Icma.az
close
up
RU
COP29da yaşıl idarəetmə ilə bağlı beynəlxalq forumun açılış mərasimi olub

COP29da yaşıl idarəetmə ilə bağlı beynəlxalq forumun açılış mərasimi olub

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunun açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbir Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) və "Apolitical Group Limited"in birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Açılış mərasimində dövlət agentliyinin sədri Ülvi Mehdiyev, BMT Baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, "Apolitical Group Limited"in icraçı direktoru Robin Skot və İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal çıxış ediblər.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxışı zamanı deyib ki, karbon emissiyalarını azaltmaq və əsas təbii ehtiyatların qorunması, ilk növbədə, ətraf mühitin davamlılığını təmin etmək üçün vacibdir.

O bildirib ki, ICESCO üzv ölkələrlə əməkdaşlıq edərək beynəlxalq razılaşmalara əməl edir və üzv ölkələrdə su təhlükəsizliyinin təmin edilməsi üçün proqramlar hazırlayır:

"Yaşıl şəhərlər proqramının həyata keçirilməsi və ictimaiyyətin ətraf mühitin təsirləri ilə bağlı məlumatlandırılması da əsas prioritetlərdən biridir".

BMT baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana qeyd edib ki, bugünkü forum tərəfdaşlıq şəraitində yaşıl və rəqəmsal transformasiyanın ikili yollarını necə daha məhsuldar şəkildə həyata keçiriləcəyini müzakirə etmək və razılaşmaq üçün vacib platforma təklif edir.

O bildirib ki, iqlim fəaliyyətində səmərəliliyi artıran və emissiyaları azaldan rəqəmsal həllər vasitəsilə rəqəmsal texnologiyalar iqlim adaptasiyası və fəlakətlərə davamlılıq üçün praktiki vasitələr təmin edir.

BMT rəsmisinin sözlərinə görə, iqlim çağırışlarının əsas səbəblərini daha dərindən və hərtərəfli başa düşmək üçün yeni texnologiyaların verə biləcəyi töhfədən yararlanmaq lazımdır. Bunun üçün dövlət sektorunu effektiv siyasət və platformalarla dəstəkləmək vacibdir.

Qonaq çıxışının sonunda COP29-a ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib.

İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal deyib ki, forum sadəcə planetə həvəsli olan maraqlı tərəflərin görüşü deyil, həm də iqlim dəyişikliyinin yaratdığı çağırışların həllinə öz töhfəmizi verməklə ətraf mühitə fərq yaratmaq imkanıdır

O qeyd edib ki, COP29 qlobal iqlim səyləri, xüsusilə də iqlim fəaliyyətinin maliyyələşdirilməsi məqsədində kritik bir məqamı təmsil edir:

"Bu, İslam İnkişaf Bankı Qrupuna üzv ölkələrində daha geniş dayanıqlı inkişaf prosesindəki rolunu izah etmək üçün əhəmiyyətli fürsət verir. Çoxtərəfli inkişaf bankları artıq ölkələrə iqlimə uyğun kənd təsərrüfatı ilə daha dayanıqlı qida ekosistemi yaratmaqda və gələcək həssaslıqları azaltmaqda mühüm rol oynayır".

Forum interaktiv dialoqu və əməkdaşlığı təşviq etmək üçün hökumətlərin, beynəlxalq təşkilatların, aparıcı ekspertlərin və akademik dairələrin nümayəndələrini bir araya gətirib. Forumda ümumilikdə 7 beynəlxalq təşkilatın və 20-yə yaxın ölkədən aidiyyəti nazirliklərin rəhbərləri və müxtəlif şirkətlərin, elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.

Çıxışçılar yaşıl texnologiyaların genişləndirilməsində, qabaqcıl idarəçiliyin inkişaf etdirilməsində və dövlət xidmətlərinin ətraf mühitə, sosial davamlılığa uyğunlaşdırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. "ASAN xidmət" modeli kimi innovativ modellərin davamlı infrastruktura, inklüzivliyin təşviqinə və iqlim dəyişikliklərinə cavab vermək üçün beynəlxalq əməkdaşlığa necə töhfə verə biləcəyi diqqətə çatdırılıb.

Əsas müzakirələr yaşıl idarəetmədə davamlılığın və səmərəliliyin təmin edilməsi məqsədilə dövlət qulluqçularının bacarıqlarının artırılması, dövlət xidmətlərinin inkişafı proseslərinin qlobal iqlim məqsədləri ilə inteqrasiyası və bu çərçivədə innovativ yanaşmalar olub.

Açılış mərasimindən sonra forum panel müzakirələrlə davam etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Noyabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri