Icma.az
close
up
RU
“Liderlik edən qadınlar: Dayanıqlı gələcək üçün iqlim çempionları” mövzusunda panel sessiyası keçirilib FOTO

“Liderlik edən qadınlar: Dayanıqlı gələcək üçün iqlim çempionları” mövzusunda panel sessiyası keçirilib FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Bakıda davam etməkdə olan COP29 beynəlxalq iqlim konfransının yeddinci günündə Yaşıl Zona proqramı üzrə müxtəlif tədbirlər keçirilib və bu tədbirlər çərçivəsində iştirakçılar iqlim fəaliyyəti, dayanıqlı gələcəklə bağlı təşəbbüsləri müzakirə etmək üçün bir araya gəliblər. 17 noyabr tarixində Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un telekommunikasiya tərəfdaşı "Azercell Telekom" MMC tərəfindən birgə panel sessiyası da baş tutub.

Əməliyyat Şirkətindən Mi verilən məlumata görə, "Azercell Telekom"un hüquq və məlumat strategiyası üzrə baş mütəxəssisi Şirin Əliyevanın moderatorluğu ilə keçirilən "Liderlik edən qadınlar: Dayanıqlı gələcək üçün iqlim çempionları" panel sessiyası iqlim dəyişmələrinə qarşı mübarizədə transformativ dəyişikliyə təkan verən aparıcı qadın mütəxəssisləri və iqlim liderlərini bir araya gətirib. Panel sessiyasında Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos, "onepoint5"in təsisçi tərəfdaşı və baş direktoru eyni zamanda UNFCCC-nin sabiq icraçı katibi (2016-2022) Patrisia Espinoza və "Unison Group"un təsisçisi və prezidenti Nurzat Abdirasulova iştirak edib.

Panel müzakirəsində iqlim dəyişmələrinə qarşı mübarizədə gender inklüzivliyinin rolu diqqət mərkəzində olub, qadınların iqlim dayanıqlılığı və ətraf mühitin qorunması sahəsindəki fəaliyyətlərinin necə genişləndirməsi ətrafında fikir mübadiləsi aparılıb və həmçinin bu sahədəki gender əsaslı çağırışlara dair təkliflər irəli sürülüb. İştirakçılar iqlim dəyişmələrinə qarşı mübarizənin qlobal səviyyədə daha effektiv olması üçün qadınların səsi və təşəbbüslərinin əhəmiyyətinin artırılmasını vurğulayıblar. Müzakirə zamanı qadınların iqlim fəaliyyətlərinin bütün səviyyələrində, xüsusilə də qərar qəbul etmə proseslərində iştirakının təşviq edilməsinə diqqət çəkilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Noyabr 2024 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see120

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri