Icma.az
close
up
RU

COP29un Yaşıl Zonasında “Liderlik edən qadınlar: Dayanıqlı gələcək üçün iqlim çempionları” mövzusunda panel sessiyası keçirilib

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bakıda davam etməkdə olan COP29 beynəlxalq iqlim konfransının yeddinci günündə Yaşıl Zona proqramı üzrə müxtəlif tədbirlər keçirilib və bu tədbirlər çərçivəsində iştirakçılar iqlim fəaliyyəti, dayanıqlı gələcəklə bağlı təşəbbüsləri müzakirə etmək üçün bir araya gəliblər.

APA xəbər verir ki, 17 noyabr tarixində Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un telekommunikasiya tərəfdaşı “Azercell Telekom” MMC tərəfindən birgə panel sessiyası da baş tutub.

“Azercell Telekom”un hüquq və məlumat strategiyası üzrə baş mütəxəssisi Şirin Əliyevanın moderatorluğu ilə keçirilən “Liderlik edən qadınlar: Dayanıqlı gələcək üçün iqlim çempionları” panel sessiyası iqlim dəyişmələrinə qarşı mübarizədə transformativ dəyişikliyə təkan verən aparıcı qadın mütəxəssisləri və iqlim liderlərini bir araya gətirib. Panel sessiyasında Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos, “onepoint5”in təsisçi tərəfdaşı və baş direktoru eyni zamanda UNFCCC-nin sabiq icraçı katibi (2016-2022) Patrisia Espinoza və “Unison Group”un təsisçisi və prezidenti Nurzat Abdirasulova iştirak edib.

Panel müzakirəsində iqlim dəyişmələrinə qarşı mübarizədə gender inklüzivliyinin rolu diqqət mərkəzində olub, qadınların iqlim dayanıqlılığı və ətraf mühitin qorunması sahəsindəki fəaliyyətlərinin necə genişləndirməsi ətrafında fikir mübadiləsi aparılıb və həmçinin bu sahədəki gender əsaslı çağırışlara dair təkliflər irəli sürülüb. İştirakçılar iqlim dəyişmələrinə qarşı mübarizənin qlobal səviyyədə daha effektiv olması üçün qadınların səsi və təşəbbüslərinin əhəmiyyətinin artırılmasını vurğulayıblar. Müzakirə zamanı qadınların iqlim fəaliyyətlərinin bütün səviyyələrində, xüsusilə də qərar qəbul etmə proseslərində iştirakının təşviq edilməsinə diqqət çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Noyabr 2024 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri