Icma.az
close
up
RU
Menu

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

COP29da yaşıl idarəetmə ilə bağlı beynəlxalq forumun açılış mərasimi oldu

COP29da yaşıl idarəetmə ilə bağlı beynəlxalq forumun açılış mərasimi oldu

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunun açılış mərasimi keçirilib.

Sfera.az xəbər verir ki, tədbir Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) və “Apolitical Group Limited”in birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Açılış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT Baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, “Apolitical Group Limited”in icraçı direktoru Robin Skot və İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal çıxış ediblər.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxışı zamanı deyib ki, karbon emissiyalarını azaltmaq və əsas təbii ehtiyatların qorunması, ilk növbədə, ətraf mühitin davamlılığını təmin etmək üçün vacibdir.

O bildirib ki, ICESCO üzv ölkələrlə əməkdaşlıq edərək beynəlxalq razılaşmalara əməl edir və üzv ölkələrdə su təhlükəsizliyinin təmin edilməsi üçün proqramlar hazırlayır:

"Yaşıl şəhərlər" proqramının həyata keçirilməsi və ictimaiyyətin ətraf mühitin təsirləri ilə bağlı məlumatlandırılması da əsas prioritetlərdən biridir".

BMT Baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana qeyd edib ki, bugünkü forum tərəfdaşlıq şəraitində yaşıl və rəqəmsal transformasiyanın ikili yollarını necə daha məhsuldar şəkildə həyata keçirə biləcəyimizi müzakirə etmək və razılaşmaq üçün vacib platforma təklif edir.

O bildirib ki, iqlim fəaliyyətində səmərəliliyi artıran və emissiyaları azaldan rəqəmsal həllər vasitəsilə rəqəmsal texnologiyalar iqlim adaptasiyası və fəlakətlərə davamlılıq üçün praktiki vasitələr təmin edir.

BMT rəsmisinin sözlərinə görə, iqlim çağırışlarının əsas səbəblərini daha dərindən və hərtərəfli başa düşmək üçün yeni texnologiyaların verə biləcəyi töhfədən yararlanmaq lazımdır. Bunun üçün dövlət sektorunu effektiv siyasət və platformalarla dəstəkləmək vacibdir.

O çıxışının sonunda COP29-a ev sahibliyi etməsi üçün Azərbaycana təşəkkür edib.

İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal deyib ki, forum sadəcə planetə həvəsli olan maraqlı tərəflərin görüşü deyil, həm də iqlim dəyişikliyinin yaratdığı çağırışların həllinə öz töhfəmizi verməklə ətraf mühitə fərq yaratmaq imkanıdır


O qeyd edib ki, COP29 qlobal iqlim səyləri, xüsusilə də iqlim fəaliyyətinin maliyyələşdirilməsi məqsədində kritik bir məqamı təmsil edir:

"Bu, İslam İnkişaf Bankı Qrupuna üzv ölkələrində daha geniş dayanıqlı inkişaf prosesindəki rolunu izah etmək üçün əhəmiyyətli fürsət verir. Çoxtərəfli inkişaf bankları artıq ölkələrə iqlimə uyğun kənd təsərrüfatı ilə daha dayanıqlı qida ekosistemi yaratmaqda və gələcək həssaslıqları azaltmaqda mühüm rol oynayır".

Forum interaktiv dialoqu və əməkdaşlığı təşviq etmək üçün hökumətlərin, beynəlxalq təşkilatların, aparıcı ekspertlərin və akademik dairələrin nümayəndələrini bir araya gətirib. Forumda Ümumilikdə 7 beynəlxalq təşkilatın və 20-yə yaxın ölkədən aidiyyəti nazirliklərin rəhbərləri və müxtəlif şirkətlərin, elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.

Çıxışçılar yaşıl texnologiyaların genişləndirilməsində, qabaqcıl idarəçiliyin inkişaf etdirilməsində və dövlət xidmətlərinin ətraf mühitə, sosial davamlılığa uyğunlaşdırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. “ASAN xidmət” modeli kimi innovativ modellərin davamlı infrastruktura, inklüzivliyin təşviqinə və iqlim dəyişikliklərinə cavab vermək üçün beynəlxalq əməkdaşlığa necə töhfə verə biləcəyi diqqətə çatdırılıb.

Əsas müzakirələr yaşıl idarəetmədə davamlılığın və səmərəliliyin təmin edilməsi məqsədilə dövlət qulluqçularının bacarıqlarının artırılması, dövlət xidmətlərinin inkişafı proseslərinin qlobal iqlim məqsədləri ilə inteqrasiyası və bu çərçivədə innovativ yanaşmalar olub.

Açılış mərasimindən sonra forum panel müzakirələrlə davam etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Noyabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see291

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see247

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see245

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see241

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see238

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see234

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see226

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see222

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see217

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see213

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see203

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see194

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see190

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see190

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see186

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see183

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see182

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see170

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see169

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri