Icma.az
close
up
RU
Bu ölkədə günəbaxanları duzlu su ilə suvarırlar Qeyri adi TƏCRÜBƏ

Bu ölkədə günəbaxanları duzlu su ilə suvarırlar Qeyri adi TƏCRÜBƏ

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Misirdə kənd təsərrüfatı sahəsində qeyri-adi təcrübəyə başlanılıb. Alimlər və fermerlər günəbaxan bitkisini şirin su əvəzinə duzlu su ilə yetişdirməyin mümkünlüyünü araşdırırlar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Misir duz qarışığı olan quyu suyundan istifadə etməklə yağlıq günəbaxan yetişdirilməsi üzrə tarla sınaqlarını uğurla başa çatdırıb. Təcrübə Sinay yarımadasının cənubunda həyata keçirilib. Bu bölgədə şirin su çatışmazlığı və torpaqların şoranlaşması ənənəvi kənd təsərrüfatının inkişafına ciddi maneələr yaradır.

Günəbaxanları niyə duzlu su ilə suvarırlar?

Layihənin əsas məqsədi məhsuldarlığı aşağı olan torpaqlarda qeyri-ənənəvi su mənbələrindən istifadə etməklə yağlı bitkilərin yetişdirilməsinin mümkünlüyünü müəyyənləşdirməkdir.

Mütəxəssislər hesab edirlər ki, təcrübənin müsbət nəticələri ölkənin quraq bölgələrində günəbaxan əkin sahələrinin genişləndirilməsinə imkan yarada bilər. Bu üsul xüsusilə Sinay yarımadasında əvvəllər əkinçilik üçün yararsız və ya az yararlı hesab edilən torpaqlardan istifadəyə yeni imkanlar açır. Bununla yanaşı, tədqiqatçılar duzlu suyun bitkilərə və torpağa uzunmüddətli təsirlərini də nəzərə almalıdırlar. Çünki suyun duzluluq səviyyəsinin yüksək olması bitkilərin inkişafını zəiflədə və torpaqda duzun toplanmasına səbəb ola bilər.

Qeyd edək ki, təcrübədə dəniz suyundan deyil, müəyyən miqdarda duz ehtiva edən quyu suyundan istifadə olunur.

Misir başqa hansı bitkiləri yetişdirməyi planlaşdırır?

Misir günəbaxanla yanaşı, digər yağlı bitkilərin becərilməsini də inkişaf etdirir. Xüsusilə Şərqi Qantara bölgəsində gənəgərçək bitkisi yetişdirilir. Bu bitkidən əsasən qeyri-ərzaq və sənaye məqsədləri üçün istifadə olunur. Gənəgərçək az məhsuldar torpaqlarda da inkişaf edə bilir. Buna görə onun becərilməsi ərzaq bitkiləri ilə münbit torpaq və şirin su uğrunda birbaşa rəqabət yaratmır.

Məlumata görə, yetişdirilən gənəgərçək sortlarında yağın miqdarı 45-55 faizə çatır. Bu isə bitkini sənaye üçün perspektivli xammala çevirir. Gələcəkdə Misir hakimiyyəti soya, günəbaxan, küncüt, yerfındığı və raps istehsalını da artırmağı planlaşdırır. Əsas məqsəd bitki yağlarına daxili tələbatla yerli istehsal arasındakı fərqi azaltmaq və idxala sərf olunan xarici valyuta xərclərini aşağı salmaqdır.

Planlara bitki yağlarının istehsalı üçün emal müəssisələrinin inkişaf etdirilməsi, həmçinin istehsal zamanı yaranan əlavə məhsullardan heyvan yemi hazırlanması da daxildir. Bununla belə, şoran torpaqlarda əkin sahələrinin genişləndirilməsi gələcək tarla sınaqlarının nəticələrindən və mövcud su ehtiyatlarından səmərəli istifadə imkanlarından asılı olacaq.

Dünyada digər qeyri-adi kənd təsərrüfatı təcrübələri

Avstraliyada fermerlər əkin sahələrində xırdalanmış şüşədən istifadə etməyə başlayıblar. Şüşə toz halına gətirilərək torpağa əlavə edilir. Məqsəd onun tərkibindəki silisiumdan istifadə etməklə bitkilərin inkişafına müsbət təsir göstərməkdir. Lakin bu üsulun effektivliyi hələ elmi cəhətdən tam təsdiqlənməyib.

Buna baxmayaraq, bəzi fermerlər əldə etdikləri nəticələrdən razı qaldıqlarını bildirirlər. Digər maraqlı təcrübə isə Rumıniyanın cənubunda aparılır. Burada fermerlər ölkə üçün qeyri-adi hesab olunan Çin xurmasının (unabi) yetişdirilməsi ilə maraqlanırlar.

Bu bitki qumlu torpaqlara və quraq iqlimə yaxşı uyğunlaşır.

Araşdırmalara əsasən, tam inkişaf etmiş plantasiyadan hər hektara 40 tona qədər məhsul əldə etmək mümkündür. Belə plantasiyaların potensial iqtisadi gəliri isə hektar üzrə təxminən 100 min avro qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Oktyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri