Icma.az
close
up
RU
COP29da mediada yayımlanan xəbərlərin sayı…

COP29da mediada yayımlanan xəbərlərin sayı…

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

COP29-da mediada 60 min-ə yaxın link yaradılıb, bunlardan 42 min-ə yaxını azərbaycandilli, 10 min 600-dən çoxu rusdilli, 7min 300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Audiovizual Şura və Medianın İnkişafı Agentliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycan mediasında və sosial mediada işıqlandırılma vəziyyəti ilə bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirildiyi iki həftə ərzində informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr edib, ayrı-ayrı günlərdə istehsal olunmuş xəbərlərin 60 faizini sammitlə bağlı materiallar təşkil edib.

2024-cü il noyabrın 11-dən 23-dək mediada mövzu ilə əlaqədar 60.000-ə yaxın link yaradılıb, bunlardan 42.000-ə yaxını azərbaycandilli, 10.600-dən çoxu rusdilli, 7.300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.

COP29-la bağlı materialların işıqlandırılması zamanı xüsusilə informasiya agentlikləri məlumat bazasını formalaşdıran əsas mənbəyə çevrilib. Agentliklərin hər biri tərəfindən tədbir pavilyonuna 10-a yaxın jurnalist və fotomüxbir cəlb edilərək çoxsaylı qonaqlarla müsahibələr təşkil olunub, yüzlərlə görüş və müzakirələr haqqında informasiyalar və geniş reportajlar hazırlanıb.

Xarici mediada COP29-la bağlı informasiya manipulyasiyasına cəhdlərin olduğu nəzərə alınaraq, sammitlə bağlı yüzlərlə vacib məlumat informasiya agentlikləri tərəfindən 3 dildə təqdim edilib. Bəzi media subyektlərinin rəhbərlərinin COP29-un əhəmiyyəti barədə məqalə və açıqlamaları öz təşəbbüsləri ilə dünya mediasında işıqlandırılıb.

Telekanallar COP29 barədə materialların hazırlanmasını xüsusi prioritet kimi müəyyənləşdirərək tədbirin işıqlandırılmasına 60-dan çox çəkiliş qrupu ayırıb. Bəzi günlərdə, xüsusilə liderlər konfransı günlərində isə çəkiliş qruplarının sayı daha da çox olub.

Aparılmış monitorinqlərin nəticələri göstərir ki, ümumölkə televiziya kanalları 2024-cü il noyabrın 10-24-də ümumilikdə müxtəlif məzmunlu 5344 material – xüsusi reportajlar hazırlayıb, xarici nümayəndə heyətlərindən, dövlət və hökumət başçılarından müsahibələr, süjetlər, canlı bağlantılar və s. yayımlayıb.

Televiziya kanalları xəbər və xüsusi reportajlarla yanaşı, COP29 tədbirinin bu və ya digər aspektlərini yerli və xarici ekspertlərin iştirakı ilə ayrı-ayrı müzakirə və təhlil proqramlarında da gündəmdə saxlayıb, geniş müzakirələr təşkil ediblər.

Ümumilikdə, AzTV-də 1234, “Real” TV-də 900, “AnewZ” TV-də 840, “ARB24” TV-də 759, CBC TV-də 429, ATV-də 326, İTV-də 321, “Xəzər” TV-də 295, “Speys” TV-də 149, ARB TV-də 91 material yayımlanıb.

Azərbaycan kanallarında COP29 tədbirinin işıqlandırılması tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Belə ki, televiziya auditoriyasının həcminin araşdırılması ilə məşğul olan “MARSA LTD” şirkətinin məlumatına əsasən, COP29 günlərində Azərbaycan televiziya kanallarına orta hesabla gündəlik baxış sayı 5 milyon 336 min nəfər olub. Ümumi orta baxış isə 7 milyon 888 min nəfər təşkil edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Noyabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see461

Rusiya ilin ən iri miqyaslı dron hücumlarına məruz qaldı

02 Avqust 2026 15:32see380

Kəpəz in yeni fanklubu olacaq FOTO

02 Avqust 2026 15:23see314

Anar Ələkbərovdan 44 PAYLAŞIMI VİDEO

02 Avqust 2026 22:57see290

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see244

Hörmüzlə bağlı razılaşma yoxdur

02 Avqust 2026 16:37see240

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see230

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see208

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see206

AZAL təyyarədə boş yerlər olduğu halda, cənazə aparan vətəndaşa bilet satmadı FOTOLAR

02 Avqust 2026 11:14see193

Ukrayna dronları Rusiyada “Wildberries”in iri logistika mərkəzini vurub

03 Avqust 2026 11:17see190

Dünyanın ən böyük qəhvə istehsalçıları açıqlandı Siyahı

02 Avqust 2026 18:07see189

Beşiktaş və İtalyano serbiyalı ulduzun yolunu gözləyir

02 Avqust 2026 15:28see188

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see178

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see172

İstanbulda inflyasiya iyul ayında sürətlənib

02 Avqust 2026 12:57see167

Donald Tramp özünə məxsus qolf klubunda bir gündə iki çempionluq qazandı VİDEO

03 Avqust 2026 01:25see161

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see160

Baş redaktor: Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur

03 Avqust 2026 11:18see155

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri