Icma.az
close
up
RU
COP29: Liderlik edən qadınlar: Dayanıqlı gələcək üçün iqlim çempionları panel sessiyası keçirilib

COP29: Liderlik edən qadınlar: Dayanıqlı gələcək üçün iqlim çempionları panel sessiyası keçirilib

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda davam edən COP29 beynəlxalq iqlim konfransının yeddinci günündə Yaşıl Zona proqramı üzrə müxtəlif tədbirlər keçirilib və bu tədbirlər çərçivəsində iştirakçılar iqlim fəaliyyəti, dayanıqlı gələcəklə bağlı təşəbbüsləri müzakirə etmək üçün bir araya gəliblər. 17 noyabr tarixində Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un telekommunikasiya tərəfdaşı "Azercell Telekom" MMC tərəfindən birgə panel sessiyası da baş tutub.

Oxu.Az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, "Azercell Telekom"un hüquq və məlumat strategiyası üzrə baş mütəxəssisi Şirin Əliyevanın moderatorluğu ilə keçirilən "Liderlik edən qadınlar: Dayanıqlı gələcək üçün iqlim çempionları" panel sessiyası iqlim dəyişmələrinə qarşı mübarizədə transformativ dəyişikliyə təkan verən aparıcı qadın mütəxəssisləri və iqlim liderlərini bir araya gətirib. Panel sessiyasında Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos, "onepoint5"in təsisçi tərəfdaşı və baş direktoru eyni zamanda UNFCCC-nin sabiq icraçı katibi (2016-2022) Patrisia Espinoza və "Unison Group"un təsisçisi və prezidenti Nurzat Abdirasulova iştirak edib.

Panel müzakirəsində iqlim dəyişmələrinə qarşı mübarizədə gender inklüzivliyinin rolu diqqət mərkəzində olub, qadınların iqlim dayanıqlılığı və ətraf mühitin qorunması sahəsindəki fəaliyyətlərinin necə genişləndirməsi ətrafında fikir mübadiləsi aparılıb və həmçinin bu sahədəki gender əsaslı çağırışlara dair təkliflər irəli sürülüb. İştirakçılar iqlim dəyişmələrinə qarşı mübarizənin qlobal səviyyədə daha effektiv olması üçün qadınların səsi və təşəbbüslərinin əhəmiyyətinin artırılmasını vurğulayıblar. Müzakirə zamanı qadınların iqlim fəaliyyətlərinin bütün səviyyələrində, xüsusilə də qərar qəbul etmə proseslərində iştirakının təşviq edilməsinə diqqət çəkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Noyabr 2024 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see261

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see228

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see189

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see180

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see168

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see161

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see160

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see159

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see145

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see141

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see140

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see138

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see138

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin

21 İyul 2025 19:48see136

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see136

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see134

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see132

Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu

21 İyul 2025 22:03see121

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see120

Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur

22 İyul 2025 02:25see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri