Icma.az
close
up
RU
COP29un yekun sənədinin dəstəklənməsi vacibdir Vüqar Bayramov

COP29un yekun sənədinin dəstəklənməsi vacibdir Vüqar Bayramov

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

 COP29 çərçivəsində jurnalistlərə açıqlamasında Millətlər Birliyi təşkilatının ("Commonwealth of Nations") Baş katibi Patrisia Canet Skotland iqlim maliyyəsi ilə bağlı razılığın əldə olunmasının vacibliyini bildirib. O deyib ki, bizim başqa seçimimiz yoxdur: “İnkişaf etməkdə olan kiçik ada dövlətləri ya dəniz səviyyəsinin qalxması nəticəsində su altında qalır, ya da iqlim böhranı səbəbindən aldıqları borcları ödəyə bilmirlər", - o vurğulayıb.
Qonağın sözlərinə görə, bu mənada dünya kiçik ada dövlətlərinin mövcudluğu ilə bağlı qərar verməlidir: "Onların mövcudluğu ilə bağlı təhdidlər sabahın deyil, məhz bu günün problemidir. Odur ki, planeti xilas etmək üçün maliyyə vəsaiti tapmalıyıq".
Millət vəkili Vüqar Bayramov məsələyə Demokrat.az-a açıqlamasında məsələ münasibət bildirib. Deputat söyləyib ki, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl iqtisadiyyat”ın formalaşmasında qlobal təşəbbüslərin mobilizasiyası və bu kontekstdə razılığın əldə edilməsi çox vacibdir:
“Azərbaycan COP29-u təşkil etməklə təkcə iqlimlə bağlı problemləri qaldırmır, həm də bu sahədə görüləcək işlər və atılacaq addımlarla bağlı konkret mexanizmlər təklif edir. Bu mexanizmlərdən biri də məhz maliyyələşdirmənin optimallaşdırılması və mobilizasiyasıdır. İnkişaf etmiş ölkələrin yaşıl iqtisadiyyatın formalaşmasında və inkişaf etdirilməsində rolunun artırılması və iqlim dəyişmələri ilə mübarizədə inkişaf etmiş ölkələrin töhfəsinin, eləcə də maliyyə dəstəyinin artırılmasına nail olmalıyıq. Bu istiqamətdə razılığın əldə edilməsi növbəti dövrdə qlobal hədəflərə nail olunması və qlobal çağırışlara qarşı mübarizə aparılması üçün vacibdir. 
COP29 bötövlükdə qlobal yaşıl iqtisadiyyatın formalaşmasında yeni bir mərhələ yaradacaq. COP29 yeni alətlərdən istifadə və qlobal səyləri birləşdirməyi gündəmə gətirdi. Bu istiqamətdə müzakirələrin genişlənməsi mühümdür. COP29-un yekun sənədinin dəstəklənməsi vacibdir. Bu, qlobal çağırışlara çevik reaksiya verilməsi baxımından olduqca əhəmiyyətlidir”.
Törə Zeynallı
Demokrat.az

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Noyabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri