumatlarına diqqət etməlidirlər:
"Məhsul yaşa uyğun olmalı, tərkibi sadə və aydın göstərilməlidir. Şəkər, süni dadlandırıcı və rəngləndiricilərdən mümkün qədər uzaq durmaq tövsiyə olunur. Son istifadə tarixi və qablaşdırmanın bütövlüyü mütləq yoxlanmalıdır. Məhsul açıldıqdan sonra üzərində göstərilən müddətə əməl edilməlidir. Bəzən məhsulun qiymətinin yüksək olması onun daha keyfiyyətli olduğu fikrini yaradır. Lakin "premium" və bahalı məhsulların avtomatik olaraq daha təhlükəsiz olduğu düşüncəsi düzgün deyil. Qiymət çox vaxt brend, marketinq və qablaşdırma ilə bağlı olur. Əsas meyar məhsulun tərkibi, istehsal nəzarəti və düzgün saxlanma şəraitidir. Bəzən daha sadə və münasib qiymətli məhsullar daha təhlükəsiz ola bilər".
"Məhsullar yalnız etibarlı mənbələrdən alınmalıdır"
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi ki, xüsusilə saxlanma zamanı temperatur rejimi pozulduqda, məhsul günəş şüaları altında qaldıqda və ya qablaşdırma açıldıqdan sonra uzun müddət istifadə edildikdə bakteriyaların çoxalması riski artır. Bu isə azyaşlılar üçün təhlükəlidir.
M.Hüseynovanın sözlərinə görə, valideynlər uşaq qidası seçərkən ilk növbədə pediatrın tövsiyələrini nəzərə almalıdırlar:
"Qida uşağın ayına və yaşına uyğun təyin edilməlidir. Etiket məlumatlarında istehsalçı şirkət barədə ətraflı məlumat, məhsulun tərkibi, saxlanma şəraiti, istehsal tarixi və son istifadə müddəti mütləq göstərilməlidir. Məhsul alınarkən qablaşdırmada zədələnmə, rəng və ya görünüşdə dəyişiklik müşahidə olunarsa, belə məhsullar istifadə edilməməlidir. Allergiyaya meyilli uşaqlar üçün isə xüsusi tərkibli məhsullar və ya "premium" kateqoriyalı qidalar təyin oluna bilər, buna da diqqət yetirilməlidir".
"Ən yaxşı qida uşağın orqanizminə uyğun olanıdır"
Pediatr Gülnar Abdullayeva isə düşünür ki, uşaq qidalarını hər hansı bir alternativlə əvəz etmək mümkün deyil:
"Uşaqlara qida yazarkən məhsulun apteklərdən alınmasını tövsiyə edirik. Saxlanma yerinə və şəraitinə diqqət edilməsini bildiririk. Süni qidaların alternativi yoxdur. Bəzi valideynlər bunu keçi südü ilə əvəz edirlər, amma bu, yolverilməzdir. Uşaq qidası hər bir uşağa fərdi olaraq seçilir. Bəzi uşaqlarda həzm sistemi ilə bağlı şikayətlər - qəbizlik, qusma, ishal olduqda, ona uyğun qida təyin edirik. Bəzi uşaqlar allergik olur, bu uşaqlara qida seçərkən də bütün hallar nəzərə alınmalıdır. Süni qidalar ucuz və ya bahalı olmasından asılı olmayaraq, əgər standartlara uyğundursa, təhlükəli hesab edilmir. Elə uşaq ola bilər ki, bahalı, "premium" qida ona uyğun olmasın və allergiya versin. Ən yaxşı qida uşağın orqanizminə uyğun gələn qidadır".
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:335
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Fevral 2026 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri